Evimizdəki radiasiya: Wi-Fi

Kabelsiz bağlantı sistemi ən çox uşaqlara mənfi təsir edir, hətta xərçəngə yol açır

İnternet olan hər evdə kabelsiz bağlantı (Wi-Fi) standart halını alıb. Wi-Fi kəşf olunanda çoxlarımız bunu sevinclə qarşılasaq da, alimlərin araşdırmaları göstərdi ki, simsiz rabitə vasitəsinin üstün tərəfləri qədər, cana ziyanı da varmış. Buna görə də bir sıra Avropa ölkələrində ictimai təşkilatlar hökumətdən tələb edirlər ki, ən çox uşaqlara təsir edən Wi-Fi-ın bağçalarda və orta məktəblərdə istifadəsi məhdudlaşdırılsın.

Məsələn, İngiltərədə Müəllimlər Dərnəyi hökumətə müraciət edərək məktəblərdən Wi-Fi-ın yığışdırılmasını tələb edib. Hətta sözügedən ölkədə bəzi məktəb rəhbərləri kabelsiz internet bağlantısını yığışdırıblar. Kanadada da bir sıra orta məktəblər simsiz rabitədən imtina edib.

Uşaqlar radiasiyanı daha çox qəbul edir
Wi-Fi ikinci dünya müharibəsi zamanı düşmənin uçan obyektlərini təyin etmək üçün quraşdırılan və güclü şüalanma verən radar operatorları ilə müqayisə edilir və insan orqanizminə vurduğu ziyana görə eyniləşdirilir. Ümumiyyətlə, mikrodalğalı radiasiyadan ilk dəfə ikinci dünya müharibəsi zamanı istifadə edilib.

Alimlərin hesablamalarına görə, 3 yaşından 16 yaşına qədər uşaqlar əvvəlcə uşaq bağçasında, daha sonra isə məktəbdə 10 min saat simsiz rabitə vasitələrinin şüalarına məruz qalırlar.

Britaniyanın “Sunday Mirror” qəzetinin mütəxəssislərə istinadən yazdığına görə, uşaqların beyinləri kiçik olduğu və onların beyinlərində su az olduğu üçün mikrodalğalar onlara sürətli və tez təsir edir: “Uşaqlar radiasiyanı daha çox qəbul etmək xüsusiyyətinə malik olduğu üçün bu şüaların beyin şişi yaratma riski daha böyükdür. Məsələn, mobil telefonun uşaq olan otaqda iki dəqiqə zəng çalması uşaq beyininin funksiyasını 1 saatlıq dəyişir”.

Xərçəngə aparan yol
Alimlərin araşdırmalarına görə, 5 yaşlı uşağın bədəninə ətrafdakı elektromaqnit dalğaları böyüklərdən 60 faiz çox hopur. Hətta şüalanma səbəbi ilə uşaqların sümük iliyi xəstəliyinə tutulması da böyüklərdən 10 dəfə çoxdur. Beynəlxalq Xərçəng Xəstəliyi Araşdırmaları Agentliyi də elan edib ki, mobil rabitə vasitələrində istifadə olunan radiotezliklər insan bədəni üçün xərçəng xəstəliyini əmələ gətirən potensial vasitədir.

Müsahibimiz Fəridə Bağırova 14 yaşlı dayısı oğlunun sümük iliyi xərçəngindən dünyasını dəyişdiyini bildirdi: “O, bütün günü yemədən-içmədən İnternetin qarşısında otururdu. Gün ərzində demək olar ki, bir dəfə yemək yeyirdi, internetin qarşısında oturmaqdan iştahasızlıq yaranmışdı və uşaq gündən-günə arıqlamağa başladı. Türkiyəyə apardıq. Dedilər ki, İnternetin qarşısında çox oturduğundan elektromaqnit dalğaları sümük iliyi xəstəliyinə səbəb olub”.

Yuxusuzluq, miqren, ürək döyüntüsü…
İKT mütəxəssisi Ramil Qafarovun sözlərinə görə, Wi-Fi insan sağlamlığı üçün potensial təhlükədir: “Buna görə də gecələr yatanda, yaxud gündüzlər istifadə edilməyəndə modemi söndürmək məsləhətdir. Çünki istifadə edilməsə belə, açıq qalan modem evdə elektromaqnit dalğaların yaranmasına səbəb olur. Alimlərin apardığı araşdırmalara görə, wi-fi yuxu problemi, ürək döyünməsi, miqren, ümumi zəiflik yaradır. Hətta bu xəstəliklərin hamısının bir arada olmasına da səbəb olur. Elektromaqnit dalğaları insan toxumalarına zərər verir, hüceyrələrdə DNT pozğunluğuna da yol aça bilir”.

Terapevt Məlahət Abbasova da bildirdi ki, İnternetdən çox istifadə edənlərdə ümumi zəiflik və qan azlığı yaranır: “Elektromaqnit şüaları şişlərin yaranmasına, yaddaş pozğunluğuna və beyinə zədə vuracaq digər nəticələrə də gətirib çıxarır. Bu şüalar insanın təbii enerji sahəsinə ziyan vurur, stressə səbəb olur, ürək bulanması, baş ağrısı, yorğunluq yaradır. Xüsusilə hamilə qadınların Wi-Fi olan yerdən uzaq durması məsləhətdir”.

Nə etməli?
Həkimlər Wi-Fi-dan az zərər çəkmək üçün aşağıdakıları məsləhət görür:
1) Wi-Fi aparatını insanın daha çox vaxt keçirdiyi yerlərdən (çarpayı, stol, divan) ən azı 1 metr uzağa qoymaq lazımdır;
2) Böyük həcmdə faylları və videoları yalnız internetin sürəti yaxşı olduğu zaman yükləyin (əks halda, işləmək üçün əlavə güc sərf edən aparat daha çox şüa buraxır);
3) Modemdən istifadə etmədikdə söndürün, əks halda, o yenə də şüa yayacaq;
4) Yatdığınız otaqda modem qoymayın.

kaspi.az

PSİXOLOJİ KURSLAR

TESTLƏR

PSİKOLOJİ

ПСИХОЛОГИЯ

SİZİN KOŞƏ

ELEKTRON KİTABXANA

PSİXOLOJİ VİDEOLAR

KİTAB KLUBU

AFORİZMLƏR

HƏYAT HEKAYƏLƏRİ

ELMİ ARAŞTIRMA

ELMİ ƏSƏRLƏR TOPLUSU

Jurnallar

Mütəxəssislər

Vüsalə Ələkbərova

Təsisçi və baş redaktor Psixoloq vusala@dushunce.az

Elnur Rüstəmov

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Psixoloq elnur@dushunce.az

Narınc Rüstəmova

Narınc PM-nin rəhbəri, Klinik psixoloq narinc@dushunce.az

Orxan Fərəcli

Klinik psixoloq orxan@dushunce.az

Aygün Ağabalayeva

Psixoloq aygun@dushunce.az

Davamı >

Bürclər

Tərəfdaşlar

Kulinariya

Ziyarətçilər

Faydalı Linklər