Bir saniyə. Həyatınızı yaxşılaşdırıb, xoşbəxt olmağınız üçün sizə məhz bu qədər vaxt lazımdır.
İnanmırsınız?
O zaman aşağıda sadalanan addımlardan heç olmasa, birini tətbiq edin, özünüz bunun şahidi olacaqsınız.
1.Gülümsəyin.
Bu, xoşbəxt olmağın ən sadə yoludur. Bizim ölkəmizdə insanlar nədənsə bu haqda bilmirlər və ya bilmək istəmirlər. Çünki əksəriyyət qəmgin və fikirli simada gəzir. Özünüzə bu qəmgin obrazdan çıxmağa kömək edin. Bir dəfə gülmsəməklə hal-hazırda belə özünüzü yaxşı hiss edə bilərsiniz. Həm də unutmayın ki, gülümsəmək yoluxucudur.
2.Dərindən nəfəs alın.
Dərindən nəfəs almaq stresdən azad olmağın və normal həyata qayıtmanızın ən yaxşı metodudur. Bunun üçün sizə sadəcə bir dəqiqə lazımdır. Hər gün qısa fasilə edərək çalışın diqqətinizi nəfəsinizdə cəmləşdirin. Siz hiss edəcəksiniz ki, həyatınız gərginlikdən azad olur.
3.Telefonu söndürün.
Biz tamamilə telefondan, kompüterdən, planşetdən, televizordan və başqa texnikalardan asılı olan insanların arasındayıq. Burada iki hal ola bilər; siz texnikadan hansısa məqsəd üçün istifadə edirsiniz, ya da texnika sizin həyatınızı idarə etməyə başlayır. Bütün texnikanı söndürün və təklikdə özünüzlə qalın. Nəticə sizi təəccübləndirəcək.
4.Ətrafınıza nəzər salın.
Həyat o qədər qısadır ki, bəzən bizim həyatımızı daha da yaxşı səmtə çevirən gözəl anlara ehtiyac duyuruq. Sadəcə bir neçə saniyə sərf edərək pəncərəyə yaxınlaşın və ətrafa nəzər salın, payızın gözəlliyini, rənglərini duyun. Əgər küçədəsinizsə, başınızı qaldırıb səmaya baxın. Günəşin doğub-batmasını izləyin. Ətrafınıza baxın və hər şeyə nəzər salın – sizi həyatda əhatə edən hər bir elementə. Bu, sizi xoşbəxt edəcək.
5. 1 qurtum su için.
Hər kəsə məlumdur ki, su bizim orqanizmimiz üçün çox xeyirlidir. Harda olmanızdan aslı olmayaraq, çalışın su hər zaman yanınızda olsun. Bu sizin su balansınızı normada saxlamağa, normal çəkidə qalmağa, eləcə də böyrəklərinizin təmizlənməsinə və dərinizin cavan qalmasına yardımçı ola bilər.
6.Minnətdarlığınızı bildirin.
Xoşbəxt insanların bir ortaq cəhəti var: onlar həyatlarında olan hər yaxşı şeyə görə şükür edirlər. Bu da o deməkdir ki, həyatınızı yaxşılaşdırmaq üçün çalışın daha çox “Çox sağ ol” ifadəsini işlədəsiniz. Bu sizin 1 saniyənizi alacaq. Eyni zamanda sizi də, ətrafınızdakıları da xoşbəxt edəcək.
Müdriklərin fikrinə görə, 1000 metrlik yol belə 1 addımdan başlayır. Düzdür, bu saniyə metodları sizin bütün problemlərinizi həll etmir, amma unutmayaq ki, bir gün 86400 saniyədir və onun necə idarə olunması sizdən asılıdır.
allmag.az