Yuxu dərmanları qaraciyəri dağıdır

Bu gün hər şeyin ən rahatına üz tutan insanlar hətta yuxunu belə rahat əldə etmək istəyir. Ən kiçik yuxusuzluqda belə rahat üsul olan yuxu dərmanlarına maraq bu gün insanlar arasında geniş yayılıb.

Lakin bunu əldə etmək hər insana nəsib olmur, çünki yuxu dərmanları apteklərdə reseptsiz satılmır. Bunun əvəzinə xəfif yuxugətirən, sakitləşdirən, otlardan hazırlanmış dərmanlar satılır ki, bunların da adlarını bilməyən insan, demək olar, azdır.
Aparılan araşdırmalara görə, yuxunun kifayət qədər olmaması insanların ömrünə təsir edir. Yuxusuzluqdan əziyyət çəkənlərin əksəriyyəti yuxugətirən dərmanlar qəbul edir.

Həkimlərin bildirdiyinə görə, yuxugətirən dərmanlar insanlara yuxu bəxş etməklə yanaşı, bir sıra problemlər də yaradır.
Tibb sahəsi üzrə ekspert, professor Adil Qeybulla “Bakı Xəbər”ə açıqlamasında qeyd edib ki, əsəb sakitləşdirici, antidepressant dərmanların hamısının tərkibində narkotik var.

Onun sözlərinə görə, əsəb sakitləşdirici, yuxugətirici neyroleptiklər, antidepressantlar daha ciddi kimyəvi dərmanlardır: “Bu dərmanlar müəyyən mənada insanlara narkotik təsir göstərir, onlar insanlarda tez bir zamanda asılılıq yaradır. Əsəb sakitləşdirici, antidepressant dərmanların hamısının tərkibində cüzi narkotik var. Onların istifadəsi zamanı insanlarda narkotik effektləri əmələ gələ bilər. Buna görə də bu dərmanlardan qorxmaq lazımdır. Narkomanlar da həmin dərmanların 5-7 ədədini birdən qəbul edəndə narkotik effekti yaranır. İndi dəbdədir, insanlar çox tez-tez “depressiyadayam” deyirlər. İndi apteklərdə də çoxsaylı antidepressantlar var. Bu dərmanlar Azərbaycana xarici ölkələrdən gətirilir. Onların satışı resept əsasında olmalıdır. Çünki onların tərkibində narkotik var. Tərkibində narkotik maddə kiçik dozada olan dərmanı 1-2 dəfə qəbul edəndə insan orqanizminə təsir göstərmir. Amma bu dərmanları dozadan artıq içəndə onun narkotik effekti yaranır. Bunu nəzərə alan narkomanlar narkotik effekti almaq üçün bu dərmanlardan istifadə edirlər.

Apteklərdə zərərsiz dərman kimi alıcılara təklif edilən bitki mənşəli sakitləşdirici dərmanlara gəldikdə, baş kardioloq deyib ki, ümumiyyətlə, ziyansız dərman yoxdur. Hər bir dərman uzun müddət, fasiləsiz qəbul olunarsa, insan orqanizminə mənfi təsir göstərir. Sakitləşdirici, yuxugətirici, antidepressant dərmanlar qara ciyərin fəaliyyətini pozur. Onlar hətta qara ciyər serrozuna gətirib çıxara bilər, onlardan asılılıq tez bir zamanda baş verir”.

tebib.az

PSİXOLOJİ KURSLAR

TESTLƏR

PSİKOLOJİ

ПСИХОЛОГИЯ

SİZİN KOŞƏ

ELEKTRON KİTABXANA

PSİXOLOJİ VİDEOLAR

KİTAB KLUBU

AFORİZMLƏR

HƏYAT HEKAYƏLƏRİ

ELMİ ARAŞTIRMA

ELMİ ƏSƏRLƏR TOPLUSU

Jurnallar

Mütəxəssislər

Vüsalə Ələkbərova

Təsisçi və baş redaktor Psixoloq vusala@dushunce.az

Elnur Rüstəmov

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Psixoloq elnur@dushunce.az

Narınc Rüstəmova

Narınc PM-nin rəhbəri, Klinik psixoloq narinc@dushunce.az

Orxan Fərəcli

Klinik psixoloq orxan@dushunce.az

Aygün Ağabalayeva

Psixoloq aygun@dushunce.az

Davamı >

Bürclər

Tərəfdaşlar

Kulinariya

Ziyarətçilər

Faydalı Linklər