Ona görə də insan üçün ən mühüm amillərdən biri – ev, interyer və geyimdir. Artıq çoxdan sübuta yetirilib ki, bizi əhatə edən interyer sağlamlığımıza, emosiyalarımıza və energetikamıza əhəmiyyətli dərəcədə təsir göstərir. Müasir dizaynda psixologiya, tibb, ekologiya, estetika, sosiologiya və erqonomika və sosiologiya elmlərinin nailiyyətlərindən geniş istifadə edilir.
Təsadüfi deyil ki, son illər müalicəvi, biodizayn kimi terminlər leksikonumuza daxil olub. Müalicəvi dizaynı əslində, “sağlamlıq və uğur dizaynı” da adlandırmaq olardı. Elmi dildə isə biodizayn termini məqbul hesab edilir. Bu, ünvanlı, konkret insana, onun ətraf mühitlə əlaqəsinə yönəlmiş fərdi dizayndır. Məhz bu, müxtəlif xəstəlikləri, problemlərini effektiv “müalicə” edir.
Əlbəttə ki, insana onu əhatə edən məkanın tərtibatı əhəmiyyətsiz deyil. Bizə hər şey təsir göstərir: Rəng, forma, mühitin və bitkilərin energetikası, maqnit və elektrik sahələri, materiallar və s.
Bəli, biz hamımız fərqliyik, baş verənlərə, ətrafımızdakılara bizim reaksiyamız fərdidir, ona görə də hər kəsin öz “ssenarisi” olmalıdır. Məsələn, müəyyən üslub sizin xoşunuza gəlirsə, bu, təsadüfi deyil. Bu intuitiv olaraq enerjiniz üçün münasib olana meyil edirsiniz. Əgər bir qədər biliklə özümüzü sığortalamağı bacarsaq, onda öz istəklərimizi və əhval-ruhiyyəmizi nəzarətdə saxlaya bilərik, arzularımızı həyata keçirmək üçün lazımi enerjini ala bilərik. Bundan başqa, sağlamlığımızı möhkəmləndirə, ailədə harmoniya yarada və əlbəttə ki, parlaq karyera qura bilərik.
Biodizayn çox indivudal anlayış olsa da, onun hamı üçün eyni olan bir sıra qanunauyğunluqları, istisnasız olaraq hamının istifadə edə biləcəyi prinsipləri mövcuddur.
Sağlamlığın və uğurun təməl daşı: İnteryerin üslubu
İnteryerin üslubu sağlamlığınız və enerjiniz üçün əhəmiyyətlidir, çünki o, özündə məkanın müxtəlif elementlərinin – ümumi kompozisiyadan tutmuş ayrı-ayrı detallara qədər bir çox fiziki və psixoloji parametrləri birləşdirir. Bəs üslub, daha doğrusu onu seçməkdə nə əhəmiyyətli rol oynayır? Bir qədər qəribə səslənsə də, sizin qan qrupunuz!
İnteryerin klassik üslubda – simmetrik və yığcam-həndəsi formalarda tərtibatı məsul qərarlar qəbul edən, informasiyalar təhlil edən şəxslər üçün münasibdir. Əgər 1-ci qan qrupunun daşıyıcısınızsa, bu üslub sizə münasibdir.
İngilis üslubu insanlarla çox ünsiyyətdə olan vəzifələrdə çalışan şəxslərə uyğundur. Bu üslubdan həmçinin həddindən artıq gərginlikdən qurtarmaq istəyənlər istifadə edə bilərlər. Əgər 2-ci və ya 4-cü qan qrupu daşıyıcısınızsa, bu tərzdə dizayn edilmiş məkanda rahat yaşaya bilərsiniz.
Fransız üslubu işdə çox yorulan və rahatlanmağı bacarmayan insanların köməyinə çata bilər. Əgər 2-ci və ya 3-cü qan qrupu daşıyıcısınızsa, bu üslubda dizayn edilmiş məkana diqqət yetirmək lazımdır.
Kantri üslubunda interyer yaradıcı işlə məşğul olanlara ilham verə bilər. İnteryerdə parlaq rənglər və əl işləri, ənənəvilik xüsusilə işdə daim həddindən artıq gərginlik keçirən insanlar üçün münasibdir. “Kantri” 2-ci qan qrupu daşıyıcıları üçün ideal variantdır.
Evi “Eko” üslubunda dizayn etmək onun sahibinə maksimum psixoloji rahatlanmanı, gümrahlığı və fəallığı 2-ci və 4 -cü qan qruplarının daşıyıcılarına tövsiyə edilir.
Yapon üslubunda ev peşəsi daimi ünsiyyəti, ticarət əlaqələri, habelə yaradıcı peşələrin nümayəndələri üçün məqsədəuyğundur. Bu interyer 3-cü qan qrupunun sahibi üçün idealdır.
Şərq (Orta Asiya) üslubunda dizayn edilmiş ev kompüter texnologiyaları, rəqəmlərin analizi ilə məşğul olan şəxslərə tövsiyə edilir. Bu tərz interyer insanlarla ünsiyyətdə olan peşə nümayəndələri üçün də məqbul hesab edilir. Əgər 1-ci və ya 3-cü qan qrupunun nümayəndəsinizsə, rahatlıqla evinizi Şərq üslubunda dizayn edə bilərsiniz.
Fentezi üslubunda interyer işdə daim həddindən artıq gərginlik keçirən, işi və həyatı yüksək tempdə keçən insanlar üçün faydalı ola bilər. Çünki fentezi üslubunda dizayn edilmiş məkan baş ağrılarını aradan qaldırır. Bu, 4-cü qan qrupunun daşıyıcıları üçün ideal seçim hesab edilir.
Aralıq dənizi ölkələrinin üslubunda dizayn edilmiş məkan planlaşdırmadakı öz xarakterik cizgiləri və aksessuarları ilə ailə əlaqələrinin möhkəmlənməsinə kömək edir. Eyni zamanda, daim qərar qəbul etməli olan insanların rahatlanmasına, düşünməsinə şərait yaradır. Əgər 1-ci və ya 3-cü qan qrupunun daşıyıcısınızsa, tərziniz məlumdur.
Hay-tek üslubu yaradıcılığına təkan verir, yeni texnologiyaları mənimsəməyə kömək edir, enerji potensialını artırır. Yeri gəlmişkən, o, demək olar ki, bütün qan qrupları üçün münasibdir. Sadəcə, 2-ci, 3-cü və 4-cü qan qruplarına malik insanlar bu üslubun müsbət təsirini daha effektiv qiymətləndirəcək.
Etnik üslub səyahəti sevən, eləcə də yorucu, monoton işdən bezən şəxslər üçün idealdır. 2-ci və 4-cü qrup qan qrupuna malik insanlara mənzillərini etnik üslubda dizayn etmək tövsiyə edilir.
Romantik üslub insanı rahatladır, duyğu seytnotunu (şahmat oyununda: fikirləşmək üçün vaxtın olmaması) aradan qaldırır. 2-ci qan qrupunun daşıyıcılarına məsləhətdir.
Skandinaviya üslubu müxtəlif səbəblərdən yaranan stressi aradan qaldırmağa qadirdir. 2-ci, 3-cü və 4-cü qan qrupunun daşıyıcılarına tövsiyə edilir.
Modern üslubunda dizayn edilmiş mənzilin forma və rəngləri təzyiqin normallaşması üçün səmərəlidir. Bu üslub 1-ci və 2-ci qan qruplarının sahiblərinə tövsiyə edilir.
Barokko üslubunda dizayn edilmiş ev insanı qəhvə kimi canlandırır, iş qabiliyyətini xeyli artırır. 1-ci və 3-ci qan qruplarının daşıyıcıları üçün məsləhətdir.
Komtemporari üslubunda dizayn edilmiş ev interyerdə mebellər, əşyalar arasında qarşılıqlı əlaqə olur. Mebellərin transformasiyası mümkündür. Deyilənlərə inansaq, belə evdə yaşamaq karyera yüksəlişinə kömək edir. Əgər 1-ci, 3-cü və ya 4-cü qan qrupuna maliksinizsə, seçim sizindir.
Minimalizm üslubu yaradıcılıq qabiliyyətinin inkişafına şərait yaradır. Bu üslubda dizayn edilmiş mənzildə yaşayanlar maraqlı ixtiralar edirlər. 3-cü və 4-cü qan qrupunun daşıyıcıları üçün münasibdir.
publika.az