Sahiblərinə bədbəxtlik gətirən sarı brilliant

1973-74-ci illərdə “Belarusfilm” kinostudiyası “Kortik”, “Bürünc quş” filmlərini istehsal etdi. Qısa müddət ərzində bu filmlər Sovetlər Birliyində geniş auditoriya toplayaraq şöhrət qazandı. “Kortik”dən
sonra “Bürünc quş”un da belə şöhrət qazanacağı gözlənilmirdi. Çünki tamaşaçılar “Kortik” filminin yaratdığı təəssüratdan hələ ayrıla bilməmişdilər. “Bürünc quş” filminə tarixi hadisələrin əlavə edilməsi uşaqlarla yanaşı, böyüklərin də marağına səbəb oldu. Bəs, hansı tarixi hadisələrdən söhbət gedirdi? Mişa Polyakov və onun dostları Genka ilə Slava Moskva quberniyasının Senej kəndindəki pioner düşərgəsinə yollanırlar. Oranın sakinləri pionerlərə deyirlər ki, qraf Karaqayev burada xəzinə basdırıb. Xəzinə qızıl-zinyət əşyaları ilə doludur və orada iri karatlı almaz da var. Günlərin birində pioner Slava dostlarına Sansi almazı barədə məlumat verir. Həmin filmdən sonra sovet ictimaiyyəti bu almazın adını ilk dəfə eşidir.

Sansi almazı açıq-sarı rəngdədir, həcmi 55,23 karatdır. Bu, təxminən 11,046 qram deməkdir. Avropada əfsanə adını alan bu almaz barədə müxtəlif filmlər də çəkilib. Bir sözlə, bu almaz yazıçıları, sənədli və kino rejissorlarını həvəsə gətirib. Rus tədqiqatçısı Valeyevin sözlərinə görə almaz ilk dəfə 1064-ci ildə Şərqi Hindistanda tapılıb. Onu yontalamayana qədər 100 karatdan çox olub və görənləri
heyrətə gətirərmiş. Beləliklə, almazın tarixi Şərqi Hindistana – tacir Caqattunqa gedib çıxır. Tacir Caqattunq onu evində saxlamağa qorxarmış. Çünki, almazın onda olmasını nəinki yerli kəndlilər, eləcə də sarayda da bilirmişlər. Onun şöhrəti Vira Racendra adlı sultana da gedib çıxır. O, tacirə almazı satmağı təklif edir. Az müddətdən sonra Vira Racendra ilə tacir Caqattunqa arasında almazın satılmasına dair razılaşma əldə edilir. Tacir almazı verib, əvəzində iki fil, on iki dəvə və 80 qızıl sikkə alır.

Getdikcə sultanlıq uğrunda qanlı döyüşlər başlanır. Sultan Racendra taxtdan salınır, hakimiyyətə Adxiracendra gəlir. Əvvəlki sultanın bütün var-dövləti, qızıl-zinyəti yeni sultanın əlinə keçir. Almazın yeni sahibi Adxiracendra olur. Bu almaz dəfələrlə əldən-ələ keçir. Bəzi vaxtlarda daşın tarixi itir. Çünki onu ələ keçirən adamlar bu barədə heç kimə demirdilər. Sansi elə bir almaz olub ki, onun kiminsə evində gizlədilməsi sahibinin ölümü ilə nəticələnə bilərdi. Nəhayət, 1325-ci ildə sultan Məhəmməd bu daşı əcnəbi tacirdən yüksək məbləğə alır. Həmin vaxtdan sonra almazın tarixi yenə itir. Bütün Hindistanda söz yayılır ki, Sansi ölkədən çıxarılıb. 1473-cü ildə məlum olur ki, almaz nə yerə basdırılıb, nə də suda batırılıb. O Cəsur Karldadır. Karl məşhur zərgər Lyudviq van-Berkeni sarayına çağırıb göstəriş verir ki, almazı yontalasın. Yontalama nəticəsində 100 karatdan çox olan daşdan 48 karat qalır. Cəsur Karlın ölümündən sonra Portuqaliya kralı Afons daşı ələ keçirir. Sonra o, Sansini adı tarixə bəlli olmayan şəxsə satır.

Qısa haşiyə: Bəs, bu daş niyə Sansi adlanır? 1570-ci ildən etibarən Avropanın kübar ailələri arasında almaz daş-qaşlar dəbə düşür. Hər bir kübar xanım evində, eləcə də boyun-boğazında brilyant daş gəzdirir. Belə bir vaxtda Konstantinopol hakimiyyətinə yaxın olan Nikolya de Sansi türk zərgər dostunu ziyarətə gedir. Türk zərgər ona bu daşı göstərir. Nikolya de Sansi həmin almazı yüksək məbləğə alaraq, ona öz adını qoyur.

O illərdə gənc Nikolya getdikcə hakimiyyət pillələrində irəliləyirdi. Belə bir vaxtda ağlına gəlir ki, almazı kral 3-cü Henrixə hədiyyə etsin. “Sansi” almazı Nikolyanın hakimiyyət pilləsində daha da irəliləməsinə gözəl fürsət olacaqdı. O, bir dəstə etibarlı adamı ilə almazı Henrixə göndərir. Xəbər çıxır ki, almaz yoxa çıxıb. Nikolyaya məlumat verilir ki, onun dəstəsi qətlə yetirilib. Yolda onlara basqınçılar hücum edərək heç birinə aman verməyiblər. Nikolya öz qulluqçusunun meyitini yardırır və almaz onun mədəsindən tapılır. Basqınçıların hücumunu görən qulluqçu almazı qorumaq məqsədilə tez udub. 1605-ci ildə Nikolya Sansi Fransanın baş naziri seçilir. O, almazı İngiltərə kralı 1-ci Yakova satır. Sansi almazı İngiltərədə yarım əsr qalır. Sonra bu daş yenidən Fransaya qayıdır. Az sonra məlum olur ki, almaz Fransa kardinalı Mazarininin evindədir. Mazarini evinə gələn qonaqlara qızıl-zinyət kolleksiyasındakı ən iri daşa məmnuniyyətlə göstərərmiş. Daşın sorağı 14-ci Lyudovikə gedib çatır. Kardinal Mazarini bunu eşidib almazı krala hədiyyə göndərir. Böyük Fransa İnqilabından sonra xəzinə talan edilir. Oradan “Mavi fransız” almazı ilə bərabər “Sansi” də yoxa çıxır.

Sansi almazının tarixi sonra Rusiyada davam edir. Bu daş Pavel Demidovun əlinə keçir. 1865-ci ildə Demidovlar onu 100 000 funt sterlinqə hind racasına satırlar. Əfsanəvi daş ilk dəfə 1867-ci ildə Parisdəki Ümumdünya Sərgisində nümayiş etdirilir. Həmin sərgidə iştirak edən mütəxəssislər ona milyon frank qiymət qoyurlar. Məhz həmin sərgidən etibarən Sansi almazı barədə tarixdə fasilə yaranır. Bilinmir ki, onu kim 40 il gizli saxlayıb. Yalnız 1906-cı ildə o amerikalı sahibkar Uilyam Astorda üzə çıxır. Daş həmin ailədə 72 il qalır. Astorlar nəslinin 4-ci lordu 72 ildən sonra onu Luvr muzeyinə 1 milyon dollara satır. Satış 1978-ci ildə baş tutur. Həmin gündən etibarən əfsanəvi daş Luvrda sərgilənir. Sansi almazı barədə müxtəlif rəvayətlər mövcuddur. Ancaq bilinən budur ki, bu almaz heç bir sahibinə xeyir gətirməyib. Ya o evdə uşaqlardan biri ölüb, ya da almazın sahibi taxt-tacdan salınıb, qaçaq düşüb, yaxud öldürülüb. Beləliklə, Sansi almazı yalnız 1978-ci ildə sakitliyə qovuşdu. Həmin ildən etibarən daha onu nə satır, nə də qorxu altında gizlədirlər.

analitik.az

PSİXOLOJİ KURSLAR

TESTLƏR

PSİKOLOJİ

ПСИХОЛОГИЯ

SİZİN KOŞƏ

ELEKTRON KİTABXANA

PSİXOLOJİ VİDEOLAR

KİTAB KLUBU

AFORİZMLƏR

HƏYAT HEKAYƏLƏRİ

ELMİ ARAŞTIRMA

ELMİ ƏSƏRLƏR TOPLUSU

Jurnallar

Mütəxəssislər

Vüsalə Ələkbərova

Təsisçi və baş redaktor Psixoloq vusala@dushunce.az

Elnur Rüstəmov

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Psixoloq elnur@dushunce.az

Narınc Rüstəmova

Narınc PM-nin rəhbəri, Klinik psixoloq narinc@dushunce.az

Orxan Fərəcli

Klinik psixoloq orxan@dushunce.az

Aygün Ağabalayeva

Psixoloq aygun@dushunce.az

Davamı >

Bürclər

Tərəfdaşlar

Kulinariya

Ziyarətçilər

Faydalı Linklər