Narınc Uşaq Psixologiya Mərkəzinin defektoloq-loqopedi Gülnar Həsənova ilə uşaqlarda kəkələmə problemləri , əqli gerilik üzərində danışdıq.

Uşağın problemindən asılı olaraq onun loqopedik iş müddəti yarım saatdan bir saata kimi dəyişə bilir. Əsasən 3-6 yaş aralığındakı uşaqlarla daha çox məşğul oluram. Elə kəkələmə də məhz bu yaşlarda, uşağın nitq qabiliyyətinin formalaşmağa başladığı dönəmdə ortaya çıxır. Nə qədər tez mütəxəssisə müraciət edilərsə, bir o qədər də erkən , uğurlu nəticə ala bilirik.

Gülnar xanım xüsusilə vurğuladı ki, nəinki nitq problemlərində, eləcə də bütün problemlərdə valideynlərin səyi nə qədər çox olarsa, o qədər gözəl nəticə ala bilərik. Çünki uşaq bizim yanımızda bir saat, yarım saat olur, amma digər bütün zamanını valideynlərinin və ailəsinin əhatəsində yaşayır. Ona görə də bu zamanı düzgün dəyərləndirmək və onlara verilən tapşırıqlara məsuliyyətlə yanaşmaq da valideynlərin və digər ailə üzvlərinin payına düşür.

Əgər uşaq iki yaşına gəlibsə və nitqi yoxdursa və ya demək olar ki çox azdırsa, göz kontaktı qurmursa, istəklərini izah edə bilmirsə artıq valideyn ilkin həyəcan siqnallarını almağa başlamalıdır.

Digər psixoloqlarımızənda ayrı-ayrılıqda qeyd etdiyi kimi ən qlobal problem valdeynlərin uşaqların həddindən çox televizor izləmələrinə yol vermələridir. Biz də Gülnar xanıma bu işin norması nədir deyə sorduq. Yəni uşaqlar hansı yaş aralığında hansı müddətdə televizor izləyə bilərlər?

2-3 yaş (körpəlik dövrü) arası uşaqlar gün ərzində 20 dəqiqə, 3-6 yaşlılar (məktəbəqədər dövr) 1 saat, 6-9 yaşlı (kiçik məktəbli ) uşaqlar 2-3 saat televiziya izləyə bilərlər. Bu vaxtlar gün boyu 20-30 dəqiqəlik bölgülər halında qurulmalıdır. Uşaqlarınızın nəyi izlədiyinə nəzarət etmək istəyirsinizsə, uşağınızla birlikdə izləyin və sonra izlədiklərinizi onunla müzakirə edin. Daim onlarla sohbətinizi diskusiya şəklində qurun , bu onun nitqinin inkişafina və ətrafında baş verənləri analizetmə qabiliyyətinin formalaşmasına təkan verəcək!Günün sonunda yenidən yolumuzu Təranə xanımın yanından saldıq. Bizə yaratdığı şərait üçün ona sonsuz təşəkkür edərkən son sualımızı verdik.

Valideynlər niyə “Narınc”uşaq psixologiya mərkəzini seçməlidirlər?

Bizi seçməkdə birinci faktor kimi onu qeyd etməyim kifayətdir ki, Azərbaycanda ilk dəfə ayrıca olaraq uşaq psixologiya mərkəzi, məhz Narınc xanım Rüstəmova tərəfindən təsis edilib və uğurla fəaliyyətə başlayıb.

İkinci əsas faktor, bizim məsələyə yanaşma tərzimiz fərqlidir, biz məsələyə kompleks yanaşırıq. Sıfırdan, yəni, uşağın yeni doğulma dövründən ta bizim yanımıza gəldiyi yaşa qədər bütün məlumatlar toplanır. Lazımdırsa həkimə, fizioterapevtə, psixiatra yönləndirir, psixopedaqojik, loqopedik iş aparırıq. Əgər problem bizlik deyilsə insanlara yalnış məlumat verib özümüzdən asılı hala salmırıq! Bizim əsas fərqimiz budur! Dəqiq problemin kökü araşdırılır və buna uyğun iş görürük!

PS: Narınc Uşaq Psixologiya Mərkəzi

Xətai rayon filialı – 012 480 47 81 ; 055 258 27 00

9-cu mkr. filialı – 012 480 40 16 ; 055 254 27 00

HAZIRLADI: Fəridə Qasımova

Mərkəzdə sadəcə uşaqlarla deyil, eyni zamanda yeniyetməliyə keçid mərhələsində və yeniyetmə yaşlarında olan uşaqlarla və abituriyentlərlə də işlər aparılır. Mərkəzin Xətai rayonu üzrə filialında bu işi Ofelya xanım həyata keçirir.

Yeniyetməlik dövründə uşaqlarda hansı dəyişikliklər görülür və bu onlarda hansı narahatlıqları yara bilir?

Fiziki dəyişikliklərə boy uzanması, çəki artımı, səsin qalınlaşması, üzdə sızanaqların əmələ gəlməsi, cinsi dəyişikliklər və s. aiddir.

Psixoloji narahatlıqlara isə bu yaşlarda daha çox rast gəldiyimiz özünə qapanma, inadkarlıq, utancaqlıq, özgüvən aşağı olması, tez incimək,küsmək, aqressiya, sərbəstliyə həddən artıq meyl, istəklərin artması, eqoistlik, qarşı cinsə meyl, gələcək haqda narahatlıq və s. misal göstərmək olar. Bunlar diqqətə alınmadığı təqdirdə dərslərdə zəifləmə, valideynlərlə münasibətlərin gərginləşməsi, inadkarlıq və s. bu kimi neqativ hallar yarana bilər.

Valideynlər yeniyetmə dövründəki uşaqlarına necə davranmalı?

Valideynlər ilk öncə onu bir şəxsiyyət kimi qəbul edib, hörmət bəsləməlidirlər. Hansısa bir qərar alınacaqsa onun da fikrini almalıdırlar. Unutmayın, onun üstünə nə qədər çox getsəniz, bir o qədər özünüzdən uzaqlaşdıracaq, daha da aqressiv edəcəksiniz. Onu anlamağa çalışın, fikirlərinə dəyər verin, danışarkən qorxutma, təhdit və şiddətdən uzaq olun. Ona güvəndiyinizi və hər zaman yanında olduğunuzu hiss etdirin!

Bəs abituriyentlərlə çalışarkən hansı metodika daha yaxşı təsir edir?

Əlbəttə ki Pozitiv terapiya və özgüvənini qaldırmaq yönümündə çalışmalar.

GÜLNAR HƏSƏNOVA – DEFEKTOLOQ-LOQOPED

Uşaq ilk gələn zaman birinci onun yaş analizini aparır, kiçik motorik bacarıqlarının nə səviyyədə olduğunu yoxlayırıq. Əvvəl kiçik motorik bacarıqları üzərində işləyir daha sonra diqqətini, analiz qabiliyyətini korreksiya edirik. Valdeynlər də bizimlə birlikdə işlədiyi, evdəki tapşırıqları məsuliyyətlə yerinə yetirdiyi zaman nəticələrimiz də qısa zamanda və uğurlu olur. Birdə valideynlərin etdiyi ən böyük səhv uşaqları 6-8 aylığından birbaşa televizora məruz qoymalarıdır. Bu uşaqların nitq inkişafına, yaş inkişafına olduqca mənfi təsir göstərir. Təssüflər olsun ki, son zamanlar bu cür pedoqoji baxımsızlıq ucbatından yaranmış inkişaf geriliyi sindromları daha da çoxalmışdır.

Ofelya Məmədova – Yeniyetmələrlə iş üzrə mütəxəssis, psixoloq

Son zamanlarda daha çox yaş dövründən körpəlik dövrünə keçid mərhələsində olan uşaqlarla inkişaf geriliyi və nitq ləngiməsi problemi üzərində işləyirik.

Nitq ləngiməsinin səbəbləri nələrdir?

Daha çox genetik faktorla əlaqəli olur, bununla bərabər pedoqoji baxımsızlıq, nevroloji problemlərdən də qaynaqlana bilir.

Uşaqları qəbul edərkən konsultasiya zamanı adətən hansı istiqaməti tutursunuz?Konsultasiyanın gedişatını nə cür planlanlayırsınz?

Leave a comment

Your email address will not be published.