Stressi aradan qaldırmaq üçün məsləhətlər

Fikir dağınıqlığı, diqqəti cəmləşdirməyin qeyri-mümkünlüyü, daxildə xoş olmayan hisslər – bunlar stressin tipik simptomlarıdır. Stressdən azad olmaq təkcə sizi normal həyata qaytarmır, eyni zamanda tez yaşlanmağında qarşısını alır, axı stress orqanizm üçün çox zərərlidir!

Stressdən tez bir zamanda azad olmağın 12 yolu:

  1. Saçınızı darayın
    Monitor qarşısında keçirilmiş iş günü — bu zaman sizin üz əzələləriniz gərginləşir və nəticədə başınız ağırlaşıb, ağrımağa başlayır. Stresdən azad olmağın bir yolu saçınızı 10-15 dəqiqədən bir daramaqdır. Bu proses başda qan dövranını yaxşılaşdırır və əzələlərin gərginləşməsinin qarşısını alır.
  2. Dondurma yeyin
    Dadlı yemək effektli və antistress dopinqdir. Eləcə də yaxşı əhvali-ruhiyyəni qoruyub, stress atmağın bir yolu da yağlı balıq yeməkdir, balığın tərkibində omega-3 mövcuddur və bu, əsəb sisteminiz üçün çox faydalıdır. Əgər balıq sevmirsinizsə, o zaman dondurma və ya banan yeyin.
  3. Masaj
    Enerjinizi saxlamaq üçün 30 saniyə müddəti ilə burun ətrafı, qaşlar və alt dodaq ətrafını, eləcə də əllərinizin içini mərkəzdən masaj edin.
  4. Ovuclarınızı sürtün
    Stressdən yaxa qurtarmağın növbəti yolu ovuclarınızı əlləriniz isinənə kimi bütün gücünüzlə bir-birinə sürtməkdir. Bundan başqa, qulaqlarınızı da ovuşdura bilərsiniz. Bu yolla siz gümrahlaşıb, işinizə diqqətinizi cəmləşdirə bilərsiniz.
  5. Stressi “yuyun”
    Bütün neqativ enerjini 15 dəqiqə ərzində üzərinizdən atmaq üçün duş qəbul edin. Xəfif axan ilıq suyun altında dayanın ki, su sizin başınızı və çiyninizi masaj etsin. Bir müddət sonra suyun sizin üzərinizdən bütün stressi necə yuyub atacağının şahidi olacaqsınız.
  6. 27 predmet
    Şərq praktikasında belə bir fikir var: “Əgər stressdən, kədərdən azad olmaq istəyirsinizsə, o zaman evdə 27 predmetin, əşyanın yerini dəyişin”. Bu metodu yoxlayın, özünüz də beyninizin problemlərdən necə uzaq olub, dincəldiyinin şahidi olacaqsınız.
  7. Pilləkən
    30 saniyəlik yuxarı və aşağı qaçış təşkil edin. Bunun sayəsində beyinə oksigen axını güclənir. Bununla da emosional stressdən qorunmuş olursunuz.
  8. Boyalar
    Psixologiyaya görə, rəsmlərin 2-3 dəqiqə ərzində boyanması stressi 5 dəfə azaldır. Beləliklə, siz nəinki stressdən azad olacaqsınız, eləcə də bir şedevr yarada biləcəksiniz.
  9. Hibiskuslu (Çin qızılgülü) çay
    Gərginliyin toplanması nəticəsində insanlarda narahatlıq və böhranlı hal hökm sürür, bu da stressin əsas simptomlarından hesab olunur. Bu çay vasitəsi ilə siz gərginlikdən azad olacaqsınız.
  10. Təmizlik
    Əşyaların səliqəyə salınıb yerinə qoyulması sizin fikirlərinizin nizamlanmasına və diqqətinizin cəmlənməsinə yardım edir. Bundan əlavə, yeşiklərdəki əşyaların səliqəli düzümü psixoloji effekt verərək insanı daxilən qaydaya salır və onu öz dünyasına qaytarır.
  11. Xəyala dalmaq
    Evdə qalın, bu sizin fikirlərinizi götür-qoy etməyinizə və rahatlaşmağınıza yardım edəcək. Sevdiyiniz musiqini dinləyin, soyuducudan sevdiyiniz təamları götürün və sevdiyiniz yerdə əyləşin. Vərəqə ən çox istədiklərinizi, arzuladıqlarınızı qeyd edin. Bu, sizin bir növ həyatınızı planlaşdırmağınız kimi də qəbul edilə bilər. Həmçinin siz fikirdən, problemlərdən azad olacaqsınız.
  12. Rəqs
    Mütləq evdə rəqs edin! Musiqi sədaları altında ritmik hərəkətlər stressi atmağınıza kömək edəcək ən effektli variantdır. Rəqs, həm də əyləncə növü olaraq qəbul edilir. Sağlam olmağınız üçün çalışın stresdən uzaq olasınız!

atv.az

PSİXOLOJİ KURSLAR

TESTLƏR

PSİKOLOJİ

ПСИХОЛОГИЯ

SİZİN KOŞƏ

ELEKTRON KİTABXANA

PSİXOLOJİ VİDEOLAR

KİTAB KLUBU

AFORİZMLƏR

HƏYAT HEKAYƏLƏRİ

ELMİ ARAŞTIRMA

ELMİ ƏSƏRLƏR TOPLUSU

Jurnallar

Mütəxəssislər

Vüsalə Ələkbərova

Təsisçi və baş redaktor Psixoloq vusala@dushunce.az

Elnur Rüstəmov

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Psixoloq elnur@dushunce.az

Narınc Rüstəmova

Narınc PM-nin rəhbəri, Klinik psixoloq narinc@dushunce.az

Orxan Fərəcli

Klinik psixoloq orxan@dushunce.az

Aygün Ağabalayeva

Psixoloq aygun@dushunce.az

Davamı >

Bürclər

Tərəfdaşlar

Kulinariya

Ziyarətçilər

Faydalı Linklər