“Kaş ki” deməmək üçün bəzi fikirlər

B“Kaş ki”lər….

Yaşımız irəlilədikcə üzərimizdə heç olmadığı qədər çox ictimai təzyiq hiss edirik, lakin öhdəliklərin bizi dayandırmasına əsla icazə verməməliyik. Davamlı olaraq bir evim olmalıydı, evlənib uşaq sahibi olmalıydım, yüksək maaşlı bir işim olmalıydı ya da dövlətə izə düzəlməliydim deyə narahatlıqlara qapıla bilərsiniz.

Bütün bu gözləntiləri kənara buraxın və sizi xoşbəxt edən həyatı yaşayın. Həyat gözləntilərinizin “normal” insanlardan fərqli olduğunu düşünüb ümidsizliyə qapılmayın; yaşamaq üçün tək həyatınız var, bunu istədiyiniz kimi istifadə edin.

Ailənizlə vaxt keçirin

Yaşı 30-a yaxınlaşan insanlar arasında məşhur olan bir başqa peşmanlıq isə onların daha gənc yaşlarda ana, ata, qardaş və bacıları ilə kifayət qədər vaxt keçirmədikləridir. Birlikdə gəzmək, səyahət etmək və ya nələrisə müzakirə etmək kimi sadə istəklər belə yaş irəlilədikcə çatılması çətin bir hal ala bilər.

İşinizi hər şeydən vacib görmək

‘Əgər işinizi həyatınızın mərkəzinə yerləşdirsəniz buna peşman olarsınız.’ Sevdiyiniz insanlarla vaxt keçirməyə çalışın, çünki bu anlar puldan çox daha qiymətlidir. Üstəlik o pillələrini tək-tək çıxdığımız nərdivanın hələ bilinən bir sonu yoxdur! Hər an yıxıla, müflis ola, hərəkət etməz hala düşdüyünüzü, sizi işinizə və pulunuza görə dəyərləndirən insanların tərk etdiyini görə bilərsiniz, Bu vəziyyətdə yanınızda olan işiniz yox həqiqi dostlarınız olacaq.

Mənfi olan hadisələrə və insanlara qarşı diqqətli olun

Yaşınız irəlilədikcə ətrafınızdakı kamil olmayan insanların yox olacağını düşünürsünüz. Xeyr, bir neçə nəfər hələ ətrafınızda ola bilər, vaxtınızı onlarla öldürməyin. Sizi narahat edən insanlara qarşı diqqətli olun, onlarla olan əlaqələrinizi təkrar dəyərləndirin.

Qocaldığınızı düşünmək

“Biz qocalmışıq artıq ‘ya da’ Bu işlər üçün bir az qocayam’ kimi sözləri tez-tez eşidirik. Kim sizə qoca deyirsə o insandan uzaqlaşın. Hər yaşdakı həyat bizim üçün içi açılmamış, sürprizlərlə dolu bir mirvari kimidir. Özünüzə bir şans verin, yaşayın və hər yaşdan həzz almağa çalışın. Və heç vaxt özünüzdəki maraq duyğusunu öldürməyin.

İlk yerə həyatınızı qoyun

Bəlkə həyatda özünüzü deyil başqasını ilk sıraya qoyursunuz. Özünüzə gəlin! Əvvəl özünüzü ilk sıraya qoyun gerisi onsuz da düzələcək. Ehtiyaclarınızı təməl alaraq çox daha xoşbəxt olacaqsınız, bu da insanlarla daha yaxşı əlaqələr içində olmanızı təmin edəcək.

Özünüzə yaxşı baxdığınızda irəlidəki yaşınızda daha az peşmanlığınız olacaq. Yəqin ki, ehtiyaclarınızı nəzərə aldığınız və xəyallarınızın arxasından qorxmadan getdiyiniz üçün peşman olmayacaqsınız.

Bədəninizə qayğı göstərin

Bəzi vərdişləri buraxmaq bir az çətin ola bilər, lakin bədəninizə yaxşı davranmalısınız yoxsa bir gün xəbəriniz olmadan bir yer xəstəlik olaraq qarşınıza çıxabilər…

Səyahət edin

Dünya əlimizin altındadır, macəra dolu bir səyahətə çıxın! Bunu davamlı təxirə salmayın, yaşınız irəlilədikcə səyahət etmənin çətinləşəcəyini unutmayın.

“Qohum-qonşu nə deyər?” deyə düşünmək

Əslində hər yaşda olan insan buna fikir verir. Bu mənasız vərdiş üçün daha çox vaxt xərcləməyin. Nə düşündüyünüzə əhəmiyyət verməyən insanlar üçün zamanınızı və enerjinizi daha çox heç etməyin. Düşündüklərinizə əhəmiyyət verənlər onsuz da sizi olduğunuz kimi qəbul edəcəklər. Sizə deyil, adını bilmədiyi insanların fikirlərinə əhəmiyyət verən insanları həyatınızdan çıxarın.

Həyatınızda mövcud olan bütün möfhumları tərəddüd etmədən sorğulayın, müzakirə edin və yerini ya sağlamlaşdırın ya da daha sağlam olan fikirlərlə dəyişdirin.

bildirchin.az

PSİXOLOJİ KURSLAR

TESTLƏR

PSİKOLOJİ

ПСИХОЛОГИЯ

SİZİN KOŞƏ

ELEKTRON KİTABXANA

PSİXOLOJİ VİDEOLAR

KİTAB KLUBU

AFORİZMLƏR

HƏYAT HEKAYƏLƏRİ

ELMİ ARAŞTIRMA

ELMİ ƏSƏRLƏR TOPLUSU

Jurnallar

Mütəxəssislər

Vüsalə Ələkbərova

Təsisçi və baş redaktor Psixoloq vusala@dushunce.az

Elnur Rüstəmov

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Psixoloq elnur@dushunce.az

Narınc Rüstəmova

Narınc PM-nin rəhbəri, Klinik psixoloq narinc@dushunce.az

Orxan Fərəcli

Klinik psixoloq orxan@dushunce.az

Aygün Ağabalayeva

Psixoloq aygun@dushunce.az

Davamı >

Bürclər

Tərəfdaşlar

Kulinariya

Ziyarətçilər

Faydalı Linklər