Bütün işlərini təxirə salanlar oxusun

Arada çoxumuz görməli olduğumuz işləri təxirə salaraq, başqa bir günə və ya saata saxlayırıq. Ancaq bu hal sıx rastlanırsa və hər gün təkrarlanıb işlərinizi əngəlləyirsə, təhlükə siqnalları çalır demək. Tibbdə “procrastination” adlanan, dilimizdə “təxirəsalma” xəstəliyi olaraq bilinən bu problemlə bağlı psixoloqlar mühüm məlumatlar veriblər.

Əgər hər işinizi təxirə salmağa başlamısınızsa və bu hal gündəlik işlərinizi əngəlləyirsə, artıq hərəkət keçməyiniz lazımdır.

Bu xəstəliyin başlıca əlamətləri nələrdir?

Mükəmməliyyətçilik

Motivasiya əskikliyi

Uyğun olmayan iş, imtahan, layihə seçimi

Bacarıqsızlıq duyğusu, yəni “onsuzda bacarmayacağam” düşüncəsi

Bu xəstəliyi olanlara tövsiyələr

Qısa yürüşlər edin: Bayırda qısa da olsa vaxt keçirmək zehninizə və bədəninizə enerji verəcək.

Ən yaxşı vaxtınızı tapın: Gün ərzində daha da enerjili, daha məhsuldar olduğunuz bir vaxtı seçin.

Hər gün bir işi görün: Başlamadan əvvəl “bu gün edəcəyim bircə işim olsa, nəyi etsəm daha yaxşı olardı?” – deyə, düşünün.

İşləri hissələrə ayırın: Bu halda iş böyük dağ kimi deyil, balaca parçalar şəklində görünəcək.

Qısa aralar verin: 25 dəqiqə işləyin və 3 dəqiqəlik fasilə edin ki, beyniniz rahatlasın.

lent.az

PSİXOLOJİ KURSLAR

TESTLƏR

PSİKOLOJİ

ПСИХОЛОГИЯ

SİZİN KOŞƏ

ELEKTRON KİTABXANA

PSİXOLOJİ VİDEOLAR

KİTAB KLUBU

AFORİZMLƏR

HƏYAT HEKAYƏLƏRİ

ELMİ ARAŞTIRMA

ELMİ ƏSƏRLƏR TOPLUSU

Jurnallar

Mütəxəssislər

Vüsalə Ələkbərova

Təsisçi və baş redaktor Psixoloq vusala@dushunce.az

Elnur Rüstəmov

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Psixoloq elnur@dushunce.az

Narınc Rüstəmova

Narınc PM-nin rəhbəri, Klinik psixoloq narinc@dushunce.az

Orxan Fərəcli

Klinik psixoloq orxan@dushunce.az

Aygün Ağabalayeva

Psixoloq aygun@dushunce.az

Davamı >

Bürclər

Tərəfdaşlar

Kulinariya

Ziyarətçilər

Faydalı Linklər