Yeniyetmə və gənclərin cinsi formalaşması

Yeniyetmə yaşlarında orqanizmdə baş verən dəyişikliklər, inkişaf gənclərin və onların gələcəyi üçün cavabdehlik daşıyan böyüklərin qarşısına yeni problemlər çıxarır. Cinsi hormonların artıq dərəcədə hasil olunması nəticəsində orqanizmdə baş verən bioloji dəyişikliklər cinslər arasında münasibətlərin dəyişməsinə səbəb olur ki, bu da qarşıya ictimai və əxlaqi məsələlərin həlli kimi ciddi vəzifələr qoyur. Yaşlılar bunu bilməli və heç vaxt yaddan çıxarmamalıdırlar. Onlar gigiyena məsələləri haqqında məsləhətlərlə kifayətənməyib, yeniyetmə gənclərə orqanizmin biofizioloji xüsusiyyətləri, bu dövrdə müqabil cinsə münasibət haqda sadə, onların anlayacağı şəkildə məlumatlar verməlidirlər. Əgər bu yaşda orqanizmdə fizioloji dəyişmə prosesləri, şəxsi gigiyena qaydalarına aid məsələlərdə valideynlər uşaqlar ilə ümumi dil tapırlarsa da, yeniyetmə yaşlarında olan oğlanlarda baş verən bəzi seksual məsələlərdə onlar böyük səhvlərə yol verirlər.

Bunlardan ən çox təsadüf olunanı valideynlərin, müəllimlərin təsadüf etdikləri onanizm — masturbasiyadır. Oğlanların bu “eyib işlə” məşğul olduğunu bildikdə xüsusilə analar çox həyəcanlanırlar. Bu vəziyyətdə, adətən, istər fizioloji və istərsə də psixoloji sferada elə bir gərginlik yaranır ki, gəncin şüuru qeyri-ixtiyari olaraq yalnız bir istiqamətdə fəaliyyət göstərir və onu müəyyən yollara bu vəziyyətdən qurtarmağa məcbur edir. Onanizmə də elə bu baxımdan münasibət göstərilməlidir. Birinci masturbasiyalar səbəbi dərk olunmadan, sonralar isə dərk olunmuş səbəblərlə edilir. Cinsi əlaqə istəyi, adətən, gəncin özü üçün uydurduğu xəyali fikirlər, fantaziyalar nəticəsində, məsələn, tanıdığı və ya tanımadığı qadının, qızın obrazını xəyalına gətirdikdə yaranır. Belə fantaziyalar məlum səbəblərə. görə oğlanlarda qızlara nisbətən daha çox inkişaf etmiş olur. Masturbasiya aktının-sayı gənc orqanizmin fərdi xüsusiyyətlərindən və onun azad vaxtlarından necə səmərəli istifadə etməsindən asılıdır. Bəzi gənclərdə psixoloji gərginlik o qədər güclüdür ki, cinsi istək onun başqa hissləri arasında üstünlük təşkil edərək gəncin diqqətini daimi olaraq seksual sahədə cəmləyir. Belələrini masturbasiya aktı müəyyən müddət üçün bu gərginlikdən çıxarır. Bir qayda olaraq normal cinsi əlaqənin başlanması onanizmlə məşğul olmağa son qoyur. Amma bəzi hallarda evləndikdən sonra da müəyyən səbəblərə görə (arvadın xəstəliyi, hamiləlik, aybaşı və s.) onanizmdən istifadə olunur.

Bəzi gənclərin həyatında onanizm yeganə əyləncəyə çevrilir və o, vaxtının çoxunu masturbasiyaya həsr edir. Belə vəziyyət əksərən intellekt cəhətdən məhdud, qaraqabaq, utancaq və yaşıdlarından ayrılıb, onlarla yoldaşlıq, dostluq etməyən gənclərdə olur. Belələri təklikdə olmağı, vaxtını boş-boşuna keçirməyi xoşlayırlar. Buna görə valideynlər belə gəncləri müəyyən bir maraqlı fiziki və ya əqli işlə, idmanın bir növü ilə maraqlandırmalı, onu yaxşı, işgüzar həmyaşıdları ilə yoldaşlığa, dostluğa təhrik etməlidirlər. Ümumiyyətlə, qeyd etməliyik ki, fiziki əmək, idman onanizmlə məşğuliyyətin qarşısını tamamilə almasa da, onun sayının hiss olunacaq dərəcədə azalmasına səbəb olar. Yeniyetmənin onanizmlə məşğul olduğunu bildikdə valideynlər heç bir vaxt cəza tədbirlərinə əl atmamalı, bu işlə məşğul olmayacağı haqqında onun söz verməsini tələb etməməlidirlər. Unutmaq olmaz ki, belə yeniyetmələrdə iradə zəif olduğundan onanizm istəyi həmişə onun verdiyi vədə üstün gələcəkdir. Burada yalnız valideynlərin sakit, inandırıcı söhbəti və məsləhətləri, eləcə də oğlanın məsləhətləri anlayıb qəbul etməsi müəyyən rol oynayar.

PSİXOLOJİ KURSLAR

TESTLƏR

PSİKOLOJİ

ПСИХОЛОГИЯ

SİZİN KOŞƏ

ELEKTRON KİTABXANA

PSİXOLOJİ VİDEOLAR

KİTAB KLUBU

AFORİZMLƏR

HƏYAT HEKAYƏLƏRİ

ELMİ ARAŞTIRMA

ELMİ ƏSƏRLƏR TOPLUSU

Jurnallar

Mütəxəssislər

Vüsalə Ələkbərova

Təsisçi və baş redaktor Psixoloq vusala@dushunce.az

Elnur Rüstəmov

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Psixoloq elnur@dushunce.az

Narınc Rüstəmova

Narınc PM-nin rəhbəri, Klinik psixoloq narinc@dushunce.az

Orxan Fərəcli

Klinik psixoloq orxan@dushunce.az

Aygün Ağabalayeva

Psixoloq aygun@dushunce.az

Davamı >

Bürclər

Tərəfdaşlar

Kulinariya

Ziyarətçilər

Faydalı Linklər