Sosial səviyyənizi ölçün

  1. İnsanlarla ünsiyyətdən zövq alırsınızmı?
    a- Bəli, çox hallarda
    b- Bəli, az hallarda
    c- Xeyr, qətiyyən
  2. Sakitliyi sevirsinizmi?
    a- Bəli
    b- Az hallarda
    c- Xeyr
  3. Prosesə diqqət edirsiniz yoxsa ancaq nəticəyə?
    a- Əsasən prosesə
    b- Bəzən prosesə
    c- Nəticəyə
  4. Fədakarlıq etməyi bacarırsınızmı?
    a- Bəli
    b- Hərdən
    c- Xeyr
  5. Böyük maddi məsuliyyət götürməyi sevirsinizmi?
    a- Xeyr
    b- Bəzən
    c- Bəli
  6. İnsanların səhvini tezliklə bağışlaya bilirsinizmi?
    a- Bəli
    b- Çalışıram
    c- Xeyr
  7. Elmi və müzakirə xarakterli toplantıları sevirsinizmi?
    a- Bəli
    b- Bəzən
    c- Xeyr
  8. Kitab oxumağa meyllisinizmi?
    a- Bəli
    b- Az hallarda
    c- Xeyr
  9. Özünüzü başqalarıyla tez-tez müqayisə edirsinizmi?
    a- Xeyr
    b- Bəzən
    c- Bəli
  10. İzah etmək prosesindən həzz alırsınızmı?
    a- Bəli
    b- Hərdən
    c- Xeyr

Testin nəticəsinə görə sinifləndirmə:

1- Əgər sizdə “A” bəndlərinin sayı çoxdursa, deməli siz xoşməramlı, psixoloji vəziyyəti yerində olan, səbirli, əxlaqlı və aram insansınız. Gələcəkdə siz gözəl həyat yoldaşı və düzgün valideyn ola bilərsiniz. Peşə olaraq əsasən pedaqoji fəaliyyət, psixologiya və sosiologiya həmçinin qeyri-kommersiya fəaliyyətli müəssisələrdə təşkilatçı və koordinator olaraq yüksək nailiyyət əldə edə bilərsiniz. Təbii ki, bu xüsusiyyətləri müsbətə doğru inkişaf etdirməlisiniz.

2- Əgər sizdə “B” bəndlərinin sayı çoxdursa, “A” və “C” kateqoriyasına yaxınlığı yoxlayın. Əgər “A” bəndlərinin sayına yaxındırsa ( məsələn, “B” cavablarınız 6 ədəd, “A” cavablarınız 3 ədəd, “C” cavablarınız 1 ədəddirsə) siz də “A” kateqoriyasının yuxarıda saydığımız xüsusiyyətlərinə( pedaqoji fəaliyyət, səbirli olmaq və s.) yaxınsınız. Sadəcə olaraq öz üzərinizdə çox işləməlisiniz ki, bu xüsusiyyətləri vərdiş halına çevirəsiniz. Yəni sizdə baza mövcuddur, amma tənbəllik onu üstələmişdir.

3- Əgər sizdə “C” bəndlərinin sayı çoxdursa, siz səbirsiz, maddi ölçülərə çox əhəmiyyət verən, çevrənizdəki insanların mütəmadi qəlbini qıran, başqalarının uğurlarına çox vaxt sevinməyən, həyatdan tez-tez şikayətçi olan, soyuq, küsəyən, özünü sevən və təkəbbürlü insansınız. Maddi uğurlarınızın çox olması labüddür. Mənəvi məsələlərə az əhəmiyyət verirsiniz.
Sizə tövsiyəmiz özünüzlə baş-başa qalıb zaman ayırmaq, yaradılış və yaşayış barədə düşünmək, mənəvi psixoloji mövzularda mütaliə etmək, videolar izləmək və əlaqədar fəaliyyətlərdir.

​allmag.az

PSİXOLOJİ KURSLAR

TESTLƏR

PSİKOLOJİ

ПСИХОЛОГИЯ

SİZİN KOŞƏ

ELEKTRON KİTABXANA

PSİXOLOJİ VİDEOLAR

KİTAB KLUBU

AFORİZMLƏR

HƏYAT HEKAYƏLƏRİ

ELMİ ARAŞTIRMA

ELMİ ƏSƏRLƏR TOPLUSU

Jurnallar

Mütəxəssislər

Vüsalə Ələkbərova

Təsisçi və baş redaktor Psixoloq vusala@dushunce.az

Elnur Rüstəmov

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Psixoloq elnur@dushunce.az

Narınc Rüstəmova

Narınc PM-nin rəhbəri, Klinik psixoloq narinc@dushunce.az

Orxan Fərəcli

Klinik psixoloq orxan@dushunce.az

Aygün Ağabalayeva

Psixoloq aygun@dushunce.az

Davamı >

Bürclər

Tərəfdaşlar

Kulinariya

Ziyarətçilər

Faydalı Linklər