Nuriyyə Mustafayeva – DEPRESSİYA VƏ SUİSİD

​Suisidal davranış müasir dövrdə öz aktuallığı ilə seçilən problem­lər­dəndir. Müxtəlif səbəblərdən baş verən ölüm hadisələri içərisində özünü qəsd etmə geniş yer tutur. Hər il dünyada 500 min özünüqəsd və 7 milyona yaxın özünüqəsdə cəhd etmə halları baş verir. Bununla bərabər açıqlanmayan suisid halları da olduqca çoxdur. Bir sıra ailələr bu halı gizlətməyə çalışır, hətta bəzən öz yaxınlarından belə gizlətməyə çalışırlar. Buna səbəb kimi müxtəlif amilləri qeyd etmək olar. Haqlarında yayılacaq söz-söhbətlərdən, insanların qınağından v.s. Suisid sağlam şəxsin məqsədli, kənar təsirdən təcrid olunmuş formada özü tərəfindən özünü həyatdan məhrum etməsi kimi izah edilir.

İntiharla bağlı bir sıra ziddiyyətli fikirlər vardır. Son dövrün tədqiqatları bunlara da aydınlıq gətirmək imkanı verir:

1.İnsanlar həyata son qoymaq arzusunu bildirməklə sadəcə özlərinə diqqəti cəlb etmək istəyir. Əslində isə bu çox dərin psixoloji travmadan xəbər verir. İnsan müxtəlif yollarla ətrafdakıları xəbərdar etmək istəyir. Bu cür fikirlərə etinasız yanaşmaq olmaz.

  1. İnsan intiharı xəbərdarlıq etmədən həyata keçirir. Əslində isə intiharı düçünən insan bununla bağlı bir çox işarələr verir. Hər özünə qəsd edən 10 nəfərdən 8-i bu xəbərdarlıq edir.

3.Özünə qəsd edən insanlar psixi pozuntulardan əziyyət çəkirlər. İntihar etmiş insanların heç də hamısı psixi pozuntulardan əziyyət çəkmir. İntaharı düşünən insan dözülməz psixoloji mənəvi ağrı hiss edir, ümidsizləşir, yaranan konfiliktdən uğurla çıxa bilmir. Bu heç də onun psixi pozuntudan əziyyət çəkdiyini göstərmir.

  1. İntihar etmək qərarına gələnlər yaşamaq istəmir. Əslində isə bu insanlar ölümlə həyat arasında tərəddüd edirlər. Həyatdan yox, mənəvi ağrıdan yaxa qurtarmaq istəyir.
  2. Suisidal cəhdlər zamanı bütün hərəkətlər düşünülməmiş olur. Əslində isə intihar haqda düşünən bütün şəxslər əksər hallarda intiharı uzun müddətdən bəri planlaşdırırlar.

Psixoloji baxımdan hər bir insan həyatında müəyyən çətin situasiyalara dü­şür ki, onlardan heç cür çıxış yolu tapa bilmir. Xarici təsirlər nəticəsində insanda daxili boş­luq yaranır, insan qarşılaşdığı maneələrlə bacarmır. Bu zaman o, dözülməz psi­xo­loji mənəvi ağrı hiss edir, ümidsizləşir, yaranan konfliktdən uğurla çıxa bilmir. Bu şəraitdən çıxış yolu tapa bilmir. Səbəb çox müxtəlif ola bilər: sevdiyi şəxsin itirilməsi, fiziki zorakılığa məruz qalma, şantaj, borc, böyük vəzifənin itirilməsi, hədə qorxu, əsəb pozuntusu,tənhalıq, dərin depressiya, kumirini təqlid və s.

İntiharın səbəbləri kimi daha çox –cinsiyyət, aşağı sosial-iqtisadi vəziyyət, ata-ana münaqişələri, ixtilaf, immiqrasiya, psixi pozuntular, şiddətə meyllilik və düşünmə (fikirləşə bilmə) pozuntuları göstərilir.

İntiharın səbəblərini aşağıdakı kimi qruplaşdıra bilərik:

  1. Psixiatrik xəstəliklər
  2. Sosial səbəblər

3. Psixoloji səbəblər

4. Bioloji səbəblər

5. Genetik yaxınlıq

6. Fiziki xəstəliklər

PSİXOLOJİ KURSLAR

TESTLƏR

PSİKOLOJİ

ПСИХОЛОГИЯ

SİZİN KOŞƏ

ELEKTRON KİTABXANA

PSİXOLOJİ VİDEOLAR

KİTAB KLUBU

AFORİZMLƏR

HƏYAT HEKAYƏLƏRİ

ELMİ ARAŞTIRMA

ELMİ ƏSƏRLƏR TOPLUSU

Jurnallar

Mütəxəssislər

Vüsalə Ələkbərova

Təsisçi və baş redaktor Psixoloq vusala@dushunce.az

Elnur Rüstəmov

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Psixoloq elnur@dushunce.az

Narınc Rüstəmova

Narınc PM-nin rəhbəri, Klinik psixoloq narinc@dushunce.az

Orxan Fərəcli

Klinik psixoloq orxan@dushunce.az

Aygün Ağabalayeva

Psixoloq aygun@dushunce.az

Davamı >

Bürclər

Tərəfdaşlar

Kulinariya

Ziyarətçilər

Faydalı Linklər