Paxıl olmayın

Paxıllıq hər kəsin içində olan bir duyğudur. Amma bu duyğu bəzən o qədər yüksəlir ki, insanlar arasında münasibətlərin pozulmasına, hətta insanın özünü bədbəxt hiss etməsinə gətirib çıxarır. Alimlərin araşdırmalarına görə, paxıllıq duyğusu az olan insanların bir neçə ortaq xüsusiyyətləri var. Onlardan bir neçəsini təqdim edirik.

  • Başqalarının müvəffəqiyyətini təbrik etməkdən çəkinməzlər: Ən yaxın dostunuz görkəmli bir mərasimlə evlənmiş və ya işində yaxşı bir vəzifəyə yüksəlmiş ola bilər. Başqasının müvəffəqiyyətli olması sizin müvəffəqiyyətsiz olduğunuz mənasını vermir. Çünki hər kəsin həyatı, taleyi başqadır. Paxıl olmayan insanlar bu kimi halları xoş qarşılayar və özlərini heç kimlə müqayisə etməzlər.
  • Ətrafları etibarlı insanlarla doludur: Paxıl olmayan insanların ətrafındakı dost-tanışları etibarlı insanlardır.
  • Özünəinamları tamdır: Özünəinamı tam olan insan başqalarına paxıllıq ehtiyacı duymazlar. 2005-ci ildə aparılan bir araşdırmlara görə bu xüsusiyyət əsasən yeniyetmə gənclər arasında çoxdur.
  • Sosial şəbəkələrdən qədərində istifadə edərlər: “Facebook”, “İnstagram” və s. kimi sosial şəbəkələr çoxlarının gündəlik məşğuliyyəti halını alıb. Bu şəbəkələrdə həmişə ən yaxşı fotoşəkillərimizi paylaşır, tanışlarımızla ən xoşbəxt olduğumuz anları bölüşmək istəyirik. Araşdırmaçılara görə isə, sosial şəbəkələrdə həddindən artıq istifadə təklik və qısqanclıq kimi mənfi duyğuları artırır.
  • Özlərini olduqları kimi qəbul edərlər: Psixiatr Skot Beaya görə bəzən əzmkarlıq belə insanın özünəinam əskikliyindən qaynaqlana bilər. Xoşbəxt olmaq üçün davamlı bir şeyləri etməli olduğunuz düşüncəsindən uzaq olmalısınız. Özünüzlə barışsanız insanlara həsəd aparmaqdan da xilas ola bilərsiniz. Beləcə özünüzü daha xoşbəxt hiss edərsiniz.
  • Özlərini başqaları ilə müqayisə etməzlər: Teodor Ruzveltın dediyi kimi “Müqayisə kef oğrusudur”. Əgər davamlı olaraq özünüzü başqaları ilə müqayisə etsəniz, bu zaman heç vaxt xoşbəxt ola bilməyəcəksiniz. Çünki hər insanın yetişdiyi ailə, içində olduğu mühit, imkanlar, fürsətlər fərqlidir.

zaman.az

PSİXOLOJİ KURSLAR

TESTLƏR

PSİKOLOJİ

ПСИХОЛОГИЯ

SİZİN KOŞƏ

ELEKTRON KİTABXANA

PSİXOLOJİ VİDEOLAR

KİTAB KLUBU

AFORİZMLƏR

HƏYAT HEKAYƏLƏRİ

ELMİ ARAŞTIRMA

ELMİ ƏSƏRLƏR TOPLUSU

Jurnallar

Mütəxəssislər

Vüsalə Ələkbərova

Təsisçi və baş redaktor Psixoloq vusala@dushunce.az

Elnur Rüstəmov

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Psixoloq elnur@dushunce.az

Narınc Rüstəmova

Narınc PM-nin rəhbəri, Klinik psixoloq narinc@dushunce.az

Orxan Fərəcli

Klinik psixoloq orxan@dushunce.az

Aygün Ağabalayeva

Psixoloq aygun@dushunce.az

Davamı >

Bürclər

Tərəfdaşlar

Kulinariya

Ziyarətçilər

Faydalı Linklər