Beş ən dəhşətli psixoloji eksperiment

İnsan psixikasının işləmə mexanizmi bu günədək az öyrənilib. Psixoloji eksperiment zamanı nəticələr bəzən alimlərin özlərini belə dalana qısnayır, bəzənsə hətta şoka salır.

Kaçinski olayı

MKULTRA layihəsi çərçivəsində Mərkəzi Kəşfiyyat İdarəsinin keçirdiyi eksperiment insanın manipulyasiya üsullarını araşdırıb. Dəhşət doğuran məqam burasıdır  ki, ekoloji terrorçu Unabomberin meydana çıxmasına da elə bu eksperiment rəvac verib.


Bir dəfə dərs zamanı Harvardın çalışqan tələbəsi Teodor Kaçinskiyə psixoloq Henri Müllerin  eksperimentində iştirak etmək təklif olunur. Təcrübədə iştirak edən tələbələrə deyirlər ki, onlar öz şəxsi fəlsəfələrini qrup yoldaşları ilə müzakirə etməli olacaqlar. Amma tədqiqat zamanı onlara sürpriz olunur. Məlum olur ki, müzakirələr hüquq fakültəsinin əvvəlcədən disputa hazırlıq görmüş tələbəsiylə aparılacaq. Məqsəd müzakirə zamanı onları alçaltmaq, ideyalarını məsxərəyə qoymaqla tələbələrin dayanıqlılığını yoxlamaq, “insan davranışının səbəbləri” barədə nəzəriyyəni sübut etmək, daha doğrusu, kənar təzyiqin təsirlərini öyrənmək idi. Özü də bunun üçün  Mürrer emosional cəhətdən səbatsız tələbələri seçmişdi.

Psixoloji təcrübə dayanıqsız Tedi çökdürdü. O, belə bir yaramazlığa gətirib çıxaran psixoloqa və elmə nifrət etməyə başladı. Hələ universitetdə ikən o, bu dünyanın qanun-qaydaları və texnologiyasının qəbuledilməzliyi haqqında traktat yazmağa başladı. Sonra isə meşədə daxma alıb tərki-dünya yaşamağa başladı. Və o zaman  Teodor intiqam almaq məqsədi ilə poçt vasitəsilə əldəqayırma bombalar göndərməyə başladı. O bu yolla 16-dan çox partlayış törətdi. Nəticədə, Kaçinskini öz doğma qardaşı hüquq mühafizə orqanlarına satdı. Keçmişdə psixoloji təcrübə aparan Mürrey isə hazırda ömürlük həbs cəzası çəkməkdədir.

Hoflinq təcrübəsi

Xüsusi xidmət orqanları başqasının şüurunu tabe etməyin yollarını axtardığı zamanda psixiatr Çarlz Hoflinq sübut etdi ki, bunun üçün tələb olunanı sadəcə həmin adamdan düzgün yolla istəməkdir. Əsas odur ki, təcrübə obyekti özü istifadə olunduğundan şübhələnməsin.

1996-cı ildə o, şəhər xəstəxanalarının birində işləyən bir neçə tibb bacısına zəng vurdu. Özünü müalicə aparan həkim kimi qələmə verərək, alim tibb bacılarından xəstələrə 20 milliqram “Astroten” dərmanı (əslində, icazə verilən doza 10 milliqramı aşmamalıdır) yeridilməsini xahiş etdi. Maraqlıdır ki, bu təcrübəyə yaşıl işıq yandırdılar, hələ bu azmış kimi, 22 tibb bacısından 21-i tanımadığı həkimə heç bir sual vermədən onun dediklərini etdilər. Bu isə nəinki xəstəxana qanunlarına, hətta insanlığa belə zidd idi.

Uşaq və siçovul

Nəinki tələbə və böyüklər, hətta uşaqlar da psixoloqların qurbanına çevriliblər. 1913-cü ildə həkim-psixoloq Con Brodes Uotson yeni bir istiqamət – biheviorizm  yaratdığını bəyan etdi. Alimin fikrincə, hər şeyi xarici stimul və şəraitin təsiri ilə izah etmək olar. Öz mülahizəsinin həqiqiliyini sübut etmək üçün o, Albert B. adlı 11 aylıq körpədən istifadə etdi. O, hər hansı bir qüsuru olmayan sağlam uşaq idi.

Əvvəlcə Albertə ağ siçovulu göstərməklə onun reaksiyasını yoxladılar. Albert qorxmadı. Uotsonun da məqsədi elə qorxunu yaratmaq idi. Körpə ağ siçovulla oynayan zaman təcrübə aparan insanlar çəkiclə metal zolağa vururdular. Uşaq onları görmürdü və güclü səs Alberti qorxutdu. Təbii, körpə bundan sonra hər zərbə səsindən qorxmağa başladı. Bu azmış kimi, uşaq səs eşitməyəndə belə dovşandan, itdən, gur saçlardan belə qorxmağa başladı.

Təcrübə də bununla bitdi və uşağı xəstəxanadan çıxardılar. Con Hopkins etik qalmaqala görə universiteti tərk etməli oldu. O, sonradan yazırdı: “Mənə bir düjin sağlam, normal inkişaf etmiş uşaqları verin. Öz təcrübəm əsasında sizə zəmanət verirəm ki, irsindən, əcdadından asılı olmayaraq, onlardan həkim, vəkil, ticarətçi və dilənçi hazırlaya bilərəm”. 

Həbsxana oyunu

Amerika həbsxanalarında hər bir şəraitin yaradılmasına baxmayaraq, nəzarətçilərin sadizmi və məhbusların ictimai asayişə nifrəti artmaqdadır. Bütün bunların səbəblərini anlamaq üçün alim Filipp Zimbarqo sınaq aparmağa qərar verdi.

O, adi tələbələri iki qrupa – cinayətkarlara və  nəzarətçilərə bölüb, həbsxanaya yerləşdirdi. Qazamat öz sözünü dedi. “Həbsxana əməkdaşları” qrupundakılar sadistlərə, məhbuslar isə döyülmüş insanlara çevrildi. Qalmaqala çevrilən təcrübə vaxtından  əvvəl dayandırıldı. Nəzarətçi kimi işləyən tələbələr sonradan öz hərəkətlərinə təəccüblənirdilər. Onlardan biri deyirdi: “Heç vaxt düşünməzdim ki, belə şeylərə qadirəm. Lakin bu, iş kimidir, sənə forma və rol verilir və sən tapşırığı yerinə yetirməlisən”.

Oğlan-qız

1965-ci il avqustun 22-də kanadalı Reymerlər ailəsində Brüs və Brayan adlı əkiz qardaşlar dünyaya gəldi. Bir müddətdən sonra tibbi məqsədlə uşaqlar sünnət olundu. Əməliyyat uğursuz keçdi, həkimlərin səhvi nəticəsində Brüsun cinsi orqanını kəsdilər.

Həkimlər çarəsiz qalan valideynlərə körpəyə süni cinsi orqan qoymağı məsləhət gördülər. Lakin bununla belə, saxta orqanın oğlanı “tənhalıqdan xilas etməyəcəyini” də valideynlərə izah etdilər. Çıxış yolu qəfil tapıldı. Reynerlər ailəsinin qarşısına Con Mani adlı həkim çıxdı və o,  Brüsu qıza çevirməyi məsləhət gördü.

Əlbəttə, oğlanın taleyi həkimin vecinə deyildi. O, sadəcə,  hər bir uşağın erkən yaşlarda cinsinin dəyişməsini pis nəticə vermədiyini sübuta yetirmək istəyirdi. Tezliklə Brüs – Brendaya çevrildi. Lakin təbiət öz sözünü dedi: “gənc qız” həmyaşları ilə dalaşır, futbol oynayır və kuklalara nifrət edirdi. Brenda böyüdükdən sonra problemlər daha da ciddiləşdi. Valideynlər ona həqiqəti deməyə məcbur oldu. Brenda yenidən əməliyyat keçirdi və Devid Reymerə çevrildi. Hətta evləndi də. O, başqalarına xəbərdarlıq etmək üçün başına gələn hadisələri yaydı. Bundan sonra az qala hər küncdə onun haqqında danışmağa, onu barmaqla göstərməyə başladılar. Arvadı  dözməyib Devidi atdı, bir müddətdən sonra isə o intihar etdi.

publika.az

PSİXOLOJİ KURSLAR

TESTLƏR

PSİKOLOJİ

ПСИХОЛОГИЯ

SİZİN KOŞƏ

ELEKTRON KİTABXANA

PSİXOLOJİ VİDEOLAR

KİTAB KLUBU

AFORİZMLƏR

HƏYAT HEKAYƏLƏRİ

ELMİ ARAŞTIRMA

ELMİ ƏSƏRLƏR TOPLUSU

Jurnallar

Mütəxəssislər

Vüsalə Ələkbərova

Təsisçi və baş redaktor Psixoloq vusala@dushunce.az

Elnur Rüstəmov

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Psixoloq elnur@dushunce.az

Narınc Rüstəmova

Narınc PM-nin rəhbəri, Klinik psixoloq narinc@dushunce.az

Orxan Fərəcli

Klinik psixoloq orxan@dushunce.az

Aygün Ağabalayeva

Psixoloq aygun@dushunce.az

Davamı >

Bürclər

Tərəfdaşlar

Kulinariya

Ziyarətçilər

Faydalı Linklər