Ruhi təmizlənmə

Psixoloq Gamze Eser ruhi təmizlənmənin ən saf halı haqda yazır.
Ağlamaq gözəldir və son dərəcə də müalicəvidir deyən psixoloq insanlara ruhi təmizlənmənin ən saf halı olan ağlamaqdan çəkinməyin deyir.

Elm adamları insanların üç növ fərqli gözyaşına sahib olduğunu söyləyirlər. Bunlardan ilk ikisi bədənimizin kimyəvi reaksiyalarından yaranır. Üçüncü növ gözyaşı isə tamamilə emosional vəziyyətimizlə əlaqədar yaranır.
Ağlamaq – insanın yaşadığı hər hansı problem zamanı onu daxilən yüngülləşdirir, rahatlaşdırır, daha sağlam düşünməyə kömək edir.

Sevinc, kədər, itki, çarəsizlik, əsəb, həyəcan, günahkarlıq kimi tez-tez yaşanan bir çox hislər, gözyaşlarımızın axmasına səbəb olarkən eyni zamanda bizə bir insan olduğumuzu xatırladır.

Çox vaxt canımızı ağrıtdığını düşündüyümüz ağlama hissi əslində öz özümüzlə keçirdiyimiz ən xüsusi dəqiqələrdir. Etiraf edə bilmədiklərimizi etirafa, gecikdirdiyimiz üzrü diləmə, sevgimizi göstərmə və içində ümumiyyətlə çarəsizlik saxlayan, dilə gətirə bilmədiyimiz və adlandıra bilmədiyimiz duyğuları azad etməyimizin ən gözəl formasıdır.

Ağlamağın qadını, kişisi yoxdur. Hər insan ağlama ehtiyacı duyur və ağladıqca rahatlaşır.

İctimai qınaq səbəbiylə bizim üçün çox xüsusi və lazımlı olan bu reaksiyanı məhdudlaşdıraraq, qadağan edərək, saxlayaraq yaşayırıq təəssüf ki,. Və bu şəkildə öyrədirik uşaqlarımıza. “Sus, ağlama!” sözlərini o qədər çox istifadə edirik ki, uşaq nəyə, necə və niyə ağlaması lazım olduğunu tam olaraq anlaya bilmir. Hər zaman “səhvmi edirəm” ziddiyyətinə düşür.

Halbuki duyğularımızın fərqinə varmamıza kömək edən bu hərəkət bizi zehindən uzaqlaşdırıb fiziki olaraq rahatlaşdıran ən yaxşı rahatlama metodudur.

İçimizdə yığılan və şüuraltımıza yerləşib uyğun olmayan bir yer və zamanda, istəmədiyimiz və gözləmədiyimiz bir şəkildə ortaya çıxması mümkün olan mənfi duyğulardan xilas olub azad olmağımız üçün ağlamağın nə qədər əhəmiyyətli olduğunu bilsək, kim nə deyər kimi qayğıları boş verib rahat rahat axıdarıq gözyaşlarımızı.

Gülmək nə qədər gözəlsə ağlamaq da o qədər möcüzəvidir. Gözləriniz dolduğunda buraxın axsınlar və yusunlar ruhunuzu. Sağalmağın ən təbii halından məhrum etməyin özünüzü, lütfən.

Tərcümə etdi: Aytən Eminova

Məqalədən istifadə zamanı dushunce.az saytına istinad mütləqdir!

PSİXOLOJİ KURSLAR

TESTLƏR

PSİKOLOJİ

ПСИХОЛОГИЯ

SİZİN KOŞƏ

ELEKTRON KİTABXANA

PSİXOLOJİ VİDEOLAR

KİTAB KLUBU

AFORİZMLƏR

HƏYAT HEKAYƏLƏRİ

ELMİ ARAŞTIRMA

ELMİ ƏSƏRLƏR TOPLUSU

Jurnallar

Mütəxəssislər

Vüsalə Ələkbərova

Təsisçi və baş redaktor Psixoloq vusala@dushunce.az

Elnur Rüstəmov

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Psixoloq elnur@dushunce.az

Narınc Rüstəmova

Narınc PM-nin rəhbəri, Klinik psixoloq narinc@dushunce.az

Orxan Fərəcli

Klinik psixoloq orxan@dushunce.az

Aygün Ağabalayeva

Psixoloq aygun@dushunce.az

Davamı >

Bürclər

Tərəfdaşlar

Kulinariya

Ziyarətçilər

Faydalı Linklər