Həyatın mənasını tapmaq üçün 7 sual

Bəzən insanlar özünü həyatın girdabında itmiş kimi hiss edirlər. Qarşılarına çatmaq istədikləri məqsəd qoya bilmirlər.

Əgər sizin də fikirləriniz qarışıbsa, hara getdiyinizi bilmirsinizsə, bu sadə 7 suala cavab verməyə çalışın. Bunu edəndən sonra həyatda sizə nə gərəkdiyini anlayacaqsınız.

  1. Uşaqlıqda nə ilə maraqlanırdız?

Doğrudan da, sizi nə həyəcanlandrırdı? Bəlkə hekayələr yazır, heykəllər düzəldirdiniz? Uşaqlar hər zaman nəiləsə məşğul olurlar. Sonradan isə həmin vərdişlərdən əl çəkilib. İctimai təzyiq və vaxt qəhətliyi bunu etməyə vadar edir. Daha “ciddi” işlərə vaxt sərf etməyə çalışırıq.

Uşaqlıqda nə ilə məşğul olduğunuz barədə düşünün. Həmin işi indi də görürsünüz? Yox? Bəs niyə? Bunun barədə fikirlər elə əvvəlki kimi maraq yaradırmı?

  1. Əgər işləməyiniz gərəkməsəydi, boş vaxtlarda nə edərdiniz?

Əgər işə getmək məcburiyyətində olmasaydınız, ancaq evdə də tək qalmaq mümkün olmasaydı, nə edərdiniz? Axşamlar və ya istirahət günləri, sadəcə, istirahət etmək istəyirik. Bəs çoxlu vaxtınız olsaydı, yəqin ki, onu səmərəli şəkildə keçirmək istərdiniz. Bu barədə düşünün və qeydlər aparıb. Növbəti istirahət günündə həmin planı reallaşdırın.

  1. Hansı fəaliyyət sizi vadar edir ki, hər şey barədə unudasınız?

Nəyinsə üzərində işləyəndə, vaxtın necə keçdiyini bilməmək sizi sevindirir. Bəzən yeməyi, içməyi də unudursunuz.

Nə barədə öyrənməyi xoşlayırsınız?

Necə kitablar, jurnallar və ya xəbərləri bəyənirsiniz? Bəlkə balıqçılıq, bəlkə kulinariya, bəlkə də biznes haqqında. Əgər buna tam əmin deyilsinzsə, bunu bilmək üçün bir qədər zaman lazımdır.

  1. Ən yaxın dostlarınızla nə barədə danışırsınız?

Yaxın dostlarımızın əhatəsində olanda bəzi mövzularla bağlı danışmağı çox sevirik. Bəzən belə şeylərdə həyatınızın əsl məqsədi gizlənir.

Bundan başqa, dostlar tez-tez məsləhət üçün bizə müraciət edirlər. Onların sizə nə cür sual verdiklərinə diqqət yetirin. Məhz həmin mövzularda onlar sizi bilici hesab edirlər. Bəlkə siz bu barədə heç düşünməmişdiniz.

  1. Həyatda etməli olduğunuz işlərin siyahısını tutmusunuz?

Əgər belə siyahınız yoxdursa, mütləq tutun. Bunu edəndən sonra anlayacaqsınız ki, əsas amalınız nədir.

  1. Əgər uğur qazanacağınız işi bilsəydiniz?

Bir çoxları uğursuzluqdan qorxaraq öz arzularını reallaşdırmırlar. Belə şeylər barədə düşünərkən pozitivə yüklənin. “Heç nə alınmayacaq” kimi düşüncələrdən uzaq olun. Hədəfə çatmaq üçün nələrin gərəkdiyi barədə düşünün. Hər həftə sizi hədəfə bir qədər də yaxınlaşdıracaq şeylər barədə düşünün. Və bilin! Hər şey alınacaq.

milli.az

PSİXOLOJİ KURSLAR

TESTLƏR

PSİKOLOJİ

ПСИХОЛОГИЯ

SİZİN KOŞƏ

ELEKTRON KİTABXANA

PSİXOLOJİ VİDEOLAR

KİTAB KLUBU

AFORİZMLƏR

HƏYAT HEKAYƏLƏRİ

ELMİ ARAŞTIRMA

ELMİ ƏSƏRLƏR TOPLUSU

Jurnallar

Mütəxəssislər

Vüsalə Ələkbərova

Təsisçi və baş redaktor Psixoloq vusala@dushunce.az

Elnur Rüstəmov

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Psixoloq elnur@dushunce.az

Narınc Rüstəmova

Narınc PM-nin rəhbəri, Klinik psixoloq narinc@dushunce.az

Orxan Fərəcli

Klinik psixoloq orxan@dushunce.az

Aygün Ağabalayeva

Psixoloq aygun@dushunce.az

Davamı >

Bürclər

Tərəfdaşlar

Kulinariya

Ziyarətçilər

Faydalı Linklər