Hər 10 adamdan birində utancaqlıq probleminə rast gəlinir. Utancaqların təxminən otuz faizinin heç evlənmədiyi və tək başına yaşadığı məlumdur.
Utancaqlıq problemi olanların çox hissəsi qorxularından xilas olmaq üçün özlərini ya spirtli içkiyə, ya da narkotik maddələrə təslim edir.
Əldə edilən məlumatlara görə, utancaqlıq problemi olanların ən sıx müraciət etdiyi yollardan biri spirtli içkilərdən istifadə etməkdir. Bir çox adamlar utancaqlığını spirtli içkilərlə yox etməyə çalışır. Aparılan araşdırmalar nəticəsində məlum olmuşdur ki , həddindən artıq utancaq insanlarda utancaq olmayanlara nisbətən, alkoqolizm və spirtli içkinin yaratdığı digər problemlərədaha çox rast gəlinir. Sıx müraciət edilən bir digər həll yolu isə narkotik maddələrdən istifadə edilməsidir. Üçüncü bir üsul, utancaqlıq böhranına yol aça biləcək, ictimai fəaliyyətləri kənarlaşdıra biləcək bir həyat tərzi inkişaf etdirməkdir. İş və məktəb mühitində ön plana çıxmağı və özünü göstərməyi tələb edən vəziyyətlərdən uzaq durmaq, sadə və gözə batmayacaq işlərə yönəlmək bu həyat tərzinin təməl taktikaları arasında sayıla bilər.
Mütəxəssislər hər üç üsulun da kiçik hesab edilməyəcək fərdi itkilərə səbəb olduğunu söyləyirlər. Onların fikrincə:
“ Alkoqolizm və maddə asılılığının səbəb olduğu problemlər hər kəs tərəfindən bilinir. İctimai təsirlərdən uzaq dayanmağa söykənən bir həyat tərzinin nəticəsi isə aşağı ictimai və peşə müvəffəqiyyəti və təklikdir. Həddindən artıq utancaq insanlar, orta hesablamalara görə, daha aşağı bir təhsil alır, daha az pul qazanır və qarşı cinsdən uzaq durmaları səbəbi ilə yoldaş tapmaqda daha çox çətinlik çəkirlər. Bu insanların otuz faizə yaxın hissəsi heç evlənmir və tək yaşayır. Əgər problem yalnız cəmiyyət qarşısında danışmaqla məhdudlaşırsa , ümumiyyətlə, adamı üç-dörd saatlığına həddindən artıq utancaqlığın əlamətlərindən uzaqlaşdıran dərmanlardan istifadə edilir. Beta blocker adı verilən bu dərmanlar, yaşanan daxili qarışıqlıq,ürək döyüntüs, təngnəfəs qalma, səs titrəməsi və üz qızarması kimi yollarla xaricə vuran əsəbi mesaj sistemini blok edir. Beta blokerlərin səhnə sənətçiləri arasında daha çox istifadə olunduğu qeyd olunub. Daha davamlı bir rahatlıq üçün isə beyindəki sinir ötürülməsini təmin edən maddələr üzərində daha təsirli bəzi dərmanlar istifadə edilir.”
allmag.az