“Nobel” alanlar pulu necə xərcləyir?

Stokholmda Nobel həftəsi artıq sona çatmaq üzrədir. Bu il hər nominant 8 mln . İsveç kronu, yəni 1 milyon ABŞ dollarına yaxın məbləğdə mükafat alacaqlar. Bu məbləq Nobel fondunun gəlirlərindən asılı olaraq hər il dəyişir. Bəs görəsən laureatlar bu mükafatı nəyə xərcləyirlər?

Xeyriyyəçiliyə
Nobel mükafatını müxtəlif xeyriyyə fonduna köçürmək artıq ənənə şəklini alıb. 1979-cu ilin Nobel laureatçısı Tereze Ana mükafatı kimsəsizlər üçün sığınacağın tikintisinə sərf etdi. Bundan başqa , 2 min yoxsul insana Milad süfrəsi açdı.
2009-cu ilin sülh mükafatını alan Barak Obama da 1,4 milyon dollar mükafatı bir neçə xeyriyyə təşkilatı arasında bölüşdurdü. Siyahıda birinci yerdə Haitidə zəlzələdən zərərçəkənlərə yardım edən fond – Buş-Klinton fondu dayanmışdı. Bu məqsədlə Obama fonda 200 min dollar köçürdü. Daha 50 min dollar, amerikalı veteranları və onların ailə üzvləri ilə işləyən “Fişer Haus” təşkilatı alıb. Qalan pullar xeyriyyə təşkilatlarına və fondlara kiçik paylarla qismət olub.

Elmə
Nobel mükafatı laureatı Jores Аlferov təhsil və elmə dəstək fondu yaratdı. Fondun inkişafı üçün aldığı Nobel mükafatının üçdə bir hissəsini, 75 min dolları ora verdi.
1908-ci ildə mükafat almış mikrobioloq İlya Мeçnikov mükafatı bütünlüklə Parisdəki Paster institutuna vermdi. O , bu institutda laboratoriyaların birinə başçılıq edirdi .
Mikrobioloq Andre Mişel Lvov da öz mükafatını Paster institutuna köçürmüşdü . Fiziologiya və tibb sahəsi üzrə “virus və fermentlərin sintezinə genetik nəzarət “ haqda kəşfinə görə Fransua Jakob və Jak Mono ilə birlikdə laureat olan Lvov, aldığı mükafatı bu kəşfi etməkdə yardımçı olan institutun inkişafı üçün sərf etməyi qərara almışdı.

Öz maraqlarına
Nobel mükafatçıları arasında mükafatı ən orijinal xərcləyən isə yəqin ki, Pol Neps olub. Rokfell universitetinin prezidenti, britaniyalı biokimyaçı Pol Neps 2001-ci ildə fiziologiya və tibb sahəsində laureat oldu. O, mükafatı sevimli motosikleti “Kawasaki”nin tyüninqinə sərf etdi.
1993-cü ildə fiziologiya və tibb sahəsi üzrə laureat olan genetiklər Riçard Roberts və Fillip Şarp da təqdim olunan mükafatı özlərinin maddi ehtiyaclarına xərcləyiblər. Riçard evlərinin yanında kroket oyunu üçün meydança tikdirdi, Fillip Şarp isə ailəsinin uzun illər arzusunda olduğu lüks ev aldı.

Həyat yoldaşına
1921-ci ildə fizika üzrə Nobel mükafatçısı olan Albert Eynşteyn, aldığı bütün mükafatı bundan iki il əvvəl rəsmən ayrılmış keçmiş arvadı Milev Mariçə verdi. Bununla o, nikah müqaviləsinə əsasən, ona kömək etdiyinə görə, mükafat aldığı tədqirdə həyat yoldaşına verəcəyi vədinə əməl etmişdi.
Boşandığına görə pulun bir hissəsini arvadına verməyə məcbur olan alimlərdən biri də iqtisadçı Robert Lukasdır. O , 1995-ci ildə ali mükafata layiq görülmüşdü. Lakin 7 il əvvəl boşanma haqqında müqavilədəki şərtə əsasən aldığı bütün pullarlın əlli faizini arvadına verməli idi. Əgər alim mükafatı bir il sonra alsaydı, bütün məbləğ özünə qalacaqdı. Taleyin qismətinə görə müqavilənin müddəti 31 oktyabr 1995-ci ildə bitirdi.
2003-cü ildə fizika üzrə 3 laureatdan biri Vitaliy Ginzburq və macarstanlı yazıçı İmre Kerteş isə aldıqları mükafatı könüllü olaraq arvadlarına hədiyyə etdilər.

Səyahətlərə
1933-cü ildə bütün Paris mətbuatı “son illərin rus ədəbiyyatının ən parlaq fiquru İ.A. Bunin” haqqında yazırdı. Dünya şöhrəti ilə yanaşı , 170.331 kron qazanan Bunin, Fransaya səfər edərək, pulun bir hissəsini müxtəlif cəmiyyətlərə dəstək olaraq vermiş, qalanını isə sadəcə əyləncələrə , istirahətə xərcləyərək, əliboş geri qayıtmışdı.
1965-ci ildə “Sakit Don ” əsərinə görə Nobel laureatına layiq görülmüş Mixail Şoloxov da mükafatın bir hissəsini kitabxana və klub tikintisinə sərf etdikdən sonra, ailəsi ilə birlikdəAavropa ölkələrinə səyahətə getmişdi.
Nobel mükafatı ilə səyahətə çıxan laureatlardan biri də 1964-cü ildə fizik Aleksandr Proxorov olmuşdur. Uzun illər dəvət edildiyinə baxmayaraq, ailəsi ilə birlikdə səfərə çıxa bilməyən Proxorov , bu arzusuna nəhayət ki, Nobel mükafatı sayəsində nail oldu.
Xatırladaq ki, hazırda Nobel Fondunun kapitalı 3 milyard 112 milyon İsveç kronudur (təxminən 450 milyon ABŞ dolları). Son illər laureatlara verilən pul vəsaitinin məbləği isə belə olub:

1992-ci ildə — 1,04 milyon ABŞ dolları
2000-ci ildə — 0,9 milyon ABŞ dolları
2003-cü ildə — 1,34 milyon ABŞ dolları
2004-cü ildə — 1,46 milyon ABŞ dolları
2005-ci ildə — 1,25 milyon ABŞ dolları
2006-cı ildə — 1,45 milyon ABŞ dolları
2007-ci ildə — 1,56 milyon ABŞ dolları
2008-ci ildə — 1,25 milyon ABŞ dolları
2009-cu ildə — 1,45 milyon ABŞ dolları
2010-cu ildə — 1,5 milyon ABŞ dolları
2011-ci ildə — 1,4 milyon ABŞ dolları
2012-ci ildə – 1,2 milyon ABŞ dolları
2013-cü ildə – 1 ,2 milyon ABŞ dolları

analitik.az

PSİXOLOJİ KURSLAR

TESTLƏR

PSİKOLOJİ

ПСИХОЛОГИЯ

SİZİN KOŞƏ

ELEKTRON KİTABXANA

PSİXOLOJİ VİDEOLAR

KİTAB KLUBU

AFORİZMLƏR

HƏYAT HEKAYƏLƏRİ

ELMİ ARAŞTIRMA

ELMİ ƏSƏRLƏR TOPLUSU

Jurnallar

Mütəxəssislər

Vüsalə Ələkbərova

Təsisçi və baş redaktor Psixoloq vusala@dushunce.az

Elnur Rüstəmov

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Psixoloq elnur@dushunce.az

Narınc Rüstəmova

Narınc PM-nin rəhbəri, Klinik psixoloq narinc@dushunce.az

Orxan Fərəcli

Klinik psixoloq orxan@dushunce.az

Aygün Ağabalayeva

Psixoloq aygun@dushunce.az

Davamı >

Bürclər

Tərəfdaşlar

Kulinariya

Ziyarətçilər

Faydalı Linklər