Elnur Rüstəmov: “Əgər uşaq hər hansı bir cinayət, yaxud cəmiyyət üçün təhlükə törədirsə birinci onun böyüdüyü mühitə diqqət etmək lazımdır”

Valideynlərindən şikayət edən uşaqlarа və ya indiki uşaqların çox ərköyün və aqressiv olduğunu deyən valideynlərə тез-тез rast gəlirik. Hazırda nənə-babalar, valideynlər onları öz böyüdükləri vaxtın üsulları ilə tərbiyə etməyə çalışırlar. Bunun isə nəticəsi o qədər də müsbət olmur. Valideyn-övlad münaqişələrinin sayı artır. Hətta valideynlərinin onlara qarşı münasibətlərdən narazı qalaraq evdən qaçan uşaqlar вар. Bu isə onu göstərir ki, valideyn-övlad münasibətlərinin tənzimlənməsində problemlər mövcuddur. Psixoloq Elnur Rüstəmov da “Üç nöqtə”yə açıqlmasında bildirdi ki, əvvəllər valideyn-övlad münasibətləri oturuşmuş bir dəyər üzərində qurulmuşdur: “Çünki oturuşmuş bir sistemə əməl edilirdi. Atalar-oğullar problemi son vaxtlar ortaya çıxmağa başlayıb. Buna da təsir göstərən faktorlar texnologiyalar oldu. Nəticədə valideyn-övlad münasibətlərində bir çox problemlər yaranmağa başladı. Müasir dövrün tələblərinə uyğunlaşma baxımından bəzən valideynlə övlad arasında problemlər yaşanır. Digər tərəfdən valideyn-övlad münasibətləri əvvəllər başqa bir dəyərlə – böyüklük-kiçiklik prinsipi ilə tənzimlənirdisə, bu gün artıq yaşa uyğun psixologiya üzərindən tənzimlənməyə başlayıb. Аrtıq uşaqlar babalarının, orta yaşlı atalarının “bizim vaxtımızda belə deyildi” demələrindən şikayətlənirlər. Yeniyetmələrlə bağlı əvvəlki dövrün münasibətləri ilə bu günün münasibətlərini qarşı-qarşıya qoyurlar. Münasibətlər hər ki dövrdə eynidir. Amma o vaxtın müasibətləri həmin dövrün tələbləri ilə tənzimlənirdi. Bu gün isə tələblər başqa olduğu üçün münasibətlərdə də probemlər yaşanır. Psixoloji problemlər son dövrlər daha da artıb. Fobiyalar, depresiyalar əvvəllər o qədər də çox deyildi, amma son dövrlər çoxalıb”.

E.Rüstəmovun sözlərinə görə, valideynlər uşağın yaşına görə psixologiyası haqda maarifli olsalar problemin həlli istiqamətində müsbət iş əldə etmək olar. O eyni zamanda bildirdi ki, uşaq ana bətnində olan vaxtdan valideyn-övlad münasibətləri düzgün qurulmalıdır: “Amma təəssüf ki, ailələrdə bu o qədər də nəzərə alınmır. Boşanmaların sayı artıb. Boşananlar arasında ana olmağa hazırlaşan xanımlar olur. Ailədaxili konfliktlər olur ki, o da hamilə xanımların həm psixologiyasına, həm də uşağın psixi və fiziki inkişafına təsir göstərir. Onun nəticəsidir ki, bu gün uşaqların əksəriyyəti beyindaxili təzyiqlə doğulurlar. Valideynlərin bu istiqamətdə maariflənməsinə böyük ehtiyac var. Amma təəssüf ki onların əksəriyyəti bunu nəzərə almırlar. Ona görə ki cəmiyyətdə hələ bir qisim insanlar bunu vacib hesab etmir”.

Psixoloq onu da bildirdi ki, uşaq ailədə gördüyü münasibəti cəmiyyətə qaytarır. Əgər uşaq hər hansı bir cinayət, yaxud cəmiyyət üçün təhlükə törədirsə, birinci onun uşaqlığına və böyüdüyü mühitə diqqət etmək lazımdır: “Ailənin də, aldığı tərbiyənin və böyüdüyü mühitin ona böyük təsiri olduğunu görəcəksiniz. Ona görə də valideynlər bu kimi məsələləri nəzərə alıb vaxtında tədbirlər görməlidirlər. Bu günün uşaqları 10 il bundan öncənin uşaqları deyil. İndi mövcud olan psixoloji problemlər 10 il bundan öncə yox idi. Texnologiyalar da tamam başqadır. Bütün bunlar istər-istəməz uşaqlarının psixologiyasına öz təsirini göstərir. Ona görə də valideynlər uşaqları ilə münasibətdə zamanın yaratdığı dəyişiklikləri, fərqlilikləri də nəzərə almalıdırlar”.

ucnoqta.az

Leave a comment

Your email address will not be published.