Lalə Əhmədova – TERRİ KOENİN “BUNU SƏNİN ÜÇÜN EDƏCƏYƏM” ROMANININ TƏHLİLİ

Sən dünyaya gələndə hamı gülür, özün isə ağlayırdın.Elə yaşa ki, dünyadan gedərdə hamı ağlayarkən sən özün gülümsəyəsən …

Yazıma bu cümlə ilə başlamağım onu oxuyacaq şəxsi istər depressiyaya uğramış, istərsə də pozitiv ruhlu olmasından asılı olmayaraq fəaliyyətə həvəsləndirmək məqsədi daşıyır. İlk növbədə o diqqət mərkəzində saxlanmalıdır ki, həm fiziki, həm də zehni cəhətdən məşğul olan insan sarsılmaz. İnsanları depressiyaya sürükləyən nədir? Tənbəllik,gələcəyə inamsızlıq,istəksizlik və sair bu kimi neqativ məhfumlar. Bunları yaradan nədir? Haqsızlıq və Uğursuzluq- fərqi yoxdur, sevgidə olsun, ailə daxili məsələlərdə olsun, məhkəmə prosesləri olsun,lap elə məqsədə çatmaq yolunda qarşıya çıxan əvvəlcədən nəzərə alınmamış problemlər. Bəs bunlardan qorunmaq mümkündürmü? Xeyr, əlbəttə ki yox.Heç kim nə haqsızlıqdan sığortalanmayıb, nə də gördüyü işin onu haraya aparacağını əvvəlcədən bilə bilməz. Amma depressiyadan qorunmaq üçün tənbəllikdən, ruh düşkünlüyündən, həvəssizlik və ya tamamilə istəksizlikdən qorunmaq mümkündür, hətta hal-hazırda Sizi irəliləməyə qoymayan bu neqativ məhfumlardan hansısa biri varsa,ondan xilas olmaq da mümkündür.

Suisid ,basqa sözlə özünəqəsd isə depressiyanın ən ağır nəticəsidir.Ölmək ölməkdi bəs xırıldamaq nədi deyərək artıq hər saniyəsində şəxsə yaşatdığı ağır anlara görə həm insanlardan, həm həyatdan, hətta bəzən Tanrının özündən intiqam almaq, “Bax belə. Səbrim çatmadı sizə daha çox dözməyə. O siz, o da problemləriniz, o da istəkləriniz, əl çəkin məndən” sözlərini müxtəlif formatda çatdırmaq məqsədi daşıyır.

Terri Koenin “Bunu sənin üçün edəcəyəm” romanında baş verən hadisələr fonunda həyatın depressiya üzünü nəzərdən keçirək.Kitab bu sözlərlə başlayır:”Sanki Daniellə Bettinin xoşbəxtliyinin sonu olmayacaqdı. Bir gün hər şey dəyişdi;terror aktında oğulları Jerom həlak oldu.” Ailə 4 nəfərdən ibarətdir: ata, ana və 2 qardaş. Böyük mübarizə nəticəsində hal-haırda belə bir ailə mövcuddur. Daniel əsasən sərgərdan həyat tərzi sürən, dostları ilə gecə-gündüz içib orda burda dava salan gənc ikən Betti ilə tanış olur, bir-birində işıq görən gənclər tez bir zamanda dostlaşır və nəhayət qarşılıqlı sevgi yaşadıqlarını dərk edirlər…Bettinin ailəsi belə bir münasibətə qətiyyən razı olmayacağından Daniel öz üzərində işləyir,pis vərdişlərindən uzaqlaşır,özünə daimi və öz pulunu qazandıracaq iş axtarmağa başlayır……

Ilk fasiləni burada verək, nə Betti nə də Daniel yaranmış vəziyyət qarşısında qorxuya düşmədi. Heç biri digərinə yuxarıdan aşağı baxmadı, bir-birlərini sevdilər və nəticə xoşbəxt ailə oldu.

… Daniel dostlarından ayrı düşdü, amma uşaqlığından bəri həsrət olduğu isti yuva qazandı: “Sevdiyin qadının bütün fikir və arzularının sənə yönəldiyini hiss etmək çox xoşdur. Əvvəllər məni xoşbəxt edəcək ehtiyaclarım haqqında düşünən belə yox idi. O, mənim dostum idi.Sevgilim,müəllimim və sirdaşım idi. Və anam idi.O mənim atam idi. “ Bir müddət sonra Daniel ata olur, ailələrinin tərkibi Jerom, daha sonra isə Pyerin gəlişi ilə böyüyür. Və bir gün Jeromu dərsdən götürməli ikən Daniel başqa cür hərəkət edir,onun məşqçisinə zəng vurub onu avtobusa mindirməyi xahiş edir. Və məhz o gün acı təsadüf xoşbəxt ailənin sevinc dolu günlərini Jeromla birgə aparır…. Ailə üzvlərinin matəmi fərqli şəkildə özünü göstərir, hətta bu matəm yox depressiyadır: Betti tamamilə isterik olub, həyatdan küsüb, nə özünə nə evinə əvvəlkı qayğını göstərmir. Pyer öz uşaq düşüncəsi ilə valideynlərinin qarşısında oynayır, sevinir, lakin yalnız qaldıqda qardaşının nə günahı vardı ki,indi buradan gedib sualına cavab tapmadıqca topu var qüvvəsi ilə divara çırpır.Daniel isə intiqam planı cızmaqdadır,üzdən sakit,vəziyyətə qəbullanmış kimi görünən gənc ata bir yandan oğlunun ölümündə özünü günahkar bilir,bir yandan isə cinayətkarın heç nə ilə oğlunun ölümünə bəraət qazandıra bilməyəcəyini düşünərək əzab çəkir…

Haşiyəyə çıxaq.Hər kəs həyatında yuxarıda qeyd edilən hallardan heç olmasa birini yaşayıb. Hər kəsin depressiyası müxtəlif olur, bir daha qeyd edirəm,hər kəs. Yəni ədalətsizlik, itki, uğursuzluq və sair bu kimi hisslər yaşayarkən elə bilməyin ki, Tanrının ya da insanların sizlə qəsdi-qərəzliyi var, hər kəs öz həyatını yaşayır və Tanrı necə səhvlər edib onları necə düzəldəcəyinizi gözləyəcə qədər səbrlidir. Danielə əzab verən nə idi ? Vicdan əzabı, övlad sevgisi, onunla bağlı arzularının heç vaxt reallaşmayacağını bilmək. Adətən sevgilisindən ayrılmış gənclərin ən yaralı yeri də bu olur, xəyalların reallaşmayacağını qəbul edə bilməmək. Lakin yaranmış vəziyyəti başqa cür də şərh etmək olar: Bəli bu hal uğursuz idi heyf ki uğurlu olmadı, amma mən axı necə cəmi bir dəfə olacağım həyatı xoş olmayan hisslərə xərcləyim. Budur əsas məsələ, həyata 4 əllə sarılan adam ondan asanlıqla əl çəkməz. Həyatı başa düşən adam, bu gərdişi-aləmi dərk edən adam həyata 4 əllə sarılar.

Roman barədə ətraflı bəhs edərək öz həvəskar yazı qabiliyyətimlə yazıçının əziyyətlə qələmə aldığı sətirləri gözünüzdə bayağılaşdırmaq istəmirəm. Diqqəti romanın razvyazkasına çəkmək istəyirəm. İllər öncə dalbadal iki böyük zərbə almış Pyer əvvəl qardaşı, ilk dostu,ilk sirdaşı, həyatının böyük parşası Jeromu terror aktında itirir, sonra isə atası qardaşının ölümündə baiskarları cəzalandırmaq, yer üzündən silmək məqsədi ilə evdən çıxır, məqsədinə çatır, lakin növbəti haqsızlıq səbəbiylə evinə qayıtmır. Bütün bu hayhəşir balaca Pyeri həyatdan küsməyə yox, onu öyrənməyə çağırır, o, istedadlı psixoloq olur, atasını tapır və onu depressiyadan azad etmək üçün əlində olanların qədrini bilməyi üçün bütün hər şeyi ilə imtahana çəkir, dostları vasitəsilə onu vaxtilə atıb getdiyi ailəsinin məhvedilməsi , boğazına xəncər dirəyərək ölümün dadını hissetməsi , bir zamanlar toxunulmaz olan şərəfi ilə. Bu da öz effektini göstərir, Danieli bomj olmaqdan, hər səhər ” lənət olsun yenə ölmədim” deyərək içərək ölümü gözləməkdən xilas edib sahib olduqlarının qədrini bilməyə vadar edir.

Deməli insan öz dəyərini, əlindəkilərin dəyərini biləndə depressiya ondan uzaq olur. İnsanlar istər məndən böyük olsun, istər yaşıd,istərsə də kiçik, çalışıram məsləhəti elə tərzdə verim ki, bu məsləhətə əməl etmə ehtimalı daha çox olsun. Sonda kartları aça bilərəm: məqsədim yazını oxuyanlara depressiyadan uzaq durmaq üçün yol göstərmək idi, bunu Daniel və Pyer Leman fonunda göstərdim, Danielin depressiyası heç kimə xeyir gətirmədi,lakin ondan daha artıq acı çəkmiş Pyerdəki həyata bağlanma ailəsini xilas etdi. Hər şey öz əlinizdədir, istəyirsiz Daniel olun, istəyirsiz Pyer. Sizin həyatınızdı, amma unutmayın bu həyatın sahibi yox, qonağısınız, nə qədər xoş yaşasaz bir o qədər yaxşı 🙂

Adını unutduğum bir müəllifin sözləri ilə yazımı bitirirəm: Xoşbəxt olmaq istəyirsizsə, Xoşbəxt olun 🙂

Lalə Əhmədova

Bakı Dövlət Universitetinin, Mexanika-Riyaziyyat fakültəsinin tələbəsi

pcc.az

PSİXOLOJİ KURSLAR

TESTLƏR

PSİKOLOJİ

ПСИХОЛОГИЯ

SİZİN KOŞƏ

ELEKTRON KİTABXANA

PSİXOLOJİ VİDEOLAR

KİTAB KLUBU

AFORİZMLƏR

HƏYAT HEKAYƏLƏRİ

ELMİ ARAŞTIRMA

ELMİ ƏSƏRLƏR TOPLUSU

Jurnallar

Mütəxəssislər

Vüsalə Ələkbərova

Təsisçi və baş redaktor Psixoloq vusala@dushunce.az

Elnur Rüstəmov

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Psixoloq elnur@dushunce.az

Narınc Rüstəmova

Narınc PM-nin rəhbəri, Klinik psixoloq narinc@dushunce.az

Orxan Fərəcli

Klinik psixoloq orxan@dushunce.az

Aygün Ağabalayeva

Psixoloq aygun@dushunce.az

Davamı >

Bürclər

Tərəfdaşlar

Kulinariya

Ziyarətçilər

Faydalı Linklər