Parkinson

Dünyanın ən təhlükəli xəstəliyi barədə bilmədikləriniz

Parkinson xəstəliyi nədir?​

Parkinson – yavaş irəliləyən, beyin hüceyrələrində itkiyə səbəb olan xəstəlikdir. Normal insanın beynində onun axıcı və əlaqəli hərəkətini təmin edən dopamini ifraz edən hüceyrələr var. Dopamin beyinə gələn məlumatları bir sinir hüceyrəsindən digərinə ötürür. Beləcə, bədən tarazlığı təmin edilir. Lakin bu hüceyrələrin bir qismi ziyan görəndə və ya azalanda dopamin ifraz edilə bilmir. Dopamin ifraz edən hüceyrələrin 60-80 faizi itkiyə uğrayanda bədəndə titrəmə, yavaş hərəkətetmə və tarazlığın pozulması halları ortaya çıxır. Bunlar Parkinson xəstəliyinin əlamətləridir.

Bu əlamətlərə diqqət edin!

Əl, qol və ayaqlarda titrəmə.

Hərəkətlərdə yavaşlama. Yeriyərkən qolları silkələməmək, ayaqlar yerə yapışmış kimi yerimək.

Üzdə mimikaların azalması.

Müvazinət pozuntuları və yıxılmalar. Xəstə dik dura bilməz, önə, yaxud yana əyilərək yeriyər.

Qoxu duymada itki

Qəbzlik

Aşağı tonda danışma

Yuxuda ani hərəkətlər

Əvvəldən fərqli olaraq hərfləri kiçik, bir-birinə sıxışmış şəkildə yazmaq. Əl yazısında ortaya çıxan ani dəyişiklik Parkinson xəstəliyinin ilkin əlamətidir.

Aşağı qan təzyiqi ilə bağlı baş gicəllənməsi və ürəkgetmə də Parkinsonla bağlı ola bilər.

Parkinson sadəcə yaşlılarda görülmür!

Parkinson xəstəliyi hər 100 insandan 11-14-də rast gəlinir. Hər il təxminən 10 min insana bu diaqnoz qoyulur. 50-75 yaş aralığında daha sıx görülsə də, gənc yaşlarda da rastlanır. 20 yaşdan aşağı insanlarda da görülən bu xəstəlik həmin yaşda irsi xarakter daşıya bilər. Bəzən genetik xəstəlik kimi qəbul edilən Parkinsona dərmanlar, toksinlər kimi xarici faktorlar da səbəb ola bilər.

Parkinson zamanla irəliləyən bir xəstəlikdir və əlamətləri daha da pisləşərək insanın həyatına mənfi yöndə təsir edir. Ancaq düzgün müalicə sayəsində xəstələrin çoxu həyatını uzun illər davam etdirə bilər.

Parkinson müalicəsinin ana hədəfi xəstənin həyat keyfiyyətini artırmaqdır!

Hazırda Parkinsonu tam müalicə etmək mümkün deyil, ancaq əlamətlərini azaltmaq üçün müalicə üsulları var.

Müalicə zamanı dopamin ifrazını artıran, dopamin tərkibli dərmanlar qəbul edilir. Bununla yanaşı, xəstəlik zamanı depressiya kimi şikayətlər ortaya çıxarsa, buna uyğun dərmanlar da qəbul edilir. Dərman müalicəsi lazımi effekt verməsə, xəstə əməliyyat olunur.

lent.az

PSİXOLOJİ KURSLAR

TESTLƏR

PSİKOLOJİ

ПСИХОЛОГИЯ

SİZİN KOŞƏ

ELEKTRON KİTABXANA

PSİXOLOJİ VİDEOLAR

KİTAB KLUBU

AFORİZMLƏR

HƏYAT HEKAYƏLƏRİ

ELMİ ARAŞTIRMA

ELMİ ƏSƏRLƏR TOPLUSU

Jurnallar

Mütəxəssislər

Vüsalə Ələkbərova

Təsisçi və baş redaktor Psixoloq vusala@dushunce.az

Elnur Rüstəmov

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Psixoloq elnur@dushunce.az

Narınc Rüstəmova

Narınc PM-nin rəhbəri, Klinik psixoloq narinc@dushunce.az

Orxan Fərəcli

Klinik psixoloq orxan@dushunce.az

Aygün Ağabalayeva

Psixoloq aygun@dushunce.az

Davamı >

Bürclər

Tərəfdaşlar

Kulinariya

Ziyarətçilər

Faydalı Linklər