Evliliyə hazırsınızmı?

Evlilik qərarı verməzdən əvvəl çox düşünməyiniz və evliliyə hazır olub-olmadığınızı yaxşıca anlamağınız lazımdır. Evliliyə hazır olmadığınızı göstərən işarələri xanım.net saytı təqdim edir.

Münasibətiniz artıq evliliyin danışılmağa başlandığı bir mərhələyə gəlib, amma siz bunun doğru addım olacağından əmin olmaya bilərsinizmi? Narahatlıqlarınızın olması çox təbiidir, çünki evlilik həyatınız üçün atacağınız çox böyük bir addımdır və qərar vermək heç də asan deyil. Evliliklə əlaqədar şübhələriniz çoxdursa, evliliyə hazır olub-olmadığınızı yaxşıca sorğulamağınızda fayda var.

Dəyişməsinə ümid bəsləyirsinizsə

Əgər partnyorunuzun bəzi xüsusiyyətlərini dəyişdirsə, mükəmməl biri olacağını düşünürsünüzsə, evlilik qərarı verməzdən əvvəl bir daha düşünmənizdə fayda var. Partnyorunuzun dəyişməsinə ümid etməyiniz əslində onu tam da olduğu kimi qəbul edə bilmədiyinizi göstərir və bu birlikdə qurulacaq bir gələcək üçün çox da yaxşı bir işarə deyil. Evlilik bir-birinizin mükəmməl olmayan halınıza belə duyduğunuz bir sevgi üzərinə qurulmalıdır. Əgər partnyorunuzu olduğu kimi deyil, istədiyiniz kimi görürsünüzsə və sevirsinizsə bu irəlidə daha çox böyük problemlərə yol aça bilər.

Bir qaçış yolu axtarırsınızsa

Partnyorunuz içində olduğunuz həyatdan bir qaçış yolu təqdim etdiyi üçün onunla evlənmək istəyirsinizsə, bunun sağlam bir hal olmadığını söyləyə bilərik. Onunla evləndiyiniz zaman maddi baxımdan daha rahat bir yerdə olacağınızı düşünürsünüzsə və daha da əhəmiyyətlisi evlilik qərarınızdakı ən əsas faktor budursa, təkrar düşünsəniz yaxşı olar.

Məcburi hiss edirsinizsə

Evlilik tamamilə sizin verməli olduğunuz bir qərardır, yalnız partnyorunuz istəyir, ya da artıq zamanının gəldiyini düşünürsünüz deyə onunla evlənmək heç də doğru deyil. Həmçinin ya ailənizdən, ya da ətrafınızdan gələn evlilik təzyiqlərini də gözardı etməyi öyrənməlisiniz. Yaşınızın gəldiyini, ya da çox gec qalmadan bir uşaq sahibi olmanız lazım olduğunu söyləyən insanları eşitməyin və yalnız partnyorunuzla bir gələcək qurmaq istədiyinizdə evlənməyə qərar verin.

Ehtimal planları edirsinizsə

Zaman-zaman evliliyiniz davam etməzsə nə edəcəyinizi düşünürsünüzsə, deməli evliliyə tam hazır deyilsiniz. Əlbəttə, evliliyinizin davam etməmə ehtimalı var. Qanuni nəticələri bilməyiniz, yaxud maliyyə vəziyyətinizi qorumaq üçün addımlar atmağınız düzgündür, ancaq “davam etməzsə” qisiminə çox diqqət etmək münasibətinizə çox da inanmadığınızın bir işarəsi ola bilər.

Davamlı qüsur tapırsınızsa

Evliliklə əlaqədar bir neçə kiçik şübhənizin olmasıyla evlənəcəyiniz adamla əlaqədar şübhələrinizin olması arasında çox kəskin bir fərq var. Davamlı olaraq partnyorunuzun qüsurlarını tapmağa səy göstərirsinizsə, bir dayanıb düşünməyiniz lazımdır. Özünüzü dinləyin və daxili səsinizin arxasınca gedin, əgər sizi narahat edən bir şeylər varsa, bu qərarı vermək üçün tələskənlik etməyin.

Peşmanlıq hiss edirsinizsə

Evlilik təklifini qəbul etdiyiniz üçün bəzən peşmanlıq hiss edirsinizsə, ya da peşman ola biləcəyinizə dair bir hissiniz varsa, bu yanlış yolda olduğunuzun ən böyük dəlilidir. Özünüzə bir az müddət ayırın və sınayıb yanılmaq yerinə, bu zaman ərzində həqiqətən peşman olub-olmadığınızı anlamağa çalışın.

xanim.net

PSİXOLOJİ KURSLAR

TESTLƏR

PSİKOLOJİ

ПСИХОЛОГИЯ

SİZİN KOŞƏ

ELEKTRON KİTABXANA

PSİXOLOJİ VİDEOLAR

KİTAB KLUBU

AFORİZMLƏR

HƏYAT HEKAYƏLƏRİ

ELMİ ARAŞTIRMA

ELMİ ƏSƏRLƏR TOPLUSU

Jurnallar

Mütəxəssislər

Vüsalə Ələkbərova

Təsisçi və baş redaktor Psixoloq vusala@dushunce.az

Elnur Rüstəmov

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Psixoloq elnur@dushunce.az

Narınc Rüstəmova

Narınc PM-nin rəhbəri, Klinik psixoloq narinc@dushunce.az

Orxan Fərəcli

Klinik psixoloq orxan@dushunce.az

Aygün Ağabalayeva

Psixoloq aygun@dushunce.az

Davamı >

Bürclər

Tərəfdaşlar

Kulinariya

Ziyarətçilər

Faydalı Linklər