Hər şeyə vaxt ayırın

Yazın gəlişi ilə özümüzə ayıracaq zamanımız azalır. Məhz bu səbəbdən də şikayətlərimiz artır. “Good Housekeeping” jurnalının mart buraxılışında zamanlarının az olmasından şikayətlənən qadınlara bəzi tövsiyələrə yer verilib. Gündə 5, 10, 15 ya da 20 dəqiqə boş zamanınız olsa bəs edər. Bu qısa müddətə nələr edə biləcəyinizi sizə açıqlayaq:

Əgər 5 dəqiqəniz varsa…

İşdə özünüzü rahatlamaq üçün kifayətdir. Boynunuza orta barmaqlarınızla masaj edin. Özünüzü gərgin hiss etdiyiniz zaman bu bölgəyə masaj etmək çox faydalıdır. Əllərinizi başınızda gəzdirin. Saçlarınızı şampunla yuyursunuz kimi hərəkətlər edin. Bir dəqiqə ərzində qulaqlarınızı ovuşdurun. İstəsəniz, beş dəqiqəlik müddəti bədən fırçasıyla bədəninizi ovuşduraraq keçirə bilərsiniz.

Əgər 10 dəqiqəniz varsa…

Gözlərinizi istirahət etdirmək üçün xiyar maskası tətbiq edə bilərsiniz. Bu vaxt əllərinizin baxıma möhtac olduqlarını da unutmayın. Bu on dəqiqəlik müddət ərzində əllərinizə nəmləndirici və yumşaldıcı üz maskası tətbiq edə bilərsiniz. Yağ aradan qaldırıcı maskalardan əsla istifadə etməyin. Bunlar əllərin dərisini qurudur. Bəli, on dəqiqə ərzində gözlərinizə və əllərinizə qulluq edə bilərsiniz.

Əgər 15 dəqiqəniz varsa…

Bədənin bütün yükünü ayaqlar çəkir. Gün ərzində 15 dəqiqə boş qalsanız, ayaqlarınızı rahatlaşdırmağa çalışa bilərsiniz. Əvvəl ayaqlarınızı isti su dolu bir ləyənə salıb beş dəqiqə istirahət etdirin. Sonra ayaqlarınızı qurulayın və bir ayağınızı digərinin üzərinə qoyaraq ayağınıza kremlə masaj etməyə başlayın. Daha sonra digər ayağınızı edin. Ayaq barmaqlarınızın hər birini masaj edin.

Əgər 20 dəqiqəniz varsa…

Tək qalmaq, düşüncələrinizi qaydaya salmaq istəyirsinizsə, 20 dəqiqəlik boş zamanınızı vanna otağında keçirməlisiniz. Vannanı doldurub içinə girdiyiniz zaman özünüzü rahatlamış, cavanlaşmış və hətta gözəlləşmiş hiss edəcəksiniz. Vanna otağında sevdiyiniz, rahat bir musiqi də çox işinizə yarayacaq. İyirmi dəqiqə sonra duşdan çıxdıqda həyatı daha çox sevdiyinizin fərqində olacaqsınız.​

qadin.net

PSİXOLOJİ KURSLAR

TESTLƏR

PSİKOLOJİ

ПСИХОЛОГИЯ

SİZİN KOŞƏ

ELEKTRON KİTABXANA

PSİXOLOJİ VİDEOLAR

KİTAB KLUBU

AFORİZMLƏR

HƏYAT HEKAYƏLƏRİ

ELMİ ARAŞTIRMA

ELMİ ƏSƏRLƏR TOPLUSU

Jurnallar

Mütəxəssislər

Vüsalə Ələkbərova

Təsisçi və baş redaktor Psixoloq vusala@dushunce.az

Elnur Rüstəmov

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Psixoloq elnur@dushunce.az

Narınc Rüstəmova

Narınc PM-nin rəhbəri, Klinik psixoloq narinc@dushunce.az

Orxan Fərəcli

Klinik psixoloq orxan@dushunce.az

Aygün Ağabalayeva

Psixoloq aygun@dushunce.az

Davamı >

Bürclər

Tərəfdaşlar

Kulinariya

Ziyarətçilər

Faydalı Linklər