Raminə Baloğlanova – İNSAN ÜMİDSİZLİYƏ QAPILANDA, DƏRDİ DÖZÜLMƏZ OLANDA – DİNMİR, ONUN NƏ DANIŞDIĞINI, NƏ ŞİKAYƏTİNİ, NƏ DƏ İNİLTİSİNİ EŞİTMƏK OLMUR

İnsan həyatı arzularla doludur. Hər bir insanın arzuları olur.Mənim də tələbə olduqdan sonra ən birinci arzum ailə qurub ana olmaq arzusu idi. Atam isə bu arzumu reallaşmağa qoymurdu. Evə gələn elçilərə “yox” deyib geri çevirirdi. Səbəbini soruşduqda ailəmizə,sənə münasib deyildir-deyə cavab verirdi. Bir gün gözləmədiyim halda halhazırda yoldaşım olan insanın ailəsi bizə məni istəmək üçün gəldilər. Mən atama imkan vermədən sizin oğlunuzla izdivaca razıyam –dedim. Elin adəti ilə gəlin köçdüm. Bu mənim birinci arzum idi. İkinci arzuma çatmağı səbirsizliklə gözləyirdim. Artıq üç il keçirdi, mən ailəmdə çox problem yaşayırdım; gəlin-qaynana, gəlin-baldız münasibətləri, amma dözürdüm və gözləyirdim ki, bir gün arzuma çatacağam, ana olacağam. Amma bir gün müayinədə həkimin yoldaşımı otağa tək çağırması, məni otağa qoymaması ürəyimdən nəyin isə qırıldığını hiss etdirdi. Mən gizlincə aralı qalmış qapıdan həkimin dediyi sözləri eşitdim; ”sizin övlad sahibi olmaq şansınız çox azdır, uzun sürən müalicələrin nəticəsindən sonra ümüd ola bilər” Bu sözlər mənim ümüd çırağımı söndürdü. Həyatımı qaraltdı. Atamın haqlı olduğunu indi başa düşmüşdüm. Onun illər keçməsinə baxmayaraq məni bağışlamaması da indi mənə təsir edirdi. Böyük depressiyaya məhkum oldum. Mən o zaman anladım ki, Depressiya məni həyatdan zövq almaqdan məhrum edən psixi haldır. Bu zaman insan keçirdiyi hisslərin səbəblərini dəqiq anlamır. Ona elə gəlir ki, heç kim ona bu vəziyyətdən çıxmağa kömək edə bilməz. O, özünü tənha, əlacsızlıq, sanki qaranlıq bir boşluqda hiss edir.

Depressiya zamanı insan ailəsindən, dostlarınan uzaqlaşır. Dünya ona qaranlıq və tutqun görünür, hətta bir vaxtlar sevdiyi işdən – zövq ala bilmir. İnsan təfəkkürü dəyişir, o, özündə və başqalarında yalnız mənfi keyfiyyətləri görür. Nə vaxtsa müsbət düşündüklərinə inanmırlar, sanki çıxılmaz labirintin içində özünü hiss edir.

Müasir lüğətdə Depressiya sözünün aşağıdakı elmi tə’rifi verilib:

Depressiya (lat.depressio – məyusluq, ruh düşkünlüyü) insanın mənfi əhval-ruhiyyədə olması deməkdir. Bu vəziyyət özünüqiymətlənditmənin aşağı düşməsi, həyatın mənasını itirməklə müşahidə olunur. Mən arzuma çatmayacağımı dərk edib qaynanamın, baldızımın zülmlərinə nahaq dözdüyümü, ata evinə qayıda bilməyəcəyimi (atam məni qəbul etmirdi,özbaşınalıq edib sözündən çıxmışdım, nəinki sözündən çıxmaq məsafələrlə uzaq olan bir yerdə yaşamağı istəmişdim), qəriblikdə qaldığımı düşünərək mənə verilən həyatdan imtina etdim (suisid). Depressiyanın sonuncu mərhələsi həyatıma qəsd (suisid) etdim. Amma nə yaxşı ki qaynımın səyi nəticəsində son anda qurtuldum. Bütün bunları sonradan, depressiyadan çıxmağa çalışdığım anlarda dərk etdim ki, depressiya ən çox yayılmış emosional problemlərdən biridir. Bununla belə bu problem vaxtında müalicə olunarsa, maneəsiz keçib gedir.

Depressiyanın bir neçə növ müalicə üsulu var: davranış-rəftar terapiyası, ailə psixoterapiyası, dərman preparatları ilə müalicə və ya bunların uzlaşdırılması. Dəqiq göstərişləri ancaq təcrübəli mütəxəssis təyin edə bilər.

Yadda saxlamaq lazımdır ki, depressiya öz-özünə keçib gedən hal deyil. Etrafdakılar mütləq kömək etməlidirlər. Daha tez özü haqqında mənfi fikirdə olan, intihar haqda düşünən insanlara təcili yardım göstərmək vacibdir.

Depressiya yaşayan insan ruhi xəstə deyil. Əgər ailə üzvlərindən biri depressiyadadırsa yaxşı olardı ki, konsultasiya bütün ailə ilə keçirilsin. Bu üsul müalicədə daha tez müsbət nəticə verə bilər. Narahatçılığın müxtəlif növlərinin öhdəsindən gəlmək üçün hazır olmalıyıq. Bunun üçün problemin üç əsas mərhələdə təhlilini öyrənməliyik.

I qaydaya baxaq: faktları toplayın. Faktlara yiyələnmək nə üçün bu qədər əhəmiyyətlidir? Əgər bizim sərəncamımızda faktlar olmazsa, problemin ağıllı həllinə cəhd göstərməyi bacarmarıq. Faktlar olmadığı halda, biz ancaq çaxnaşma içərisində vurnuxa bilərik. Bu mənim fikrimdir? Xeyr, bu fikir Kolumbiya universiteti nəzdindəki Kolumbiya kollecinin 22 il dekanı olmuş mərhum Herbert E.Xoksun fikridir. O, iki min tələbənin narahatçılıqdan qurtulmasına kömək etmişdir. O, mənə dedi: “Çaxnaşma və həyəcan narahatçılığın yaranmasının əsas səbəblərindəndir.” O, birdə belə ifadə işlətdi: “Dünyada narahatçılığın yarısını lazımi məlumata yiyələnməmişdən qabaq qərar qəbul etməyə çalışan insanlar törədirlər.” Misal üçün o, dedi: “Əgər qarşımda çərşənbə axşamı üç saat ərzində həlli tələb olunan məsələ durursa, həmin gün gəlməyincə mən bu barədə hətta qərar qəbul etməyə belə cəhd göstərmirəm. O vaxta qədər problemin həlli ilə əlaqədar bütün faktların toplanması ilə məşğul oluram. Mən narahat olmur və vahiməyə də düşmürəm və sadəcə olaraq bütün diqqətimi faktların toplanmasına yönəldirəm. Çərşənbə axşamı gəldikdə, əgər mənim sərəncamımda bütün faktlar vardırsa, problem adətən özü həllini tapacaqdır.” Mən Xoksdan soruşdum ki, bu, belə deməkdirmi ki, siz narahatçılıqdan tamamilə yaxa qurtarmışsınız? O, bildirdi ki, elə düşünürəm ki, həyatım bu narahatçılıqdan, demək olar ki, tamamilə xilas olmuşdur. Mən dərk etdim ki, əgər insan vaxtını faktların toplanmasına sərf edirsə və bunu qərəzsiz və obyektiv bir surətdə həyata keçirirsə, onda narahatçılıq adətən biliyin işığında yoxa çıxır, əriyib gedir. İcazə verin təkrar edim:

“Əgər insan vaxtını faktların toplanmasına sərf edirsə və bunu qərəzsiz və obyektiv bir surətdə həyata keçirirsə, onda narahatçılıq adətən biliyin işığında yoxa çıxır, əriyib gedir.” Bəs bizim əksəriyyətimiz bu barədə necə hərəkət edirik? Biz faktlarla tanış olmağa kiçicik də olsa, səy göstəririkmi? Tomas Edison əbəs yerə tam ciddiliyilə söyləməmişdi ki: “İnsan hər addımı atmağa hazırdır, təki zehni qüvvəsini sərf etməsin” (doğrudan da paradoksal da olsa, bu belədir – tərcüməçidən)

Əgər biz faktları toplamaq zəhmətinə qatlaşırıqsa, artıq biliyimizi təsdiqləyə bilən faktların ardınca qaçırıq, qalan bütün faktlara məhəl qoymuruq. Məhz keçmişlərdən qavradığımız və yalnız düşüncələrimizə uyğun olan hərəkətimizi təsdiqləyən faktların qəbulu bizi qane edir. Andre Moruanın dediyi kimi: “Arzularımıza uyğun gələn hər şey bizə doğra görünür. İstəyimizə uyğun gəlməyənlər isə bizi qəzəbləndirir.” Problemlərimizin həlli yollarını axtardıqda böyük çətinliklərlə qarşılaşmağımız sizdə təəccüb doğurmurmu? Əgər biz iki üstə gəl iki bərabərdir beş mülahizəsindən çıxış etsəydik, bizim üçün daha adi arifmetik misalları həll etmək yəqin ki, çox çətinlik törətmiş olardı. Bununla belə, həyatda hələ də çox adamlar var ki, “iki üstə gəl iki bərabərdir beşə və ya ola bilər beş yüzə” fikrinə israr edirlər və bu yolla həm öz həyatlarını, həm də başqalarının həyatını cəhənnəmə döndərirlər. Bəs belə halda biz necə hərəkət etməliyik? Belə halda biz həyəcanları fikrimizdən, təfəkkürümüzdən uzaqlaşdırmalıyıq. Xoksun dediyi kimi, faktları ədalətlə və qərəzsiz toplamalıyıq. Əgər biz tam narahatçılıq içərisindəyiksə, bu məsələni yerinə yetirmək asan olmayacaqdır. Belə hallarda bizim emosiyalarımız daha fəal olur. Mən sizə öz problemlərimizi kənar adamın mövqeyindən çıxış etməklə dərk etmək üçün iki faydalı üsul təklif edirəm. Bu, problemlərə tam aydınlığı və obyektivliyi ilə baxılmağa kömək edir.

  1. Faktları toplayan zaman mən özlüyümdə təsəvvür edirəm ki, məlumatları özüm üçün deyil, hər hansı başqa bir nəfər üçün toplayıram. Bu hal məsələyə şüurlu və qərəzsiz yanaşmağıma kömək edir.
  2. Məni həyəcanlandıran problem ilə əlaqəli faktları aydınlaşdırmağa çalışdıqda özümü arabir qarşı tərəfin müdafiəsinə hazırlaşan hüquqçu kimi təsəvvür edirəm. Başqa sözlə, mənim əksimə şahidlik edən bütün faktları, mənim istəyimə müxalif olan faktları toplamağa çalışıram. Elə faktları ki, mən onlara heç müraciət etmək istəməzdim.

Sonra isə bunların lehimə və əleyhimə olanlarını ayrılıqda yazıram. Bir qayda olaraq, belə bir nəticəyə gəlirəm ki, həqiqət haradasa, iki kənar nöqteyi-nəzərin arasındadır. Bax budur mənim düşüncələrimin mahiyyəti. Nə mən, nə sən, nə Eynşteyn, nə də Amerika Ştatlarının ali məhkəməsi sadəcə olaraq faktlarla ilk tanışlıq olmadan bu və ya digər problemin ağıllı həllinə yiyələnə bilmərik.

Tomas Edison bu barədə bilirdi. Onun ölümündən sonra evindən qarşılaşdığı problemlər haqda iki min beş yüz faktla dolu yazı dəftərləri tapılmışdı. Beləliklə problemlərimizin həlli üçün zəruri olan birinci qayda: “Faktları toplayın.” Bu barədə Xoksdan nümunə götürəcəyik. İlkin, qərəzsiz məlumatları toplamamışdan öz problemlərimizin həllinə cəhd göstərməyəcəyik. Birdə ki, biz həyatda olan bütün faktları toplaya biləriksə də, lakin nə qədər ki, onları araşdırmamışıq, dərk etməmişik, bizə zərrə qədər kömək etməz. Mən şəxsən özümün acı həyat təcrübəmdən anladım ki, faktların ilk qeydiyyatından sonra onların analizini aparmaq olduqca asandır.Mən öz fikirlərimin səhv olduğunu,yoldaşımın müalicəsinin uğurlu keçdiyini öyrəndim. Arzuma çatdım,ana oldum. Oxuduqlarımdan nümunələr yazmaq istəyirəm; Doğurdan da, dərdlə, fəlakətlə üz-üzə gəlmiş adamlar fəaliyyətsiz olurlar. Onlar nəinki fiziki cəhətdən lazımı qədər iş görə bilmir, adətən onların düşünmə qabiliyyəti də zəifləyir, Çünki əzələlərində, beyinlərində damarlar daralmış olur. Qoqulun Taras Bulbasını xatırladım. Oğlu həlak olandan sonra Taras həmişə eyni sözləri təkrar edir; ”Ostap, Ostap, mənim oğlum…..”İnsan ümidsizliyə qapılanda, dərdi dözülməz olanda – dinmir, onun nə danışdığını, nə şikayətini, nə də iniltisini eşitmək olmur. Curae laves loguuntur ingentes stupent (“Nə cür alovlandığını ifadə etmək iqtiqarında olan adam-zəif alovla yanır”.Petrarka) Yalnız kiçik dərd danışa bilir, böyük dərd dilsiz olur” -antik dövrün müdrik adamları belə demişlər. M.Qorki yazırdı; ”Kədər-dünyanın qaranlığıdır ,onu məhv etmək üçün ona nifrət bəsləmək lazımdır” Depressiya və suisidin əsas qanunu – bu zaman onu yaradan vasitələri danışmaqdır. Etirafın özü bir növ emosiyadan yaxa qurtarmaq, yüngülləşmək ehtiyacıdır. A.P.Çexov emosiya qanunlarını gözəl bilirdi. Onun “Dərd” adlı gözəl bir hekayəsi var. Oğul ölür. Ata dərdlidir. Ürəyini boşaltmaq, dərdini danışmaq üçün adam axtarır, heç kəs onu dinləmək istəmir. Qoca axşam atına yem verəndə dərddən dolub- daşan ürəyini ona boşaldır. At qəmgin hekayəti dinləyir. Ata isə öz dərdini danışdıqdan sonra (heyvana da olsa,)xeyli yüngülləşir. Deməli, nə baş verir? Toplanıb qalmış emosiya özünə çıxış yolu tapır.

Həyat – kitabdır, bu kitabı hər kəs özü yazır. Bu kitabı qaralamaq və səhv yazmaq olmaz-üzünü köçürməyə vaxt verilmir. Həyatda nə etmisənsə, o da qalacaq. Elə yazmalısan ki, sonra bəzi səhifələri pozmaq istəməyəsən. Allah bütün yaratdığı məxluqları sevir. İnsan isə onun yaratdığı ən ali əsərdir. Biz dünyaya xoşbəxt olmaq üçün göndərilmişik. Sevin, sevilin! Sizə də bütün həyatınız boyu uğurlar!. AMİN

Raminə Baloğlanova

​pcc.az

PSİXOLOJİ KURSLAR

TESTLƏR

PSİKOLOJİ

ПСИХОЛОГИЯ

SİZİN KOŞƏ

ELEKTRON KİTABXANA

PSİXOLOJİ VİDEOLAR

KİTAB KLUBU

AFORİZMLƏR

HƏYAT HEKAYƏLƏRİ

ELMİ ARAŞTIRMA

ELMİ ƏSƏRLƏR TOPLUSU

Jurnallar

Mütəxəssislər

Vüsalə Ələkbərova

Təsisçi və baş redaktor Psixoloq vusala@dushunce.az

Elnur Rüstəmov

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Psixoloq elnur@dushunce.az

Narınc Rüstəmova

Narınc PM-nin rəhbəri, Klinik psixoloq narinc@dushunce.az

Orxan Fərəcli

Klinik psixoloq orxan@dushunce.az

Aygün Ağabalayeva

Psixoloq aygun@dushunce.az

Davamı >

Bürclər

Tərəfdaşlar

Kulinariya

Ziyarətçilər

Faydalı Linklər