25.02.2015 tarixində Düşüncə psixologiya jurnalının daha bir layihəsi olan “Sevgi Köşəsi” müsabiqəsinin yekun tədbiri baş tutdu!
Tədbir Psixologiya və Konsultasiya Mərkəzində keçirildi. Mərkəzin rəhbəri Psixoloq Elnur Rüstəmov və Düşüncə Psixologiya Jurnalı və dushunce.az saytının baş redaktoru Vüsalə Ələkbərovanın açılış nitqi ilə başladı. Daha sonra iştirakçılara Təşəkkürnamələr və Düşüncə Psixologiya Jurnalı və Psixologiya və Konsultasiya Mərkəzi tərəfindən özəl hədiyyələr verildi.
Qalib Seymur Hüseynov isə Diplom və xüsusi hədiyyələrə təltif edildi.
Qeyd edək ki, müsabiqə çərçivəsində 60-dan çox iştirakçı məqalə, şer, hekayə ilə iştirak etmişdir. Onların hər biri üçün Təşəkkürnamə və hədiyyələr nəzərdə tutulmuşdur.
Sonda iştirakçılarla birlikdə müsabiqəyə özəl tort kəsildi və xatirə fotolar çəkildi.