“Yox” deməyi bacarın

“Yox” deyə bilməyən insanlarbaşqalarının alətinə, bir növoyuncağına çevrilir.
Bəs nə üçün “yox” demək problemi yaşayırıq? Qəbul etmək və rədd etmək nə zaman öyrənilir? Müəyyən bir yaşdan sonra düzəlmə ehtimalı varmı?

“Yox” demək üçün güclü bir iradəyə sahib olmaq lazımdır.

Üsküdar Universitetinin Etilər Polikilinikasının Psixiatırı Dr. Alpər Evrensel, insanın xarakter qurluşunda olan problem olaraq dəyərləndirdiyi “yox deyə bilməmək” haqqında bu məlumatları verib. O, yox deyə bilməmənin xarakter problemi olduğunu və depressiya əlamətlərindəən biri olduğunu da bildirib:

“Ətrafındakı insanların tələb və tərkliflərinə cavab verməkdə, xüsusilə “yox” deməkdə çətinlik çəkən insanlar var. “Yox” demək isə güclü iradə tələb edir. Əgər ehtiyacı, tələbi qarşılanmazsa qarşımızdakı şəxsi incidəcəyimizi, qıracağımızı və münasibətlərimizin korlanacağından qorxarıq.”

İnsanlarla aramızda qurduğumuz bağların zəyifləməsi ilə bağlı narahatlıq, xüsusiylə tez bağlanan şəxslər üçün böyük narahatlıq, qayğı mənbəyidir. Bağın qırılmaması üçün həmişə hər şeyə “hə” deyərək güzəşdə getmək məcburiyyətində qalırlar. Daha sonra bu davranışın zərərini çəksələr də heç bir vəchlə bu alışqanlığı tərgidə bilmirlər.

Güclü iradənin təməli uşaqlıqdan gəlir.

Bu mərhələdə ana-atalarının qaydalarına öyrəşən uşaqların şəxsiyyət və iradəsinin formalaşmasında kəskin problemlər yaranır. Belə ki, uşaqlar bağımsız, yənin ana-atalarının iradəsinin əksinə davrandıqda olnarın sərt reaksiyası ilə qarşılaşacaqlarını anladıqları üçün hər hansı bir şəkildə onların xoşuna gəlmək üçün deyiləni edirlər. Uşaq böyüdükcə ana-atası ilə qurduğu münasibətlərin eynisini ətrafdakılarla da qurmağa çalışır. Onları məmnun etmək üçün özlərini diskomfort hiss edirlər. Borc istənildiyi zaman geri çevirə bilməz, yardım tələb edildiyi zaman qarşı qoya bilməz hala gəlirlər.

“Yox” deyə bilməmək xəstəlik deyil, xarakterdir.

“Yox” deyə bilməmək xəstəlik deyil, xarakterdə olan problemdir. Xəstəlik olsaydı bir dərmanı, müalicəsi olardı. Bu tez bağlanan şəxslərin xarakterində üzə çıxan problemdir. Bununla yanaşı depressiyanın əlamətləri arasında da yer alan problemdir. Depressiyadakı insanlarda insiativ itki olur. Asanlıqla yönləndirilə bilirlər.

“Hə” və “Yox” deyəcəyiniz zamanı necə ayıra bilərsiniz?

“Yox” və ya, “hə” demək qərarı tamamilə iradə ilə bağlıdır. İradə hər zaman təzyiq altındadır. Impulsların və ağılın yönləndirmələri qarşısında həqiqəti də nəzərə alaraq qərar verməyə məcburdur. Bu qərar içində olduğunuz durumla şərtləndirilir. Bir qərər veridikdə xarici və daxili tarazlıqlar mümkün olduğunca nəzarət altında olmalıdır. Normalda çox iradəli, mövqe sahibi olan insanlar belə öz nəfsinin köləsi ola bilir. Avtokontrol duyğusu inkişaf edən, xüsusilə, bağlılığı güclü olmayan xarakter, ancaq uşaqlıqdan etibarən şüurlu ana-atanın yardımı ilə formalaşdırıla bilər. Yalnız bu halda güclü bir iradə formalaşdırıla bilər.

Müalicə lazımdırmı?

“Yox” deyə bilməmək depressiyadan qaynaqlanırsa müalicəsi mümkündür. Xarakterdə olan probelmdirsə ancaq terapiya ilə aradan qaldırılmaq olar

PSİXOLOJİ KURSLAR

TESTLƏR

PSİKOLOJİ

ПСИХОЛОГИЯ

SİZİN KOŞƏ

ELEKTRON KİTABXANA

PSİXOLOJİ VİDEOLAR

KİTAB KLUBU

AFORİZMLƏR

HƏYAT HEKAYƏLƏRİ

ELMİ ARAŞTIRMA

ELMİ ƏSƏRLƏR TOPLUSU

Jurnallar

Mütəxəssislər

Vüsalə Ələkbərova

Təsisçi və baş redaktor Psixoloq vusala@dushunce.az

Elnur Rüstəmov

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Psixoloq elnur@dushunce.az

Narınc Rüstəmova

Narınc PM-nin rəhbəri, Klinik psixoloq narinc@dushunce.az

Orxan Fərəcli

Klinik psixoloq orxan@dushunce.az

Aygün Ağabalayeva

Psixoloq aygun@dushunce.az

Davamı >

Bürclər

Tərəfdaşlar

Kulinariya

Ziyarətçilər

Faydalı Linklər