Mükəmməl motivasiyanın yolları

Ruhdan düşmüş

İstəksiz
Demotivə

Bu hissi necə istəyirsinizsə elə də adlandırın, amma bunu hamımız zaman-zaman yaşayırıq.

Hər hansı bir işə başlayanda nə hiss etdiyimizin çox zaman fərqində olmuruq və uğur qazanmaq üçün sadəcə olaraq başlayırıq. Əvvəlcə necə motivasiya oluna biləcəyimizi, daha sonra nə etmək istədiyimizi və hansı işə başlamağımıza qərar verək? Motivasiyasız görülən iş zamanı nə qədər işlədiyimiz fərq etmədən, həmişə bir qərarsızlıq hissi yaşayırıq və belə olduqda isə işimizin nəticəsinə olan inam da azalır. Həyatınızın istənilən aspektində motivasıyanın təmin edilməsinin bir çox əsas qaydaları var və onlar aşağıdakılardır:

Öz həyat devizini və şüarını müəyyən et!

Buna başqa adla “mantra” da deyilir və sənə ən çox ilham verən cümlə mənasında işlənir. Həyat şüarının uzun olması və ya hər hansı bir dahi tərəfindən deyilməsi də şərt deyil. Öz mantranı özün müəyyən etməklə sən gün ərzində, xüsusilə, ən çətin məqamlarda motivasiya edəcək bu sehirli kəlimələri özün də fikirləşə bilərsən. Unutma ki, sən gün ərzində düşündüyün və etdiyin qədər varsan!

Ən çətin anda və həyatının pik nöqtəsində olduğunu düşün!

Həyatının ən çətin anında olduğunu düşün. Bu zaman beyninə gələn ilk sual: Mən kiməm? Nə etmək istəyirəm? Və mən bunu niyə görə istəyirəm? kimi suallar yaranacaq. Bu sualları cavablandıra bilməyin isə sənin sonrakı taleyini müəyyənləşdirir. Həyatının pik nöqtəsi hər hansı bir oyunda ediləcək son həmlədir və belə bir anda qərar vermək və sonrakı həyatında qalib və ya məğlub olduğunu müəyyənləşdirmək tamamən səndən asılıdır. Motivasiya zamanı da itirəcək bir şeyinin olmadığını düşün. Belə olduqda sən əlindən gələni əsirgəməyəcəksən və əsas məqsəd həmin oyunda sağ qalmaq olacaq. Bu isə, heç şübhəsiz ki, uğurun əsas təminatçısına çevriləcək.

Özünü məcbur etmə!

Hər şey öz qədərində gözəldir. Bu sadəcə bir deyim deyil, motivasiyann ən önəmli şərtlərindən biridir. Bəzən işlərin, tapşırıqların və ya problemlərin çoxluğundan bütün dünyanın dərdinin çiyinlərində gəzdirdiyini düşünürsən. Və daha nə? Daha nə olacaq deyə düşünürsən? Bu fikirlərdən azad ol. Həyatda hər nə olursa olsun, gələcəyin sənə bəxş edəcəklərindən, sabahının sənə nə gətirəcəyindən qorxma!

Anı dəyərləndir!

Hər anının- bugünün, bu saat və bu dəqiqənin ayrıca bir məqsədi, məramı və mühüm bir dəyəri olduğunu düşün. Bəzən hər hansı bir işə başlamaq üçün kifayət qədər motivasiya, istək olmadığı halda “Mən bu şansı əldən qaçırdım. Belə bir fürsət bir də ələ düşməyəcək ” deyə heyifslənmə, daha doğrusu özünü aldatma. Necə dəyərlər, “Etmək istəsən həllini taparsan, istəməsən bəhanəsini.”

allmag.az

PSİXOLOJİ KURSLAR

TESTLƏR

PSİKOLOJİ

ПСИХОЛОГИЯ

SİZİN KOŞƏ

ELEKTRON KİTABXANA

PSİXOLOJİ VİDEOLAR

KİTAB KLUBU

AFORİZMLƏR

HƏYAT HEKAYƏLƏRİ

ELMİ ARAŞTIRMA

ELMİ ƏSƏRLƏR TOPLUSU

Jurnallar

Mütəxəssislər

Vüsalə Ələkbərova

Təsisçi və baş redaktor Psixoloq vusala@dushunce.az

Elnur Rüstəmov

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Psixoloq elnur@dushunce.az

Narınc Rüstəmova

Narınc PM-nin rəhbəri, Klinik psixoloq narinc@dushunce.az

Orxan Fərəcli

Klinik psixoloq orxan@dushunce.az

Aygün Ağabalayeva

Psixoloq aygun@dushunce.az

Davamı >

Bürclər

Tərəfdaşlar

Kulinariya

Ziyarətçilər

Faydalı Linklər