Stressdən bir gecə içində saçların ağarması ilə bağlı inanc olduqca geniş yayılıb.
Kapitan pilot Erik Mudi 1982-ci ildə bir uçuş zamanı təyyarənin dörd motoru qəflətən dayandığı üçün Cakarta hava limanına təcili eniş etməli olub. Bütün bu müddət boyunca qorxu əlaməti göstərməyən, soyuqqanlı davranan Mudinin 6 ay sonra saçlarının bir hissəsi, bir il sonra isə bütün saçı ağarmışdı.
İngilis vəkili Tomas Murun da 1535-ci ildə edamından öncə saçlarının tam ağardığı deyilir.
Bəs saçların bir gecədə ağarması elmi olaraq doğrudurmu?
Əslində saç rəng dəyişdirmir, rəngli olan saçlar tökülür.
Saça rəng verən iki növ melanin piqmenti var: saçın tündlüyünü təmin edən “eumelanin“, saçın qızılı, ya sarışınlığını təmin edən “feomelanin “ piqmentləri. Yaş irəlilədikcə saç hüceyrələri bu piqmentləri ifraz etməyi dayandırır. Nəticədə saçlar rəngsizləşir.
Ani saç ağarmasına tibbdə “canitie subita“ deyilir. “Alopesia arieta” adı verilən bu xəstəlik ani saç tökülməsi və bir qism keçəlliyə yola açır. Bu da immunitet sisteminin səbəb olduğu bir reaksiya hesab olunur. Stress bu reaksiyanı daha da ağırlaşdırır. Yəni şok vəziyyətdə saç tökülməsi yaşana bilər və tökülən saçlar rəngli saç olduğundan yerdə ağ saçlar qalır.
Stress, ya DNA fəsadı
Digər məlumata görə, İsveçrədə 54 yaşlı bir qadının başının kiçik bir qismində saç tökülməsi yaşanıb. Kortizol sayəsində saç tökülməsi dayansa da, müəyyən zaman sonra qadının saçları tamamilə ağarmışdı.
Bunun üçün siçanlar üzərində aparılan bir araşdırma ilə xroniki stressin DNA-da fəsada məruz qoyan bir mexanizm yaratdığı və bunun saç ağarmasına yo açacağı təsbit edilib.
Son olaraq, bütün bunların tək səbəbi: stressli, qorxulu anlarda bədənimizin bizim ifadə edə bildiyimizdən daha da artığını yaşamış olmasıdır.
ailem.az