Yaşı 50-dən yuxarı olan insanlar arasında sorğu keçirərək onlara belə sual veriblər: “Gəncliyinizi geri qaytarsaydılar, nə cür həyat yaşayardınız?”
Həmin insanların verdiyi cavablardan isə bir siyahı ortaya çıxıb: Daha sağlam və daha xoşbəxt həyat yaşamaq üçün nələr etmək lazımdır?
- Siqaret çəkməyin, çəkirsinizsə, atın.
- “Fast food”dan uzaq durun.
- Ailənizlə və bacı-qardaşlarınızla münasibətlərinizi möhkəm saxlayın.
- Çox günəş altında qalmayın.
- Müntəzəm olaraq idman edin.
- Az miqdarda da olsa, pul yığmağa başlayın.
- Sahib olduqlarınızın qiymətini bilin.
- Xəyallarınızdan əl çəkməyin.
- Yuxu rejiminə əməl edin.
- Dişlərinizə qulluq edin.
- Bahalı əşyalar əvəzinə, gözəl xatirələr əldə edin.
- Paylaşmağı öyrənin.
- Hər şeylə maraqlanın və qorxularınızın üstünə gedin.
- İldə ən azı 10 kitab oxuyun
- Fürsət tapan kimi səyahət edin.
- Meditasiya ilə məşğul olmağı öyrənin.
- Özünüzü başqaları ilə müqayisə etməyin.
- Gündəlik tutun.
- Ev sahibi olun.
- Yaxşı dostlar seçin və münasibətlərinizi qoruyun.
big.