Bu adam üçün sevgi nə sərhəd tanıır, nə vaxt, nə də məkan. Amerikalı Bil Bresnan öz həyat yoldaşını o qədər sevir ki, 40 ildir hər gün ona sevgi məktubu yazır. Söhbət nə az, nə çox ürəkdən gələn 10 min məktubdan gedir.
Bil Bresnanın indi 74 yaşı var. Bir vaxtlar məktəbdə müəllim işləyən Bil, yoldaşı Kirstenlə də elə məktəbdə tanış olub. Eşq həyatı yaşadıqları dövrdə Kirstenə çoxlu məktub yazan gənc, evləndikdən sonra da bu xüsusiyyətindən əl çəkməyib. Onlar evlənib yuva qurublar, amma Bill bu günədək həyat yoldaşına sevgi məktubu yazmaqda davam edir. Hər şey bununla da kifayətlənmir, onlar hər gün şam yeməyini şam işığında, romantik musiqi sədaları altında yeyirlər. Billin həyat yoldaşı 40 il ərzində bir dəfə də olsun aralarında söz-söhbət, narazıçılıq olmadığını dilə gətirib. Buna səbəb sadəcə yazılan sevgi məktubları deyil, gərək evdə ərlə arvad bir-birinin fikrinə hörmətlə yanaşsın. Elə Bill də bu fikirdədir.
Həyat yoldaşına 40 il ərzində hər gün məktub yazan Bilin hekayəsi yerli mediyanın da diqqətini çəkib. Ölkənin nüfuzlu telekanalında xəbər mövzusuna çevrilən ailə, ölkədə digər ailələrə də örnək kimi qələmə verilib.