Sevər Bayramova – SEVGİ OLSUN

Sevgi olsun..

Sevgi bir musiqinin sözləri sevməsidir. Sevgi şairin yazdığı şeirləridi, qələmin vərəqə olan hissləridir..

Nədir sevgi? Ülvi bir hissdir. İzahı olmayan, rəngləri bir yerdə toplayan bir hissdir. Sevgi sevirəm kəlməsini qəlbən deməkdi. Sevgi bu yazının təsirli olmasını istəməyimdi.

Sevgi.. Bir çoxlarının yoxdu deyə inkar etdiyi, lakin daima yaşadığı bir hissdir. Şablonları sevdirən, nifrəti məhv edəndi sevgi..

Sevgi nədir? – deməsin heç kim. Sevgi izah olunmayan xoş bir hissdir..

Sevgi onu düşünərkən həyəcanlanmaqdı, sevmək, dəyərləndirməkdi. Hər dəfə xatırlayanda gözlərinin dolmağıdı sevgi. Yanında olmaq, onu itirməkdən qorxmaqdi sevgi. Sevərkən sevilməkdi.. Sevgi.. sevgi bunu yazarkən belə kədərlənməkdi..

Sevgi nədi deyin mənə,

Məndə sevim bircə kərə

Zamana əks gedə-gedə,

Sevgi nədi deyin mənə.

Nədir axı bu hisslər?

İnsanın qəlbi istər

Daim yanında olsun,

Onu sevib, oxşasın..

Atasımı, anasımı,

Ya sevdiyi bir insanmı?

Fərqi yoxdu sevgi olsun

Qəlbən olsun, səmimi olsun..

Musiqi olsun, şeir olsun

Ya da bir kitab olsun

Esas odu sevgi olsun,

Daşdan yox,hisslərdən olsun..


Qəlbim bir quş tək qanad çalır..

Səbəbsiz, kimsəsiz, sevgisiz alovlanır..

Qəlbim səni mənə qısqanır..

Qəribədi hə? Dinlə musiqini.

Hə.. pianino notları və o..

O kimisi üçün sadəcə o’dur.

Amma.. Yox nəsə cümlələr bayağılaşır bir də başdan.

Səssizlik, qəlbin səssizliyi.

Həqiqəti hayqırarkən bunları kimsənin duymaması..

Sözlərə baxış.. Bir az romantika bir az da qış.. Bütün bunların qarşılığında isə böyük bir qorxu.. Sevmək, sevilməmək və sonda itirmək.. Ya da sadəcə itirmək. Amma sevgi.. O daima qalacaq. Yox axı bu hisslərimin səsi deyil. Yenə inkar edirəm. Axı niyə? Olmazmı bir dəfə də qəbul etsəm.. Qəbul etsən.

Baxma o soyuq baxışlarla.. Çünki o baxışlar qəlbimi üşüdür. Əllər istidi. Hə soyuq baxış və isti əllər. Bilirsən niyə? Çünki əllər cibdədi..

Bayaq baxma dedim bağışla.. Elə demək istəmədim. Bax.. uzun və mənalı baxırsan. Gözlərində görürəm o xoşbəxtliyi..

Yox, ağlamıram. Bir az kədərləndim. Qəbul edirəm sevirəm həm də, sənin məni sevməyəcəyin qədər çox sevirəm..

Sus.. Heç nə demə. Hakim kəsilsin bu dəqiqələr ömrümə. Getməsin zaman, dursun əqrəblər. O baxışların həkk olsun beynimə.. Sevirəm də mənə. Yaşat məni səni xəyallarımda yaşadığım kimi.. Sev məni hər səhər oyananda həyatı sevdiyin kimi.. Ya da sevmə məni, amma tərk etmə sevgimə tamaşa elə..

Barmen bir şüşə daha…

Sevər Bayramova

PSİXOLOJİ KURSLAR

TESTLƏR

PSİKOLOJİ

ПСИХОЛОГИЯ

SİZİN KOŞƏ

ELEKTRON KİTABXANA

PSİXOLOJİ VİDEOLAR

KİTAB KLUBU

AFORİZMLƏR

HƏYAT HEKAYƏLƏRİ

ELMİ ARAŞTIRMA

ELMİ ƏSƏRLƏR TOPLUSU

Jurnallar

Mütəxəssislər

Vüsalə Ələkbərova

Təsisçi və baş redaktor Psixoloq vusala@dushunce.az

Elnur Rüstəmov

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Psixoloq elnur@dushunce.az

Narınc Rüstəmova

Narınc PM-nin rəhbəri, Klinik psixoloq narinc@dushunce.az

Orxan Fərəcli

Klinik psixoloq orxan@dushunce.az

Aygün Ağabalayeva

Psixoloq aygun@dushunce.az

Davamı >

Bürclər

Tərəfdaşlar

Kulinariya

Ziyarətçilər

Faydalı Linklər