Pəhriz çaylarının zərərləri

Bir çox qadın arıqlamaq arzusunu reallaşdırmaq üçün daha asan üsullara əl atır. Onlardan biri də pəhriz çaylarından istifadə etməkdir. Mütəxəssislər isə pəhriz çaylarının sağlamlığa zərərli olduğunu bildirirlər.​

Əslində pəhriz çaylarının əsas xüsusiyyəti maddələr mübadiləsisinin işini sürətləndirməkdir.

Araşdırmalar göstərib ki, keyfiyyətli məhsul istehsal edən firmaların pəhriz çayları həqiqətən də arıqladır. Belə çaylar maddələr mübadiləsini sürətləndirməklə yanaşı, kalorilərin daha tez xərclənilməsinə və bədənin yağ itirməsinə səbəb olur.

Ancaq təəssüf ki, pəhriz çaylarının bir çox əks təsirləri var. Onlardan birincisi, demək olar ki, pəhriz çayları içən hər kəsin müşahidə etdiyi yorğunluq, halsızlıq və yuxu problemləridir. Bu problemlərə pəhriz çaylarının tərkibindəki kofein səbəb olur.

Belə çaylar sidikqovucu xüsusiyyətə malik olurlar. Ona görə də pəhriz çayı içən şəxs gün ərzində 2-3 litr su içmədikdə, susuzluqdan qaynaqlanan halsızlıq ilə üzləşməli olur.

Pəhriz çaylarının başqa zərərli tərəfləri də var:

*Ürək döyüntüsünün sürətlənməsinə və tənginəfəsliyə səbəb olur.

*Mədə ağrısına səbəb ola bilər.

*Baş gicəllənməsi müşahidə edilir.

*Ürəyin ritminin pozulmasına gətirib çıxarır.

*İshala səbəb olur.

*Zehni qabiliyyəti aşağı salır.

*Həddindən artıq içildikdə həzm problemlərinə səbəb olur.

*Bağırsağın florasını məhv edir və bu da gələcəkdə bağırsaq xərçənginə yaxalanma riskini artırır.

Sonda onu da qeyd edək ki, tədqiqatlar zamanı məlum olub ki, orqanizm bir müddət sonra pəhriz çaylarına öyrəşir və 3-4 ay mütəmadi olaraq istifadə edən şəxslər artıq çayın arıqlamağa heç bir köməyi olmadığını müşahidə edirlər.

tabloid.az

PSİXOLOJİ KURSLAR

TESTLƏR

PSİKOLOJİ

ПСИХОЛОГИЯ

SİZİN KOŞƏ

ELEKTRON KİTABXANA

PSİXOLOJİ VİDEOLAR

KİTAB KLUBU

AFORİZMLƏR

HƏYAT HEKAYƏLƏRİ

ELMİ ARAŞTIRMA

ELMİ ƏSƏRLƏR TOPLUSU

Jurnallar

Mütəxəssislər

Vüsalə Ələkbərova

Təsisçi və baş redaktor Psixoloq vusala@dushunce.az

Elnur Rüstəmov

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Psixoloq elnur@dushunce.az

Narınc Rüstəmova

Narınc PM-nin rəhbəri, Klinik psixoloq narinc@dushunce.az

Orxan Fərəcli

Klinik psixoloq orxan@dushunce.az

Aygün Ağabalayeva

Psixoloq aygun@dushunce.az

Davamı >

Bürclər

Tərəfdaşlar

Kulinariya

Ziyarətçilər

Faydalı Linklər