Ötən əsrin ən böyük pedaqoqundan məsləhətlər

XX əsrdə uşaq tərbiyəsində 4 pedaqoq inqilab etmiş sayılır: amerikalı Con Dyui, alman Qeorq Kerşteyner, italiyan Mariya Montessori və sovet pedaqoqu Anton Makarenko.

Onlardan biri olan Mariya Montessorinin məsləhətlərini təqdim edirik. Bu məsləhətləri hər bir valideyn əzbər bilməlidir.

  1. Uşaqlar onları əhatə edən şeyləri öyrənirlər.
  2. Uşaq tez-tez tənqid olunursa, o qınamağı öyrənir.
  3. Uşaq tez-tez təriflənirsə, o qiymətləndirməyi öyrənir.
  4. Uşağa düşmənçilik göstərilirsə, o döyüşməyi öyrənir.
  5. Uşaqla vicdanlısansa, o ədalətli olmağı öyrənir.
  6. Uşaq tez-tez lağa qoyulursa, o utancaq olmağı öyrənir.
  7. Uşaq güvən içində yaşayırsa, o inanmağı öyrənir.
  8. Uşaq tez-tez rüsvay edilirsə, o özünü günahkar hiss etməyi öyrənir.
  9. Uşaq tez-tez təqdir olunursa, o özü haqqında yaxşı düşünməyi öyrənir.
  10. Uşağa qarşı mərhəmətli olursansa, o səbirli olmağı öyrənir.
  11. Uşaq ürəkləndirilirsə, o özünə inam qazanmağı öyrənir.
  12. Uşaq dostluq mühitində yaşayır və özünü lazımlı hesab edirsə, o bu dünyada sevgi tapmağı öyrənir.
  13. Uşaq haqqında onun yanında və o olmadan, pis danışmayın.
  14. Uşaqda yaxşı şeylərin inkişafına diqqət ayırın, bundan sonra pislərə yer qalmayacaq.
  15. Sizə müraciət edən uşağı dinləyin və ona cavab verin.
  16. Səhv etmiş uşağa da anlayışla davranın ki, indi, yaxud sonra öz səhvini düzəldə bilsin.
  17. Axtarışda olan uşağa kömək etməyə hazır olun və artıq hər şeyi tapmış uşağa mane olmamağa çalışın.
  18. Uşaqla ünsiyyəti ən yaxşı tərzdə qurmaq lazımdır – ona sizdə olanın ən yaxşısını təqdim edin.

ailem.az

PSİXOLOJİ KURSLAR

TESTLƏR

PSİKOLOJİ

ПСИХОЛОГИЯ

SİZİN KOŞƏ

ELEKTRON KİTABXANA

PSİXOLOJİ VİDEOLAR

KİTAB KLUBU

AFORİZMLƏR

HƏYAT HEKAYƏLƏRİ

ELMİ ARAŞTIRMA

ELMİ ƏSƏRLƏR TOPLUSU

Jurnallar

Mütəxəssislər

Vüsalə Ələkbərova

Təsisçi və baş redaktor Psixoloq vusala@dushunce.az

Elnur Rüstəmov

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Psixoloq elnur@dushunce.az

Narınc Rüstəmova

Narınc PM-nin rəhbəri, Klinik psixoloq narinc@dushunce.az

Orxan Fərəcli

Klinik psixoloq orxan@dushunce.az

Aygün Ağabalayeva

Psixoloq aygun@dushunce.az

Davamı >

Bürclər

Tərəfdaşlar

Kulinariya

Ziyarətçilər

Faydalı Linklər