2015-ci ilin saç rəngi dəbi

Bilirsiz qadın olmağın üstünlüyü nədir? Qadın olmaq istər hər həftə saç rəngini dəyişmək şansının olması deməkdir. Hər hansı dəyişikliyin insanda necə əhval yaratması haqqında isə danışmağa dəyməz.

Qış fəsli çox tez qurtarır. Yaz fəsli canlanma dövrüdür. Qadınlarda da canlanma dəyişikliklərlə başlayır; qarderob, ətir və saç rəngi. Sizin üçün 2015-ci ilin dəbdə olacaq saç rənglərini təqdim edirik.

Təbiilik

Bütün aparıcı boya firmaları təbii rənglərə üstünlük verir. Kəskin qırmızı, göy və ya qar ağı rənglərini başqa illərə saxlayın. Saçların təbii rəngə boyanması qadına xoş obraz, saçlara təbii parıltı, görünüş verir. Keyfiyyətli boyalar isə həm saçın keyfiyyətini qoruyur, həm də rəngini təmin edir.

Qeyd edək ki, hazırda isti tonlar bal sarısı, südlü şokolad, qeyri adi effektli zəncəfil rənglər dəbdədir.

Parlaq sarı

Sarışınlar rahat nəfəs ala bilərlər. Rəngləmədə maksimum təbiiliyə üstünlük verilməlidir. Əgər sarı rəngə qeyri adilik qatmaq istəyirsinizsə, bir neçə pastel tonlarında zolaqlar əlavə edə bilərsiniz. Ancaq kül və platin rənglər ikinci planda qalır. Onlar yerini qum və buğda qızılı rənginə verir. Bunlardan sizə yaraşanı seçə bilərsiniz.

Qeyri adi qaraşın

Qaraşınlara gəlincə, onlara parlaq rəngləri səpələmək lazımdır. Tünd-şabalıdı saçların uclarında qırmızı rənglər möhtəşəm görünür. Saçların parıldaması vacibdir. Bunun üçün parıltı verən vasitələr – ” maye kristal”,” yüngül yağlar, serum əldə edə bilərsiniz. Yaxşı olar ki, boyamaq üçün isti rəngləri seçəsiniz. Göyümtül qara və badımcan rənglərindən isə uzaq durun. Çünki onlar təbiilikdən uzaqdırlar.

Təəccüblü qırmızı

Yaz/yay 2015- də qırmızı, kürən rənglər aktual olacaq. Özünüz üçün kürən küpəgirən qarı, qırmızı saçlı su pərisi obrazı yarada bilərsiniz. İstəsəniz tərzinizi dəyişib saç rənginizi rubin edə bilərsiniz.

Xeyirxah bəyaz

Təbii rəng trendində ağ saçlar xüsusi yer tutur. Gümüşü rəng də stilistlərin diqqət mərkəzindədir. Gənc qızlarda süni ağ saçlar feşn-hit olmaqdan çıxır. Lakin bir qədər yaşlı xanımlar ağarmış saçlarını boyamaya və ya tamamilə ağ rəngə boyayaraq heyrətamiz obraz yarada bilərlər. Özünüzü həqiqi Qar Kraliçası hiss edin.

Kiçik hiylələr

Ombre saçlar bir neçə il əvvəl dəbə gəldi və dəyişikliklərə uğrayaraq hələ də aktuallığını qoruyur. Artıq ombre kütıə içərisində seçilmək vasitəsi deyil, rahat saç düzümü funksiyasını yerinə yetirir. Bu xüsusilə sarışınlar üçün əlverişli seçim ola bilər. Əgər saçlarınızda həcm çatışmırsa, 3D boyamaya müraciət edə bilərsiniz. Bu, çox yaxın tonlarla boyamanı nəzərdə tutur, nəticədə saçlar yeni görünüş əldə edir.

Stilist məsləhəti

Bir çox qadınlar dəyoşikliklər etməkdən çəkinir, yanılmaqdan qorxurlar. Ancaq dəyməz. Doğrudur, mağazada gördüyünüz hər hansı rəngi saçlarınıza qoymaq da düzgün deyil. Ümumiyyətlə ev şəraittndə saçlarınızı boyamaqdan çəkinin.

Əgər yenə də ev şəraitində boyamaq istəyirsinizsə, rəng seçimini yaxşı mütəxəssislə məsləhətləşin.

xanim.net

PSİXOLOJİ KURSLAR

TESTLƏR

PSİKOLOJİ

ПСИХОЛОГИЯ

SİZİN KOŞƏ

ELEKTRON KİTABXANA

PSİXOLOJİ VİDEOLAR

KİTAB KLUBU

AFORİZMLƏR

HƏYAT HEKAYƏLƏRİ

ELMİ ARAŞTIRMA

ELMİ ƏSƏRLƏR TOPLUSU

Jurnallar

Mütəxəssislər

Vüsalə Ələkbərova

Təsisçi və baş redaktor Psixoloq vusala@dushunce.az

Elnur Rüstəmov

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Psixoloq elnur@dushunce.az

Narınc Rüstəmova

Narınc PM-nin rəhbəri, Klinik psixoloq narinc@dushunce.az

Orxan Fərəcli

Klinik psixoloq orxan@dushunce.az

Aygün Ağabalayeva

Psixoloq aygun@dushunce.az

Davamı >

Bürclər

Tərəfdaşlar

Kulinariya

Ziyarətçilər

Faydalı Linklər