Çıxış etməmişdən öncə aşağıda təqdim olunmuş sözləri özünüzə versəniz tədricən çıxışlarınız mükəmməlləşməyə başlayacaq.
- Sual: nə?
Mən nə danışıram? Hansı fikri çatdırmaq istəyirəm? Əsas fikir və məzmun sadə və anlaşıqlı tezisdə ifadə olunmalıdır. Çıxışın təməli – auditoriyanın anlayıb və yadda saxlayacağı fikirlərdir.
- Sual: nə üçün?
Nə üçün? Mənim məqsədim nədən ibarətdir? Bu və ya digər mövzunu səsləndirərək mən nə əldə edəcəm? Bu olduqca vacibdir, çünki məqsəd səhv formalaşıbsa, siz arzuolunan nəticəni əldə etməyəcəksiniz. Sadəcə boş yerə həm öz vaxtınızı, həm də dinləyicinin vaxtını almış olacaqsınız.
- Sual: Kim?
Fikir və məqsədlərimi kimə ünvanlayıram? Bu zaman dinləyicinin anlayacağı dildə, onun maraqların, təcrübəsin və təhsil səviyyəsini nəzərə almaq lazımdır.
- Sual: Nə vaxt, nə qədər, harada?
Çıxışınızın vaxtını, yerini və çıxışın davametmə müddətini nəzərə almaq lazımdır. Məsələn, auditoriya günortaya kimi olan vaxtda dəqiq mövzuları daha yaxşı anlayır. Günün ikinci yarısı və xüsusilə də axşam vaxtlarında auditoriya üçün daha çox humanitar, incəsənət, mədəniyyət və təsvirlərə əsaslanan çıxış qəbul olunandır.
- Sual: Hər şeyi çatdırdım?
Bu sual özünü kontrol etmək üçün verilir. Çıxışınızı bitirməmişdən əvvəl bu sözləri ürəyinizdə təkrarlayın.
bildirchin.az