Nurlan Tahirli – PARK

1-PARK

Azca yağış sonrası sərinlik var idi. Bakının tozlu küçələri yenə sübh tezdən küçələri təmizləyən yaşlı, əldən düşmüş qadınların qonağı idi. İnsanın şəhərinə belə müqəddəs vaxtda müqəddəsliyin nə olduğunu unutmuş insanların qonaq gəlməsi acıdır, elə deyil mi? Çünki onlar bu küçələrdə əl-ələ tutub avtobuslara yola salınan qızlardan idilər. Zaman insanın belini bükür. Artıq bu şəhərdə sevginin yaşamadığına əmin olmuş halda, mədələri zingildəyərək, tozlu küçələri təmizləməklə məşğuldurlar. Hərdən özüm də düşünərkən hiss edirəm ki, sevgi haqda həqiqət acı olsa da dilə gətirərkən tərəddüd edirsən.

Heykəl islanmışdı. Baxdıqca dizlərini çökdürməyə qadirmiş kimi görüntüsünün təsiri insanı hər tərəfdən bürüyürdü. Onun gözlərində müdrikliyin başqa tamı var idi. Müticəsinə baxan heykəl mürtəceliklə modernizmin mübarizəsini yansıdırdı elə bil. O gün bütün heykəllərdən fərqlənirdi. Onun islaq boynunda lalələrdən, nərgizlərdən düzəldilmiş boyunbaq asmaq lazım idi.

Tam qarşısında dayanıb heykələ baxırdı. Əlləri uzun paltosunun ciblərində, gözləri heykəldə, qaşları alnına dırmaşırdı. Torpaq, insanlar, buludlar, ərş və ərşin üzəri-beynində bir-birinə qarışmış, çıxılmaz vəziyyət yaranmışdı. Biraz sağa keçdi və arxadaki skamyaya baxdı. Sağ ayağı büdrədi. Gözlərinə yaşlar dolmağa başlamışdı artıq. İçindən heykələ müraciət etdi:”Onu sənin gözlərindən görmək istəyirəm, qoca”. Başını aşağı saldı və gözyaşları saqqalına qarışdı. İçindəki məhəbbətmi, sevgimi yoxsa hər hansı bir şey-ki, artıq ucuz söhbətlərdə buna ad qoymaq üçün yarışlar təşkil edilir-cuşə gəlib qəlbinə dözülməz ağrılar verirdi. Skamyada oturacağına qərar vermişdisədə, bacarmadı. Tələsik parkdan uzaqlaşdı, o vaxt ki, saqqalından paltosunun üzərinə tökülürdü gözyaşları…

2-Park sonrası keçmişə baxış

​Bu parkın hekayəsi onun üçün dərin təlatümdən doğmuş izdirablara çevrilmişdi. Onu ilk dəfə burada görmüş, ilk dəfə burda sevgisini etiraf etmiş, qarşılıq almış, ilk dəfə burada sarılmış və öpmüş, burda bir-birlərinə şeirlər oxumuş, musiqi dinləmişdilər. Bura həm ilklərin həmdə sevginin yoğrulduğu yer kimi yaddaşına atəş açmışdı və çox dərinə getmişdi. Hətta o gecələr bədəni süst halda olarkən yatağından qalxıb parka gələr, burada sevgilisi haqda düşünər, yazıb-pozardı. Bura onun ibadətgahı idi. Tanrısını burda daha yaxşı zikr edirdi.

Otağın nəm iyi içərdə olan hər hansı başqa birisini narahat edə bilərdi amma o artıq öyrəşmişdi. Siqaret yandırdı və içinə çəkməyə başladı. Qırmızı qapaqlı dəftərçəni əlinə aldı, öpdü və açıb bir neçə il öncəyə qayıtdı:

“Pilləkənlərlə kölgələrə doğru.

Su şırıltısı var bu yollarda.

Meşəyə söykə belini və

İnsancıqları izlə.

Uşaqlar burnunu soxar,

Günah dolu hadisələrə.

İnsan sevişərkən utanmaz,

Bölər nəfəs almaq üçün fasilələrə.

Ağacın dərisi tarixi danışar,

Gənc qalmaq istəyənlərin xətrinə dəyərcəsinə.

Atomlar qana qarışar ehtirasla bərabər.

Bədən öyrəşərsə sevgiyə,

Şərab bəhanə olar.

Şərab cəsarət verər.

lk görüşdə ilk toxunuş gözəldir

Əgər namusludursa toxunan.

Unudulmuş mənliklər qucaqlaşar,

Ölər öldürücü qoxudan.

Mənzərə Tanrının marağında.

Xəyanət edildi Ona.

Budaqlar kəsdi qarşısını,

Görə bilmədi Adəm və Həvvasını.

Təbiət, avtomobil səsləri və binalar.

Əkslərin qarışması.

Ümidlər dayanmırdı Sayrışırdı.

Nurun başlanğıcı: xain heykəlin qarşısı.

” Şeiri oxuduqca evdə olduğunu unudub parka gedirdi. Kim bilir, bəlkədə metafizik dedikləri həqiqət imiş. Üzünü pencərəyə tutur, mimikaları titrəyir, əlləri əsirdi. Uzun nəfəs alışlarından bir neçəsini keçirtdikdən sonra iki səhifə çevirdi və oxudu:

“Qara dəftərçə ya

Qırmızı üzlüklü kitapçalar?

Mən boğulurdum.

İndi can verirəm.

Qırmızı, hər yer qırmızı.

Qırmızılar içində boğuluram.”

Hıçqırıqlar divarları darıxmağa qoymadı və sədalandı.

Dodaqları arasından deməyə davam edirdi: qırmızı, hər yer qırmızı…

3-Qəhrəman haqqında son bir neçə cümlə

​Əgər ona qəhrəman demək olarsa. Kim bu insanı qəhrəman kimi qəbul edəcəkdir ki? Bu qəhrəmanı bəyənməyən insanoğlu özü sevgi haqda fikirlər yürütmək üçün nə qədər gənc olsada bir o qədər axmaqdır.

Artıq bir heçə çevrilmişdi. Aludə olduğu ehtiraslar, bitirmədiyi kitablar, görülməmiş mənzərələr vardı. Amma o ölən sevgilisinin ardından məhvə məhkum olmuşdu. Səhər açılır, susuz dodaqları ilk öncə tütün salamlayır, daha sonra su və bir parça yemək. Böyük çəki itirmiş, əlində nəyi var-nəyi yox satmışdı. Boşaltdığı butulkaları meşoka qoyub, belindən sallayaraq zibil qutusuna getməsi çox kədərli səhnə idi. Həyat onun bütün ümidlərini puç etmiş, onun həyatının mənasını, sevgilisini əlindən almışdı. Hər oxucu onsuz indiyə qədər hər şeyi istədiyi kimi anladığından qəhrəmanın sonunuda öz beynində canlandıra bilər. Obrazı oxucunun ovuclarına buraxmaq da buna deyirlər deyəsən.

4-SEVGİ

Hər qarşısına çıxana sevgi deyib qucaqlayan iki ayaqlı məxluqlar var bu şəhərdə. Ehtiyatlı olun.

Sevgi adlandırdıqları bu iyrənc anlayış camaatın biznes məsələləri, bazar söhbətləri, döyüş himnləri, qələbə marşları arasında marionetkalara çevrilmişdi, zəhlə tökən, dəyərsiz kiçik qəpiklər kimi tədavülə buraxılmışdı. İndi də ətrafına baxan hər məcnun bütün məcnunları ölmüş zənn edir. Bundan o nəticə çıxır ki, yetərincə sevən insanlar bugünümüzdə yoxdur, ya var olsa da tezliklə məzarı boylayacaqdır. Türk dilinin mükəmməlliyi belə sevginin konstruktivliyi həll edə bilməz. Bu elə bir dərin quyudur ki, hər birimiz müxtəlif dövrlərdə bu quyunun sonsuzluğuna doğru sevgimizin içimizdəki ağırlığı ilə tullanır, kiminki daha ağır idi isə tez ölürdü. Sevgi müxtəlif cənnətləri olan insanları üçün müxtəlif mənalar kəsb edir. Bir-birinə oxşadanlar yəqin ki, ya zəif görürlər ya kordurlar-təxmin etməyə çalışırlar. Mənim kiçik dünyamdan baxanda sevgi mənanın içindəki kiçik nöqtədir. Kiçik nöqtələr sarsılanda sevgidə yerindən oyanır və tora düşür. Yəni mahiyyət sevgi yox nöqtə məsələsidir: kimin sevgi kürəsinin nüvəsi-nöqtəsi hardadır? Hər kəs öz qadınından yaxud öz şəhzadəsindən yazar. Məndə nə qadındı nə də şəhzadə. Mən sonsuzluqdan daha kompleks olan, mücərrəd diyarların bayrağını tapdalayan, qırmızı rəngli bir sevginin içindəki kiçik nöqtəyə köklənmişəm. Kiçik nöqtəni öz fəlsəfəmlə istədiyim yerə sürükləmiş, platonik yalanlara tüpürüb, həqiqi sevgini-mənim günah və savablarıyla qəbul etdiyim qadını oraya doldurmuşam. Ən qorxuncu bilirsiniz mi nədir? Bir anda o qadının nöqtənin özü olduğunu düşünməyə başlamağınız.

5-ŞEİR

Əllərinlə yaradılmış kimi,

Ruhunla bütünləşmiş,

Kədərimlə kökündən kötükləşmiş,

Çətin sətirlə gözlərindən baxan anlaşılmazlıqla şeirləşmiş.

Arzusu dəyişiklik,

Səhhəti ağrını əbədi itirən dərman arzulayar.

Lənətə gəlmiş vücudumdan sevgim haqda danışsam,

Arzum sevgimin alın yazıma qazıdığı lənətidi.

ecələr yadıma düşməyinin səbəbi,

Nə qədər qaranlıq olsa bir o qədər günahsız olarıq.

Gecə zülmət doğular,

Bir ay, bir kədər, bir də ikimiz…

NURLAN TAHİRLİ

S O N

NURLAN TAHİRLİ

NURLAN TAHİRLİ

PSİXOLOJİ KURSLAR

TESTLƏR

PSİKOLOJİ

ПСИХОЛОГИЯ

SİZİN KOŞƏ

ELEKTRON KİTABXANA

PSİXOLOJİ VİDEOLAR

KİTAB KLUBU

AFORİZMLƏR

HƏYAT HEKAYƏLƏRİ

ELMİ ARAŞTIRMA

ELMİ ƏSƏRLƏR TOPLUSU

Jurnallar

Mütəxəssislər

Vüsalə Ələkbərova

Təsisçi və baş redaktor Psixoloq vusala@dushunce.az

Elnur Rüstəmov

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Psixoloq elnur@dushunce.az

Narınc Rüstəmova

Narınc PM-nin rəhbəri, Klinik psixoloq narinc@dushunce.az

Orxan Fərəcli

Klinik psixoloq orxan@dushunce.az

Aygün Ağabalayeva

Psixoloq aygun@dushunce.az

Davamı >

Bürclər

Tərəfdaşlar

Kulinariya

Ziyarətçilər

Faydalı Linklər