Lalə Əhmədova – SƏNSİZLİKDƏN DOYMUŞAM…

Doymuşam sənsizlikdən
Yoruluram günbəgün
Xəyallar qurub sonra
“Çox heyf, olmaz” deməkdən…

Doymuşam sənsizlikdən,
Səni xatırlayaraq gülümsəyib
“O günlər bir də dönməz” deməkdən.

Doymuşam sənsizlikdən,
Sənsizlik nə yamanmış,
Nə qədər çalışsam da heç öyrəşə bilmirəm,
Sənsizlik bir üfüqmüş,
Nə qədər yerisəm də sona çata bilmirəm…

Doymuşam sənsizlikdən!
Bəsdir,yetər bu həsrət
Necə də acı imiş unutmağa çalışmaq,
Xəyallarda yüz dəfə gah küsüb gah barışmaq…

Doymuşam sənsizlikdən
Yetərincə bəsimdir,
Bundan sonra min il də
Yanımdan ayrılmasan
Deyərəm o həsrətin
Milyon il əvəzidir.

Doymuşam sənsizlikdən,
Bu cür də sınaq olar?
Sınaq o yana qalsın,
Bu cür də sevgi olar?

Bəs nə oldu küləklər
Yanan şamı söndürüb alovu gücləndirir

Eynilə həsrət kimi…

Bəs nə üçün bu həsrət
Nə səni unutdurur,
Nə də səni mənə gətirmir???

Doymuşam sənsizlikdən
Sən hələ doymamısan?
Bezmişəm sənsizlikdən
Niyə daha yazmırsan?

Darıxmışam səninçün,
Sənli günlərim üçün…
Çox xoşbəxtəm o günlər
Səni sevdiyim üçün…
Məni sevdiyin üçün…

Doymuşam sənsizlikdən
Sənsiz çox darıxıram
Sənsizlikdən üşüyür bütün sənli xəyallar

O arzular sönməmiş
Hardasan, gəl çıx daha…

Lalə Əhmədova

PSİXOLOJİ KURSLAR

TESTLƏR

PSİKOLOJİ

ПСИХОЛОГИЯ

SİZİN KOŞƏ

ELEKTRON KİTABXANA

PSİXOLOJİ VİDEOLAR

KİTAB KLUBU

AFORİZMLƏR

HƏYAT HEKAYƏLƏRİ

ELMİ ARAŞTIRMA

ELMİ ƏSƏRLƏR TOPLUSU

Jurnallar

Mütəxəssislər

Vüsalə Ələkbərova

Təsisçi və baş redaktor Psixoloq vusala@dushunce.az

Elnur Rüstəmov

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Psixoloq elnur@dushunce.az

Narınc Rüstəmova

Narınc PM-nin rəhbəri, Klinik psixoloq narinc@dushunce.az

Orxan Fərəcli

Klinik psixoloq orxan@dushunce.az

Aygün Ağabalayeva

Psixoloq aygun@dushunce.az

Davamı >

Bürclər

Tərəfdaşlar

Kulinariya

Ziyarətçilər

Faydalı Linklər