Xoşbəxt insanların özlərindən kənarlaşdırdığı vərdişlər

Bu bir faktdır ki, bizim xoşbəxtliyimizin 40%-i vərdişlərimiz və seçimlərimizdən asılıdır. Halbuki bizim bir çox seçim və vərdişlərimiz bu hissi azaldır. Bu vərdişlərinizi azaltmaq istəyirsizsə aşağıdakılara diqqətlə nəzər salın. Bunlar xoşbəxt insanların özlərindən kənarlaşdırdığı vərdişlərdir.

1.Keçmişin üstündə qalmaq
Keçmişdən əl çəkməmək sizə qəmginlik,əsəb və günahkarlıq hissi içində saxlayır. Diqqətinizi bugününüzlə yaşamağa, anın dadını çıxartmağa və hal-hazırda edə biləcəyiniz işlərə yönəldin.

2.Özünü təcridetmə
Xoşbəxt insanlar yalnız deyillər. Onlar ailələri, dostları və iş yoldaşları ilə vaxt keçirməkdən zövq alırlar. Özünü təcridetmə yalnızlığı və depressiyanı artırır.

3.Fikrini mənfi şeylərə yönəltmək
Xoşbəxt olub olmamanızdan asılı olmayaraq pis şeylər həyatda hər zaman baş verir. Xoşbəxt insanlar pis bir hadisə baş verdikdən sonra onun üzərində çox dayanmırlar. Həmin hadisəni unutmağa çalışırlar və diqqətlərini yaxşı şeylərə yönəltməyə çalışırlar.

4.Borc almaq və ya borclu olmaq
Maliyyə çətinliyi özü ilə bərabər stress və pis əhval-ruhiyyə gətirir. Xoşbəxt insanlar gəlirlərin düzgün nizamlamağa, az xərcləməyə və borclu olmamağa çalışırlar.

5.Naşükürlük etmək
Şükranlıq insanı xoşbəxt edən ən vacib amillər arasındadır. Xoşbəxt insanlar sahib olduqlarına şükür edənlər və daha səbirli olmağa çalışanlardır.

6.Başqalarından nəsə gözləmək
Əksər hallarda insanlar onları xoşbəxt etməyi digərlərindən gözləyirlər. Düşünürlər ki, başqaları onların istəklərini qarşılamaqla, müəyyən sözlər deməklə onları xoşbəxt edəcək. Bunu unutmaq olmaz ki, xoşbəxtlik başqalarında axtarılmamalıdır. Digər insanlar bizi tam xoşbəxt edə bilməz və bu düşüncə yalnız məyusluq gətirər.

7.İnkişafı və öyrənməyi dayandırmaq
Biz özümüzü inkişaf etdirmədikdə bir çox şeylərdən təcrid olunuruq. Belə olduqda bizim yeni insanlar tanıma, yeni fikirlər bilmə imkanımız eləcə də dünya görüşümüz azalır. Bu da öz növbəsində depresiyaya yol açır.

8.Başqalarına kömək etməmək
Bilirsinizmi ailənizə, dostlarınıza və hətta yad insanlara kömək etmə xoşbəxt olmanın ən vacib amillərindən biridir? Başqalarına kömək etmək insanda özgüvəni artırır və insana dərin minnətdarlıq hissi gətirir. Başqalarına kömək etmədikdə siz özünüzü bu hissdən məhrum edirsiz.

9.Artıq çəkili olmaq
Artıq çəkili olmaq insanlarda özünə inam və rahatlıq hisslərini azaldır. Artıq çəkili olmaq insana özünü cazibədar biri kimi hiss etməyə imkan vermir. Bu həm də sağlamlığınıza ziyandır.

10.Qeybət
Digər insanlar haqqında pis şeylər danışma həm özünüzü, həm də başqalarını narahat edən bir vərdişdir. Digərlərinin çətinliklərindən, pis vərdişlərindən zövq alaraq danışmaqla siz özünüzü hörmətdən salırsız.

11.Səhvlərin və uğursuzluqların sizi ruhdan salması
Uğursuzluqlara düçar olmaq da həyatın bir hissəsidir. Bu öyrənmək və uğur əldə etmənin ən mühüm yollarından biridir. Biz hamımız uğursuzluqlarımıza görə pis oluruq, amma xoşbəxt insanlar onlardan necə nəticə çıxarmalı olduqların bilirlər.

12.Başqalarını mühakimə etmək
Başqalarını mühakimə etmə insanda mənfi hisslər və fikirlər yaradır. Başqalarını mühakimə etdikdə sizdə onlara qarşı qəzəb və eyni zamanda özündən razılıq hissi yaranır. Bu tip şeylər isə insana həqiqi xoşbəxtlik gətirmir.
allmag.az

PSİXOLOJİ KURSLAR

TESTLƏR

PSİKOLOJİ

ПСИХОЛОГИЯ

SİZİN KOŞƏ

ELEKTRON KİTABXANA

PSİXOLOJİ VİDEOLAR

KİTAB KLUBU

AFORİZMLƏR

HƏYAT HEKAYƏLƏRİ

ELMİ ARAŞTIRMA

ELMİ ƏSƏRLƏR TOPLUSU

Jurnallar

Mütəxəssislər

Vüsalə Ələkbərova

Təsisçi və baş redaktor Psixoloq vusala@dushunce.az

Elnur Rüstəmov

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Psixoloq elnur@dushunce.az

Narınc Rüstəmova

Narınc PM-nin rəhbəri, Klinik psixoloq narinc@dushunce.az

Orxan Fərəcli

Klinik psixoloq orxan@dushunce.az

Aygün Ağabalayeva

Psixoloq aygun@dushunce.az

Davamı >

Bürclər

Tərəfdaşlar

Kulinariya

Ziyarətçilər

Faydalı Linklər