Saçları möhkəmləndirmək üçün ilıq sudan istifadə edin!
Sağlam və gözəl saçlara sahib olmaq hər qadının və kişinin arzusudur. Xüsusən, qadınlar bu arzusunu reallaşdırmaq üçün hər üsula əl atırlar. Saç baxım məhsulları istifadə etməyinizə baxmayaraq, saçlarınıza həcm qazandıra bilmirsinizsə, deməli, problemin səbəbini suyun temperaturunda axtarmalısınız. Saçların sağlam və həcmli olmamasının birinci səbəbi qaynar sudur.
Bu fikrin müəllifi həkim-dermatoloq Ata Nejat Sabah açıqlamasında deyib: “Qış aylarında hava quru olduğu üçün saçlara daha çox diqqət göstərmək lazımdır. Saçı hər gün yumaq onu qurudur, dolayısı ilə qırılmasına və korlanmaısna səbəb olur. Saçları 3 gündən bir yumaq böyük şəhərdə yaşamağın şərtlərindən biridir. Şəhərin kirli havası saçları həftədə 2, maksimum 3 dəfə yumağı tələb edir. İsti su saç dibləri və saç üzərində olan turşu və qoruyucu lipid təbəqəni əritdiyindən başınızı ilıq suyla yumağa diqqət edin. Saçlarınızın dibini möhkəmləndirmək istəyirsinisə, bu, şərtdir”.
Ağır saç sancaqları taxmayın
Saç qurudan feni yüksək temperaturda işlətməyin. Saçınızı çox sıx toplayan ağır sancaq və taclardan istifadə etməyin. Çünki saçları çox sıx toplamaq saç tellərinin kökündən qopması ilə nəticələnir.
Son zamanlar tez-tez rast gəlinən problemlərdən biri olan saç tökülməsi sədəf, ekzema kimi dəri xəstəliklərindən də qaynaqlanır. Dermatoloq bildirib ki, “Sədəf, ekzema kimi xəstəliyiniz varsa, saç tökülməsi kimi bir problem yaşayırsınızsa, dərhal həkimə gedin. Dermatoloqunuzun təklif edəcəyi kükürd və qətran tərkibli, göbələk və bakteriyalara qarşı qoruyucu xüsusiyyəti olan şampunlardan istifadə edin”.
Saçı gücləndirmək üçün vitaminlərdən istifadə edin
Bədəndəki hər hüceyrənin qidalanmağa ehtiyacı var. Sözsüz ki, saçlar da vitaminlərlə bəslənməlidir. Ata Nejat “Saç tökülməsi dayanmırsa, saçları bəsləmək üçün dermatoloji mütəxəssislərin təklif etdiyi biotin, sink, selen, metionin, E, B, D vitaminləri ehtiva edən dərmanlardan istifadə etmək lazımdır. Saç üçün doğru vitaminləri seçmək də əhəmiyyətlidir. A vitamini çatışmayanda saçlar qırılır və kəpəkli olur. B1 və ya B6 vitaminləri çatışmazlığı saç tökülməsinə səbəb olur. C vitamini saçın uzanmasını və saç tellərində piqment ifrazını qaydaya salır. B12 vitamini, saç köklərini bəsləyir”.
tabloid.az