Könül sevərkən
Həyat burulğanına düşmək dünyanın acısını duymaq deməkdir. Hər kəs öz xoşbəxtliyini öz əməlləriylə qoruyub saxlaya bilər. Amansız dünyada sevmək,həyatı dərindən dərk etmək ,sevilmək həyatın saf ,təmiz duyğularla aşıb-daşan dənizində üzmək ,qayğısız anlar keçirmək kimidir.Bizim tanış olacağımız həm sevirlər,həm sevilirlər. Dünyanın kədərindən uzaq ,sevincinə qovuşmuş xoşbəxtlərdir. Ayşən anasının razılığı ilə Ceyhuna nişanlanmışdı. Əvvəllər Ayşənə çətin idi. Orta məktəbi bitirmiş 17 yaşlı qız çiçək kimi təmiz, əravətli idi, qəlbində heç bir ləkə,kimsənin həsrəti yox idi, büllür kimi bərq vururdu.Atası-İslam kişi beş qardaşın bacısı olan Ayşəni xoşbəxt görmək istədiyi üçün onun həyatda büdrəməsinə dözə bilmədiyini dərk edərək qərara gəldi ki,onu öz dostu Əşrəfin oğlu Ceyhuna etibar eləsin. Ceyhun 24 yaşlı ali təhsilli göz həkimi idi. Ayşənlə evlənməsinin qəribə tarixçəsi vardı. Qardaşı Seymurun nişanı idi. Neçə illərdir ki,evdən çıxmış,işlə əlaqədar doğmalarını görə bilmirdi. Nəhayət,istəkli qardaşı Seymurun nişanına gəlmək onu sevindirirdi. Həmin gün Ceyhun ətrafa nəzər salır, həsrətində olduğu adamları kənardan seyr edirdi. Kimin yaxşılığa, kimin pisliyə doğru dəyişdiyini götür-qoy edərkən bir qız;-Ey fikirli oğlan,hər kəs Ceyhunu gözləyir,onu tanıyırsınızsa, deyin ,gəlsin. Bağışlayın,sizə əziyyət verirəm. Mən onu tanımıram. Xahiş edirəm.
Ceyhun bu təravətli,incə,məlahətli qızdan gözünü çəkə bilmirdi.”Ah,nə gözəl ala gözləri var, hələ çöhrəsi….Niyə indiyə kimi qızlara diqqətlə baxıb gözəlliklərini duymamışam”.Qız onun cavabını gözləməkdən usand
Sizdən mənə kömək edən olmaz. Gedim deyim ki,tapmadım. Çevrilib getmək istəyəndə Ceyhun cəld onun qolundan tutdu. Qiz nar çiçəyi kimi qızardı. Ceyhun da hərəkətindən utandı,tez əlini çəkdi və yavaş pıçıltılı səslə”üzr istəyirəm”-dedi. Tələsik addımlarla salona keçdi. Hər kəs sevincli idi. Hər kəsin qəlbində min bir arzu,min bir istək var idi. Ayşən xəyal dünyasını dalğın,dalğın dolaşırdı.”Bəs o oğlan kim idi? Niyə fikirli,düşüncəli idi?,niyə məclisə girmir,kənardan baxırdı? O necə də yaraşıqli idi….Yox, deyəsən,dəli olmuşam. Yad oğlanı,yad adamı fikirləşmək….Ayşən,bu sənə yaraşan hərəkət deyil” Gözləri özündən xəbərsiz oturanlar, oynayanlar arasında gəzdı. Baxışlar qarşılaşdı.Ayşən özünü ələ almaq istədi, amma bacarmadı. Qəlbini təlaş bürüdü. Getməyi qət etdi Düşüncələrlə çarpışa-çarpışa böyük qardaşı Elşənin yanına gəldi:
Elşən,qurban olum,məni evimizə apar,özümü pis hiss edirəm.
Bacısını tutqun görən Elşən: iyə, kimsə xətrinə dəyib? ox,heç kim.. Evə getmək istəyirəm. Yaxşı nə deyirəm,gedək.
Nəzərlərini onlardan ayırmayan Ceyhun çox duyğulandı: “Demək,bu qız başqasına məxsus… gecikmişəm”Ürəyi isə çörpındı ki, gecikməmisən… Ayşən baxmayaraq ki, o gündən iki həftə keçmişdi,yenə də oğlanın mənalı baxışlarını unuda bilmirdi. Qəlbi təlatümlü dənizə dönürdü. Ceyhun Ayşənin kimliyini öyrənmış rahat olmuşdu. Ceyhun Ayşənin atasının razılığını eşidəndə yer üzünün xoşbəxti olmuşdu. Ayşən isə hər şeydən xəbərsiz xiffət edir,dərdini kimsəyə deyə bilmirdi. Artıq onu nişanlayırdılar. Özü də axtardığı Ceyhuna,Əşrəf dayının oğluna, atasının güvəndiyin, arzuladığı ailəyə. Necə etiraz etsin ki? Ana nəvazişindən məhrum olan Ayşənin qəlbi qan ağlayırdı. Rəhmətlik anası sağ olsaydı,o doğularkən ölməsəydi,sözünü ona deyə bilərdi. Axı atasına necə desin ki,tanımadığım insanı düşünürəm. Sən kimsən,niyə qəlbimə girmisən,niyə mən əzab çəkirəm? Ayşən nişan donu almaq üçün don almalıydı. Məsləhət gördülər ki, Elşad onu aparsın. Onlar istədikləri donu tapanda elə bil ildırım çaxdı,göy gurladı. Onun qəlbinin gizli sakini,həsrətini çəkdiyi ona tərəf gəlirdi. Həm sevindi,həm də kədərləndi.Oğlan yaxınlaşıb Elşada əl verdi. Hal-əhval tutanda baxışlar qarşılaşanda Ayşən titrədi, qəlbi qan ağladı. Oğlan çox sevincli idi.
-Hansını bəyəndiniz? Mən yolu yaxşı tanımadığım üçün gecikdim, üzr istəyirəm. Ayşən heyrətlə ona baxanda Elşad onu daha da təəccübləndirdi : Mən gedim,özünüz alın. Ayşən yıxılmaqdan özünü güclə saxlasa da sözlər ağzindan çıxdı : Sən niyə gedirsən ki? Elşad tam ciddi : Sən nişanlınla arxayın istədiyini seçmək üçün,mənim belə şeylərlə aram yox. Xoşbəxtliyiniz lazımdır mənə-iti addımlarla uzaqlaşdı. Ayşən çox təlaşlı idi.Ceyhun rahat nəfəs aldı” Deməli,mən ona vurulduğum kimi o da mənə vurulub.İndi əmin oldum” O,bunu Ayşənin simasından anlamışdı.
Ayşən fikirləşirdi ki,doğrudan da hər qaranlıq gecənin bir sabahı var, bir saat bundan əvvəl həyatda yaşamırdım,indi isə dünyalar mənimdir…. Aylar ötdü,illər keçdi. Ayşən yaraşıqlı,istiqanlı bir gəlin oldu. Ceyhun sevinc dolu günlərində Ayşəni xoşbəxt eyməyə çalışırdı.iki övlad sahibi idilər.Nuray və Gəray onların xoşbəxtliyini daha da artırmışdı. Gözlənilmədən Ceyhun xaricdə işləmək üçün iş təklifi aldı. Tanınmış cərrah olacaqdı. Bu onun çoxdankı arzusu idi. Evə gəlib Ayşənə; Ayşən,mənim çoxdankı arzum -xaricdə işləməkdir. Moskvadakı xəstəxanalardan birindən iş təklifi aldım. Çox xoşbəxtəm. Məni təbrik et.
Ayşənin üzü bahar buludu kimi tutuldu. Çox həyəcanlandı,qəhərli səslə;
Gedirsən? Bəs biz? Siz deyəndə hər şəraitiniz var,mən də əlimdən gələni edəcəyəm. Tez-tez gələcəyəm. Yoxluğumu hiss etdirməyəcəyəm. Nə deyim? Bu sənin həyatındır.Sənin arzularındır. Yolun açıq olsun. Görünür ,kompramisi mən etməliyəm.
Ürəyi qan ağladı,bürüzə vermədi. O bilirdi ki,həyat yolları ayrılacaq,razılaşdı,çünki canından çox sevdiyi adamın xoşbəxtliyini istəyirdi. Ceyhun getdi,övladları Ayşənə təssəli oldu. Ceyhun da dediyi kimi onları maddi cəhətdən təmin edir,tez-tez hal-əhval tuturdu. Hər iki baba,nənə onları vaxtaşırı yoxlayırdı. Günlər su kimi axıb-gedir,həsrət ürəyini incidirdi. Ürəyi təlatümlü bir gündə qapının döyülməsi onu fikirdən ayırdı. Uşaqlar ananın yanına qaçdılar, kimdir-deyə soruşanda doğma bir səs; Mənəm-dedi. Üçü də bir anda qapıya qaçdı. Ceyhun onları bağrına basdı,titrək səslə-canlarım,sizsiz qala bilmədim,könül sevərkən cənnət olur, mənim cənnətim, xoşbəxtliyim sizlərsiniz. Bir daha ayrılmayaq.
Raminə Baloğlanova