Narahat ayaq sindromu

Gecəni səhərə kimi yatmayıb, ayaq ağrısından şikəyətlənənlərdə ağrının səbəbi əksər hallarda narahat ayaq sindromu ilə əlaqədar olur.

Narahat ayaq sindromu (NAS) aşağı ətraflarda sakitlik halında, xüsusən də gecə yatarkən baş verən xoşagəlməz hissiyyat və ağrıdır.

Statistika göstərir ki, dünya əhalisinin hər 10 nəfərindən birində həmin narahatlıqlar müşahidə olunur. Bütün yaş qruplarında olanlar narahat ayaq sindromundan əziyyət çəkə bilər, lakin ona daha çox orta yaş qrupu və yaşlılarda rast gəlinir.

Şikayət hallarının yarıdan çoxunda heç bir nevroloji və ya somatik xəstəlik aşkar olunmur. Ona görə də xəstəyə birincili və ya idiopatik NAS diaqnozu qoyulur.

Birincili NAS çox vaxt irsi xarakter daşıyır və 30 yaşa qədər meydana çıxır. Lakin bir çox tədqiqatçılar ağrının yaranmasında xarici mühit faktorlarının da əhəmiyyət daşıdığını qeyd edirlər.

İkincili, yəni simptomatik NAS-ın inkişafına səbəb olan üç əsas faktor var: hamiləlik, uremiyanın son mərhələsi və dəmir defisiti. Ondan əlavə şəkərli diabet və amiloidoz zamanı da xəstəlik inkişaf edə bilər. B12 vitamini, fol turşusu, tiamin, magnezium çatışmazlığı, həmçinin qalxanabənzər vəzin xəstəlikləri, revmatoid artrit, Şeqren sindromu və porfiriyada da NAS halları qeydə alınıb. Sindromun simptomatik forması adətən 45 yaşdan sonra meydana çıxır və sürətlə proqressivləşir.

Narahat ayaq sindromu zamanı aşağıdakı simptomlar müşahidə olunur:

Subyektiv patoloji hissiyyat – xəstələr aşağı ətrafda baş verən qaşınma, gizilti, kəsici, batıcı və sıxıcı ağrılar, həmçinin “qarışqa yeriməsi” hissindən şikayətlənirlər. Bəzən güclü ağrını xatırladan hissiyyat olsa da, əlamətlər əsasən ağrısız olur. Xoşagəlməz əlamətlər adətən baldırın dərinliyində, bəzən də pəncədə toplanır. Proses irəliləyərək yuxarıya doğru bud nahiyəsinə və əllərə yayılır, asimmetrik xarakter daşıyır.

NAS zamanı patoloji hissiyyatın xarakterik əlaməti – ağrının sakitlik zamanı artması, hərəkət zamanı isə azalması və ya tamamilə itməsidir. Vəziyyətini yüngülləşdirmək üçün xəstə ayaqlarını açıb-bükür, silkələyir, ovxalayır, yataqda çevrilir, hətta qalxıb otaqda yerimək məcburiyyətində qalır, hər xəstənin özünəməxsus hərəkət “repertuarı” formalaşır. Hərəkət vaxtı səngiyən ağrı xəstə yatağına uzanan kimi yenidən başlayır.

İlk vaxtlarda ağrı və narahatlıq yatağa uzandıqdan yarım saat sonra başlasa da, sonralar daha erkən saatlarda yaranır. Adətən gecə saat 12-dən səhər 4-ə qədər narahatlıq daha dözülməz xarakter alır, səhərə yaxın əlamətlər yavaş-yavaş səngiyir.

Ağır hallarda narahatlığın xarakterik sutkalıq ritmi itir, ağrılar günün istənilən saatında yalnız uzananda deyil, hətta oturanda da baş verir. Bu, xəstənin həyat keyfiyyətinə təsir göstərir, kino və teatr ziyarətlərini, təyyarə və ya avtomobillə uzun səyahətləri mümkünsüz edir.

Narahat ayaq sindromunun ən əsas ağırlaşması insomniya – yuxunun pozulmasıdır. Xəstə uzun müddət yuxuya gedə bilmir, gecə dəfələrlə oyanır, bunun nəticəsi olaraq gün ərzində tez yorulur və yuxulu olur. Gecə yuxuda xəstələrin ətraflarında periodik dartılmalar baş verir, təqribən 1-5 saniyə çəkən hərəkətlər ayağın pəncədən və ya dizdən bükülməsi ilə özünü göstərir. Yüngül hallarda xəstənin yaxınları belə dartınmaları hiss etməsə də, ağır formalarda narahatlıq bütün gecə davam edir və xəstənin yuxusunu pozur.

Birincili narahat ayaq sindromlu xəstələrin nevroloji müayinəsində heç bir patologiya üzə çıxmasa da, simptomatik NAS zamanı somatik və ya nevroloji əlamətlər, xüsusən də polinevropatiyalar aşkar edilir.

Narahat ayaq sindromu tez-tez rast gəlinən xəstəlik olsa da, diaqnozu nadir hallarda qoyulur. Praktik həkimlər adətən xəstənin şikayətlərini konkret xəstəliklə, məsələn nevroz, psixoloji stress, periferik damar və oynaqların xəstəlikləri, hətta osteoxondrozla əlaqələndirməyə çalışırlar.

Müalicənin ümumi prinsipləri birincili xəstəliyin korreksiyasına yönəlir.

Dərman preparatları ilə yanaşı xəstələrə bitki tərkibli preparatlar da təyin olunur (məsələn, qinkqo biloba bitkisi əsasında hazırlanmış preparatlar).

Bütün xəstələrə yüngül idman hərəkətləri tövsiyə olunur.

Axşam yatmazdan qabaq yarım saat təmiz havada gəzmək, duş qəbulu, şokolad, qəhvə, tünd çay kimi kofein tərkibli qidaları rasiondan çıxarmaq, alkoqol və siqaretdən imtina etmək müalicənin səmərəsini artırır.

İsti vannalar qəbul edilməsi də xəstələrin vəziyyətini yüngülləşdirir. Bəzi hallarda masaj, refleksoterapiya və maqnitoterapiya da yaxşı təsir göstərir.

Mənbə: Herba Flora jurnalı

PSİXOLOJİ KURSLAR

TESTLƏR

PSİKOLOJİ

ПСИХОЛОГИЯ

SİZİN KOŞƏ

ELEKTRON KİTABXANA

PSİXOLOJİ VİDEOLAR

KİTAB KLUBU

AFORİZMLƏR

HƏYAT HEKAYƏLƏRİ

ELMİ ARAŞTIRMA

ELMİ ƏSƏRLƏR TOPLUSU

Jurnallar

Mütəxəssislər

Vüsalə Ələkbərova

Təsisçi və baş redaktor Psixoloq vusala@dushunce.az

Elnur Rüstəmov

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Psixoloq elnur@dushunce.az

Narınc Rüstəmova

Narınc PM-nin rəhbəri, Klinik psixoloq narinc@dushunce.az

Orxan Fərəcli

Klinik psixoloq orxan@dushunce.az

Aygün Ağabalayeva

Psixoloq aygun@dushunce.az

Davamı >

Bürclər

Tərəfdaşlar

Kulinariya

Ziyarətçilər

Faydalı Linklər