Xoruldamaq deyib keçməyin! Baxın, xorultu hansı xəstəliklərə səbəb olur!
Dünyada milyonlarla insanın ortaq cəhəti olan xorultu yuxu zamanı tənəffüs borusunun qismən qapanması nəticəsində ortaya çıxır. Çənə, boyun və dildəki əzələlərin yumşalaraq hava yolunu örtməsi ilə nəfəs alına bilməməsi halıdır və oksigen çatışmazlığından bir çox xəstəliyə yol aça bilər.
Xorultunun səbəb olduğu xəstəliklər:
Tez-tez tualetə getmək istəyi
Hafizə itkisi
İflic
Depresiyya
Diabet
İnfarkt
Yuxusuzluq
35 yaşdan yuxarı olan insanlar bu xəstəliyə görə daha böyük risk altındadır.
Xoruldamamaq üçün nələr etməli?
Yuxudan qısa müddət əvvəl yeyilən ağır qida və içkilərdən uzaq durun.
Yatmadan əvvəl ağır yemək yemək boğaz əzələlərinin normaldan daha çox gəvşəməsinə səbəb olar.
İdmanla məşğul olun və artıq çəkiləriniz varsa, pəhriz saxlayın.
Ciddi xoruldama probleminiz yoxdursa, yatış pozisiyanızı dəyişdirin. Üzüstü və ya yan yatın.
Yatarkən içində tenis topu olan çanta taxın. Belinizin orata boşluğuna gətirin, ya da qatlanmış ikiqat corab kömək edər.
Yataq otağında hava axını olduğundan əmin olun.
Siqaret çəkirsizsə, azaldın, ya həmişəlik tərgidin.
Xorultu yastığı istifadə edin.
ailem.az