Fransız manikürü bəzilərimiz üçün dırnaq boyasından daha təbii görünür. Bu mövzuda kişilər də bizimlə həmfikirdir. Onlar da fransız manikürünü qadınlara yaraşdırır və sadə bir manikür olduğunu düşünürlər. Amma hər gözəlin bir eyibi olduğu kimi fransız manikürünün də eyibli tərəfi tətbiq edilməsinin, dırnaq boyası çəkməkdən çətin olmasıdır. Klassik dırnaq boyalarında artıq ustalaşan bizlər bir neçə dəqiqədə dırnaqlarımızı boyayarkən fransız manikürü etmək xeyli zamanımızı alır və hər zaman da istədiyimiz kimi qüsursuz olmur. Salona gedib manikür etdirmək sizə çətin gəlirsə, sizə bu mövzuda kömək edək.
Əlin içi
Ən sadə yollardan biri olan əlin içi ağ dırnaq boyası çəkərək etdiyimiz fransız manikürü çox diqqət tələb edir. Kifayət qədər diqqət etməsək, istədiyimizə nail ola bilmərik.
Yuvarlaq lent yapışqan
Bu lent yapışqanlarla barmaqlarınızın ağ hissəsini açıqda saxlayıb fransız manikürünü çox asanlıqla edə bilərsiniz. Burada diqqət etməniz lazım olan tək şey lent yapışqanın keyfiyyətli olması və yaxşı yapışmasıdır. Əks halda ağ dırnaq boyası lentin altına keçə bilər və əməyiniz hədər getmiş olar.
Yapşqan lent
Bu yapışqanları da yuvarlaq lent yapışqan kimi çox asanlıqla tapa biləcəksiniz. Dırnağınıza uyğun şəkildə yapışdırıb fransız manikürü edə bilərsiniz. Burada da lentin keyfiyyətli olmasına və yaxşı yapışmasına diqqət etməlisiniz.
Fransız manikür qəliblər
Bu qəlibləri əczaxanadan ala bilərsiniz. Bu qəliblərlə çox asanlıqla fransız manikürünü edə bilərsiniz. Olduqca sadə üsuldur.
qadin.net