Səhər yeməyi üçün ziyanlı olan məhsulların adını təqdim edirik:
- Soyuq və qazlı içki
Hətta adi soyuq su damarların spazmına, qazlılar isə qıcıqlanmaya səbəb ola bilər. Ən yaxşı halda isə həzm problemi yarada bilər. Amma dietoloqlar otaq temperaturunda bir stəkan qazlı suyu məsləhət görürlər. Bu, mədə-bağırsağı yuyur. Amma suyu bir dəfəyə yox, qurtum-qurtum içmək lazımdır. - Qəhvə
Bu içkini boş mədəyə içmək selikli qişanı qıcıqlandırır. Bunun üstünə siqaret də əlavə etsəniz, demək, sağlamlığınızın əsl düşmənisiniz. Bu, qastriti daha da ağırlaşdıra bilər. Ona görə qəhvəni səhər yeməyindən əvvəl yox, sonra içmək məsləhətdir. - Priojna, şirin bulkalar
Elə düşünə bilərsiniz ki, cemli kruassan səhər üçün ideal qidadır. Amma acqarına şirniyyat mədəaltı vəzi gərginləşdirir və daha çox insulin istehsal edilməsinə səbəb olur. Qanda insulin nə qədər çox olsa, artıq çəkiniz bir o qədər çox ola bilər. Kəskin şəkər artımı isə tez acmanıza səbəb olacaq. - Portağal şirəsi
Meyvə turşuları, efir yağı selikli qişanı qıcıqlandıra bilər. Amma bu o demək deyil ki, klassik səhər yeməyindən imtina etməlisiniz. Amma çalışın, şirəni acqarına yox, yeməkdən sonra için. Daha yaxşı olar ki, belə şirələri 10-15 dəqiqə saxlayandan sonra qəbul edəsiniz ki, efir yağları buxarlansın. - Yoqurt, kefir
Təccübləndiniz? Əslində süd məhsulları çox faydalıdır. Amma faydalı bakteriyalar acqarına mədəyə düşəndə faydalı effektini dərhal itirir və onlar bağırsağa çatmır. Buna görə dietoloqlar bu məhsulları səhər yeməyindən 1-1,5 saat sonra içməyi məsləhət görürlər. - Meyvələr
Burada məntiq portağal şirəsində olduğu kimidir. Meyvənin tərkibindəki turşular, maddələr boş mədəni qıcıqlandırır. Meyvələri səhər yeməyindən sonra qəbul etmək məsləhətdir. Meyvəli kəsmik əla ikinci səhər yeməyidir. - Kəpək
Bəziləri kəpəyin səhər üçün ideal olduğunu düşünə bilərlər. Kəpək süngər kimi suyu özünə çəkir. Bu, qəbizlik, mədə turşuluğunun artmasına, bağırsaqlarda qıcıqlanmaya səbəb ola bilər.
atvxeber.az