Hamilə sərnişinlərə uçuş məsləhətləri

Yeni məsləhətlərə görə uçmaq üçün ən salamat vaxt hamiləliyin 37-ci həftəsinədək, ekizlərə hamilə olanlara isə hamiləliyin 32-ci həftəsindək olan müddətdir.

Britaniyanın Kral Mamaçalıq və Ginekoloqlar Kolleci (The Royal College of Obstetricians and Gynaecologists – RCOG) bildirir ki, aşağı riskli hamiləlik zamanı təyyarə üçüşları təhlükəli deyildir, lakin bunun yan fəsadları ola bilər.
Əgər hamiləlik 28 həftədən artıqdırsa, səfərə çıxarkən qadın tibb kitabçasını və sahə həkimindən alınmış məktubu özü ilə götürməlidir. Bir çox hava şirkətlərinin hamiləliyin hansı müddətində uçuşa icazə verilməsinə dair öz qaydaları mövcuddur.

Uçuş zamanı hamının azacıq radiasiyaya məruz qalmasına baxmayaraq, uçuşların uşaq salınmasına, erkən doğuşa və ya uşaqlıqdan su açılmasına səbəb olduğu barədə dəlillər yoxdur.

Uçuş zərərsizdir

Uçuş zamanı təyyarə salonunda təzyiqin dəyişməsinin və rütubətin azalmasının hamiləliyə zərərli təsiri barədə də faktlar məlum deyil.
RCOG-un buraxdığı məsləhət vərəqəsində deyilir ki, hamiləlik normal gedirsə, uçuş qadın və onun bətnindəki uşaq üçün zərərsizdir.
Bundan əvvəl, bətnində birdən artıq uşaq olan qadınlar üçün salamat üçüş müddəti hamiləliyin 34-cü həftəsinədək müəyyən edilmişdi, lakin indi bu müddət, Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (International Air Transport Association-IATA) tövsiyəsi ilə 32 həftəyə endirilib.
Hamiləliyin 37 həftəsindən sonra doğuş hər an baş verə bilər.

Vərəqədə həmçinin hamiləlik zamanı uçuşların yan fəsadları barədə də məsləhətlər verilir.
Bura maye yığılması nəticəsində ayaqların şişməsi, hava təzyiqinin dəyişməsidən burun və qulaqda yarana biləcək problemlər, ürək bulanması kimi hamiləliyi çətinləşdirən hallar daxildir.

4 saatdan daha uzun sürən uzaqmənzilli uçuşlar zamanı dərin damar trombozu riskləri arta bilər. Bu zaman ayaqlarda və qasıqda qanın qatılaşması baş verir ki, bu da hamiləlik zamanı daha risklidir.
Vərəqədə deyilir ki, qadın gen paltarlar və rahat ayaqqabı geyinməli, uçuş zamanı salonda vaxtaşırı gəzişməli və yarım saatdan bir öz kreslosunda idman hərəkətləri etməlidir.

Uçuş zamanı alkoqollu və kafeinli içkilərin qəbulunu məhdudlaşdırmaq, elastik corablar geyinmək də fayda verə bilər.

Uçuş qadağası

Lakin bəzi hallarda hamiləlik zamanı uçmamaq daha yaxşıdır.

Məsələn, əgər qadının doğuş günündən əvvəl doğa bilməsi riski mövcuddursa, kəskin anemiyası, oraqşəkilli eritrosit xəstəliyi vardırsa, bu yaxınlarda uşaqlığından əhəmiyyətli qanaxma keçirmişdirsə və ya ciddi ürək – ağ ciyər qüsurları vardırsa, uçmamaq daha məsləhətlidir.
RCOG-un pasient informasiya komitəsinin sədri Philippa Marsden deyir ki, bu məlumatlar uzaq və yaxın uçuşlara çıxanlar üçün keçərlidir.
“Təyyarə ilə uçub-uçmamaq barədə qərar qəbul edərkən, səfər zamanı hamiləliyin neçənci həftəsinin olacağını hesablamaq, mənzil başında doğuş üçün lazımi avadanlıq və müəssisənin olub-olmamasını, tibbi problemlərin kəskinləşməsi riskini nəzərə almaq lazımdır.

“Çox mühümdür ki, uçuşdan əvvəl sağlamlığınızla və ya hamiləliyinizlə bağlı bütün narahatlıqlarınızı mamaçanız və ya həkiminizlə müzakirə edəsiniz”.
RCOG qadın şəbəkəsinin sədri Cath Broderick deyir ki, təlimatlarda düzgün məsləhətlər verilib.

“Yeni məsləhətlərdə deyilir ki, təyyarıə səfərləri zamanı hamiləlik qeydlərinizi, gözlənilən doğum gününü təsdiq edən sənədi, Avropa Səhiyyə Sığortası şəhadətnaməsini və qəbul etdiyiniz dərmanları özünüzlə götürməlisiniz”.

milli.az

PSİXOLOJİ KURSLAR

TESTLƏR

PSİKOLOJİ

ПСИХОЛОГИЯ

SİZİN KOŞƏ

ELEKTRON KİTABXANA

PSİXOLOJİ VİDEOLAR

KİTAB KLUBU

AFORİZMLƏR

HƏYAT HEKAYƏLƏRİ

ELMİ ARAŞTIRMA

ELMİ ƏSƏRLƏR TOPLUSU

Jurnallar

Mütəxəssislər

Vüsalə Ələkbərova

Təsisçi və baş redaktor Psixoloq vusala@dushunce.az

Elnur Rüstəmov

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Psixoloq elnur@dushunce.az

Narınc Rüstəmova

Narınc PM-nin rəhbəri, Klinik psixoloq narinc@dushunce.az

Orxan Fərəcli

Klinik psixoloq orxan@dushunce.az

Aygün Ağabalayeva

Psixoloq aygun@dushunce.az

Davamı >

Bürclər

Tərəfdaşlar

Kulinariya

Ziyarətçilər

Faydalı Linklər