Bəzən insan dünya işlərinə o qədər aludə olur ki, özünü bir canlı varlıq kimi deyil, bir robot kimi görməyə başlayır. Belə halda o öz bədənini, ruhunu və təəssüf ki mənəvi aləmini də unudur.İnsan başqa insanlar kimi yaxşı yaşamaq üçün, karyera üçün və s. dünya işləri üçün yaşamağa başlayır. Bu da öz növbəsində müxtəlif faciəvi sonluqlara gətirir. Ən böyük faciyə isə insanın qəfil səhhətinin pozulmasıdır. Insan bunu qəfil hesab edir, amma bədəni onu dəfələrlə xəbərdarlıq etmişdir: qızdırmalar, tez-tez qripə tutulmalar, baş ağrıları, ürək sancıları, baş gicələnmələri və s. Sadəcə o hər şeyi qulaq ardına salmış və səhhətinin bərpasını hər zaman arxa plana atmışdır.
Bizim bədənimiz bizimlə xəstəliklərin, müəyyən fiziki narahatçılıqların vasitəsilə danışmağa başlayır. Bu zaman ən gözəl addım bizim öz təfəkkür tərzimizi, özümüzə qarşı hərəkətlərimizi, diqqətimizi dəyişdirmək olardı. Acı çəkərək bədənimiz bizə fiziki, emosional və ya əqli yorğunluq limitinə çatdığımızı xəbər verir.
Hər hansı bir xəstəlik – bu təkcə xəbərdarlıq deyil, bu həm də ruhun tarazlığını bərpa etmək üçün bir imkandır. Xəstəliyin səbəbin fiziki orqanda axtarmaq lazım deyil, çünki heç də xəstəliklərin yaranmasında təkcə fiziki orqan böyük rol oynamır. Fiziki orqandakı həyat ruhdan,candan bəhrələnir. O, yalnızca canda olanları əks etdirir. Hər hansı bir xəstəlik orqanın tarazlığının pozulmasından xəbər verir.Yuxarıda deyilənlərin hamısı emosional və psixi durumlara da xas edilir. Daha çox xəstəliklərin səbəbi neqativ fikirlər və emosiyalar, günah hissi, ətrafdakıların diqqətinə ehtiyac hissi və xoşagəlməz vəziyyətdən qurtulmamaq qorxusu və s. mənfi hallardır. Tez təsir altına düşən insanlar çox zaman yanlış inancların təsiri altında bir çox xəstəliylərinin qurbanları olurlar.
Əslində hər bir xəstəlik insanın özünü olduğu kimi necə sevməsindən asılıdır. Necə? Belə ki, insan özünü sevdiyi zaman, onunla onun ürəyi rəhbətlik edir, təkcə əqli deyil.
Özünü sevmək – özünə tam həyatla yaşamaq hüqüqunu vermək deməkdir. Tam həyatla yaşamaq hüqüqu – mənəvi azadlığa sahib olmaq, müstəqil özünü sınamaq imkanı, yəni təcrübə yaşamaq, qorxuların və yasaqların səbəbini şəxsi təcrübə ilə dərk etmək, dünyaya baxış tərzini və ümüdlərini vicdanın süzgəcindən keçirərək yoxlamaq, nəhayət necə özünü görmək istəyirsənsə elə də olmaq imkanıdır.
Bütün bunları tam yaşa bilmirsinizsə özünüzü günahlandırmayın, yalnizca çalışın fiziki bədəninizə sağlamlığı, xoşbəxtliyi, sevgini və harmoniyanı qaytarasız. Siz özünüzə qarşı müsbət, xoş fikirlərinizi blok edən və xəstəliylərin səbəbi sayılan yanlış əqli münasibəti aşkar edən kimi, o zaman birincici mərhəliyə — “Necə var elədə qəbul et ”mə mərhələsinə keçirsiniz. Bu mərhələni keçmək üçün belə edə bilərsiz: kağız parçası götürüb bütün həyatınızda, uşaqlıq çağlarından indiki dövrünüzə kimi olan neqativ anları, kiməsə qarşı ürəyinizdə olan hirsi və kini, uşaqlıqda keçirtdiyiniz və unuda bilmədiyiniz bir xatirəni kağıza yazıb diqqətlə oxuyun. İstədiyiniz kimi olmağınıza mane olan neqativ fakt aydınlaşandan sonra siz onu dəyişəcəksiniz. İlk öncə həmin faktı pozitiv bir tərəfə yönləndirin. Bunun üçün isə özünüzə o fikrin daxilinə girmə hüququ verin, yəni daxilinizdəki psixoloji travma nəticəsində yaralanan uşaq ilə kontakta girin. Ondan sonra özünüzdən soruşun: Dəyərmi ki buna görə özümü xoşbəxtlikdən, sağlam həyatdan məhrum edim?! Əgər “Hə” cavabını verməli olsanız, o zaman bu fikir həmişə sizinlə olacaq və siz bunu saxlaya da bilərsiz, amma unutmayın ki, sizin həyatınızda hər şey olduğu kimi qalacaq, o cümlədəndə ağrı da .
Yox, əgər bu fikri özünüzdən uzaqlaşdırmaq istəyirsinizsə, sizə tək bir yol qalır, arzularınızı gerçəkləşdirmək üçün əlinizdən gələni etmək, həyata tamam başqa tərəfdən baxmaq və özünüzü necə görmək istəyirsizsə elə də olmaq.
İnsan özün bağışlamadan sağala bilməz. Bu prinsipli mərhələ insanın qarşısında təkcə özünə qarşı olan sevgini yox, həm də bədəninə, qanına qarşı sevgi hissini açacaq. Bu sevgidən bəhrələnən qan bütün orqanlarınızı yuyacaq və qarşısına cixan hüceyrələri təzələyəcək. Bu sizin üçün inanılmaz səslənsə də, bunu tətbiq etməklə heç nə itirməzsiniz – sadəcə cəhd edin.
Mənbə: «PCC» jurnalı