Tıxacda səbrli olmağın yolları

Mütəxəssislər tıxacda sakit qala bilmək üçün sürücülərə bəzi məsləhətlər verib

Özəlliklə Bakı kimi meqapolis şəhərin hər gün tıxac problemi olur.

Tıxacda uzun saatlar keçirməyin insan psixologiyasına mənfi təsir etdiyini vurğulayan mütəxəssislər tıxacda sakit qala bilmək üçün sürücülərə bəzi məsləhətlər verib.

Yola mümkünsə doyunca yatmış, dincəlmiş və qarnınız tox halda çıxın.
Maşının içindəki istiliyin çox yüksək ya çox az olmamasına diqqət edin.

Oturduğunuz oturacağın bədəninizə uyğun bir pozisiyada olmasına diqqıt edin. Uzun müddət tıxacda qalsanız oturacağın vəziyyətini tez- tez dəyişdirin.

Dinlədiyiniz musiqi ya radio dalğanın diqqətinizi dağıtmadığından əmin olun.

Yola çıxacağınız saatı və alternativ yolları planlamaq yaxşıdır.

Yanınızdakı sərnişinlə önəmli məsələləri danışmaqdan, mübahisə etməkdən qaçın.

Tıxacda xətalı maşın idarə edənlər sürücü görəndə sizin daha diqqətli olmalı olduğunuzu düşünün. Belə sürücülər çoxdur!

Maşında səsli kitablar dinləyə bilərsiz.

Məhz sizin zərər gördüyünüz yol hadisələrində sakit qalmaq çətin olsa da təhqirə yol vermək vəziyyəti daha da gərginləşdirər.

Tələsmək getmək istədiyiniz yerə sizi çatdırmaz, əksinə diqqətinizi zəiflədir və gərginliyinizi artırar.

Tıxacda həmişə ziyan görən tərəf siz olursuzsa, bir müddət ara verib ictimai nəqliyyat vasitələrindən istifadə edin.

Tıxac maşın çoxluğundan deyil, qaydalara düzgün əməl edilməməsindən dolayı yaranır.

Hər vəziyyət və şərtdə yol qaydalarına əməl edin!

big.az

PSİXOLOJİ KURSLAR

TESTLƏR

PSİKOLOJİ

ПСИХОЛОГИЯ

SİZİN KOŞƏ

ELEKTRON KİTABXANA

PSİXOLOJİ VİDEOLAR

KİTAB KLUBU

AFORİZMLƏR

HƏYAT HEKAYƏLƏRİ

ELMİ ARAŞTIRMA

ELMİ ƏSƏRLƏR TOPLUSU

Jurnallar

Mütəxəssislər

Vüsalə Ələkbərova

Təsisçi və baş redaktor Psixoloq vusala@dushunce.az

Elnur Rüstəmov

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Psixoloq elnur@dushunce.az

Narınc Rüstəmova

Narınc PM-nin rəhbəri, Klinik psixoloq narinc@dushunce.az

Orxan Fərəcli

Klinik psixoloq orxan@dushunce.az

Aygün Ağabalayeva

Psixoloq aygun@dushunce.az

Davamı >

Bürclər

Tərəfdaşlar

Kulinariya

Ziyarətçilər

Faydalı Linklər