Rahat həyat ömrü qısaldır

Hər kəsə bəllidir ki, aktiv həyat tərzi sürən insanların sağlamlıq göstəriciləri oturaq həyat keçirənlərlə müqayisə olunmayacaq qədər fərqlidir. Son illər Azərbaycan da oturaq həyata meylli insanların yaşadığı ölkəyə çevrilmək üzrədir. Günün müəyyən saatlarını işdə oturaraq keçirən insanların, demək olar ki, sosial həyatı və davamlı olaraq bir məşğuliyyəti yoxdur. Hətta gündəlik hərəkət tələb edən işlər üçün belə daha asan yollardan istifadə etmək imkanı varkən, hərəkət üçün çalışan çox az insana rast gəlmək mümkündür.

Fiziki aktivliyin çatışmazlığı artıq çəkinin yaranmasından əlavə, həm də psixi pozğunluqlara səbəb ola bilər. Bu nəticəyə Britaniya alimləri gəliblər. Onların məlumatlarına əsasən, Britaniyada yalnız kişilərin 35%-i, qadınların isə 25%-i mütəxəssislər tərəfindən məsləhət görülən fiziki aktivlik normasını yerinə yetirirlər. Bristol Universitetinin tədqiqatçıları təyin ediblər ki, fiziki aktivlik Alzheimer xəstəliyinin inkişaf riskini 30% azaldır. Alimlər hələlik belə bir əhəmiyyətli effekti izah edə bilmirlər, lakin güman edirlər ki, buna ürək-damar sisteminin funksiyasının yaxşılaşması, həmçinin baş beyində kimyəvi proseslərin dəyişməsi səbəb olur.

Əksər ölkələrdə velosiped sürmək, daim qaçışla məşğul olmaq, tenis kortlarına yazılmaq normal hal kimi qəbul edildiyi halda nədənsə Azərbaycanda yaşı 30-u keçmiş insanlar üçün bu, bir növ ayıb hesab olunur. Elə bu səbəbdən çox nadir hallarda velosiped sürən orta yaşlı insanlara rast gəlmək mümkündür. Üstəlik, son zamanlar mağazalarda belə “alo” servislərinin olması insanları daha oturaq həyata alışdırır. Bu isə insan ömrünün öz əli ilə kəsilməsi deməkdir. Maraqlı haldır ki, şəhər sakinləri bu cür həyat tərzini “rahat həyat” adlandırır və bu cür xidmətlərin olmasını heç də pis qəbul etmirlər. Tənbəl həyat tərzinin əslində xəstəlik olduğunu dərk edənlər belə rahat həyatdan əl çəkmək istəmir, bunu isə yorğunluğa bağlayırlar.

Həkimlər isə hər gün yalnız yarım saat gəzintinin insan ömrünə ömür qatacağı fikrindədirlər. Həkim-kardioloq Maqsud Mirzəyevin sözlərinə görə, ən sağlam olanlar 3-20 yaş arasında olan insanlardır. Çünki bu yaş həddində olanların aktiv həyata meyli daha çoxdur və onlar daim gəzərək müəyyən məsafələri qət edirlər. Bu yaş həddindən sonra insanda baş qaldıran tənbəllik onu avtomobildən istifadəyə sövq edir: “Fiziki hərəkətlər çox gözəl müalicə vasitəsidir. İntensiv fiziki fəaliyyət zamanı orqanizmdə endorfin və ya “xoşbəxtlik hormonu” yaranır. Streslərə davamlığı artırır, fiziki fəaliyyət zamanı stress hormonu olan adrenalinin səviyyəsi aşağı düşür. “Pis” xolesterinin, triqliseridlərin səviyyəsi enir, “yaxşı” xolesterinin miqdarı artır ki, bu da aterosklerozdan müdafiədir. Arterial təzyiqi normalaşdırır və nəticədə insult, ürək tutmaları riskini azaldır. Kalori sərfi iştahanın normallaşması və mübadilə proseslərinin sürətlənməsi hesabına bədən çəkisinin aşağı düşməsinə kömək edir. Sümük və oynaqların davamlılığını artırır. Orqanizmin adaptasiya imkanlarını, insanın iradəsini inkişaf etdirir”.

Kardioloq deyir ki, insanlar arasında yaranan bir sıra diaqnozu hec cür qoyula bilməyən yalançı xəstəliklərin ən başlıca səbəbi oturaq həyatdır. İnsanın ağrımayan yerlərinin belə ağrıması oturaq həyatın insanlara verdiyi əvəzdir. Hansı işdə çalışılmasından asılı olmayaraq gün ərzində mütləq yarım saat gəzintiyə vaxt ayırmaq həm var olan narahatlıqların azalmasına, həm də əlavə xəstəliklərin baş qaldırmamasına səbəb olar:

“Gündəlik gəzinti vacibdir. Xüsusən yemək yedikdən sonra televizor qarşısında əyləşməkdənsə, təmiz havada gəzmək həm yeyiləni həzm etməyə, həm beynin və bədənin oksigenlə təmin olunmasına, bədənin dincəlməsinə, stressin azalmasına, xolesterolun azalmasına, əzələ və sümük sisteminin möhkəmlənməsinə və bir çox sağlamlıq göstəricilərinin müsbətə doğru dəyişməsinə səbəb olur”.

ailem.az

]

PSİXOLOJİ KURSLAR

TESTLƏR

PSİKOLOJİ

ПСИХОЛОГИЯ

SİZİN KOŞƏ

ELEKTRON KİTABXANA

PSİXOLOJİ VİDEOLAR

KİTAB KLUBU

AFORİZMLƏR

HƏYAT HEKAYƏLƏRİ

ELMİ ARAŞTIRMA

ELMİ ƏSƏRLƏR TOPLUSU

Jurnallar

Mütəxəssislər

Vüsalə Ələkbərova

Təsisçi və baş redaktor Psixoloq vusala@dushunce.az

Elnur Rüstəmov

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Psixoloq elnur@dushunce.az

Narınc Rüstəmova

Narınc PM-nin rəhbəri, Klinik psixoloq narinc@dushunce.az

Orxan Fərəcli

Klinik psixoloq orxan@dushunce.az

Aygün Ağabalayeva

Psixoloq aygun@dushunce.az

Davamı >

Bürclər

Tərəfdaşlar

Kulinariya

Ziyarətçilər

Faydalı Linklər