Hər birimiz istənilən bir işə uğur qazanmaq məqsədilə başlayırıq.
Uğur haqda dahilərin aforizmlərini təqdim edirik.
Teodor Ruzvelt – harda olursunuz olun, əlinizdəkilərlə edə biləcəklərinizi edin.
Sartr – insan sahib olduqlarının deyil, reallaşdırmaq istədiklərinin cəmidir.
Ben Svitland – uğur gedilən yoldur, çatdığın məkan deyil.
Mark Tven – insan əxlaqı kitablardan yox, təcrübələrdən öyrənir. Uğurun sirri işi bayrama çevirməkdir.
Tomas Edisson – edə biləcəyimiz hər şeyi etsəydik, buna özümüz də təəccüblənərdik.
Lev Tolstoy – Uğurun asılı olduğu yeganə şərt səbrdir.
Lao Szı – min kilometr uzunluğunda olan yol sadəcə bir addımla başlayır.
Şarlotta Bronte – xoşbəxt olmaq qabiliyyəti elə özümüzdən asılıdır.
Zərdüşt – Başqaları xeyrinə yaxşı iş görmək vəzifə deyil, zövqdür. Çünki sizin sağlamlığınızı və səadətinizi artırır.
Çin atalar sözü – Uğur insana bəlkə çox şey öyrətmir, amma uğursuzluq çox şey öyrədir.
German Martin – məğlubiyyətə uğrayanda ümidsizliyə qapanma. Hər uğursuzluqda bir qələbə arzusu yatır.
Sent Ekzüperi – Uğursuzluqlar güclülərə daha da güc verir.
Andre Jid – yaxşı başlanğıc uğurun yarısıdır.
Jül Renar – bəxtəvər o insandır ki, başqalarının hələ etməyə hazırlaşdığı işi o artıq həyata keçirib.
Benjamin Dizraeli – hərəkətlər hər zaman xoşbəxtlik gətirmir, lakin onlar olmasa xoşbəxtlik olmaz.
big.az