Xoşbəxtliyin əsas parametrləri

Xoşbəxtlik haradadır və onu necə tapmaq olar? Uzun əsrlər boyu filosoflar bu sualın cavabını axtarmağa çalışıblar. Lakin 21-ci əsrin alimləri buna nail olublar. Xoşbəxtliyin parametrlərini rəqəmlər və faktlarla göstəriblər.

Harvard universitetinin “İnsanın inkişafının araşdırılması” layihəsi çərçivəsində 90 illik məlumatlar araşdırılıb. Alimlər 814 nəfərin doğuşundan ölümünə qədər dövrü araşdırıblar. Onların ailələrini, valideyinlərini və dostlarını qiymətləndiriblər. Bütün şəxslər cəmiyyətin müxtəlif təbəqələrinin nümayəndələri olub. Hətta onlardan biri ABŞ-ın sabiq prezidenti Con Kennedi olub.

Nəticələr heç də bəşəriyyəti təəccübləndirəcək səviyyədə olmayıb. Hər kəsin bildiyi, lakin əhəmiyyət vermədiyi şeylər, sən demə, xoşbəxtliyin əsas parametrləri imiş.

Harvard Universitetinin alimləri hesab edirlər ki, xoşbəxt olmaq üçün insan aşağıdakı mərhələlərdən keçməlidir:

  1. Valideyn ailəsindən getmək (tək fiziki formada deyil, həm də emosional şəkildə);
  2. İndividual bacarıqlarına uyğun peşə seçmək;
  3. Ən azı 10 il müddətində həyat yoldaşı ilə münasibətləri qoruya bilmək;
  4. Övlad dünyaya gətirmək, ona bilik və həyat təcrübəsi öyrətmək;
  5. Həyatı olduğu kimi qəbul etmək.

Əgər insan hansısa mərhələni keçə bilmirsə, növbəti mərhələdən tam olaraq yararlanmalıdır.

Siqaret çəkməmək, içki içməmək və sağlam qidalanmaq da xoşbəxtliyin əlavə parametrlərindəndir. Nikotin və alkoqol tək insanın illərini əlindən almır, həm də orqanizmdə xoşbəxtlik üçün cavabdeh olan endorfinin miqdarını azaldır. Həyat siqaretin tüstüsü kimi boz olur.

İdmanla məşğul olmaq; Ali təhsil almaq; Uzun müddətli nikahda olmaq; Həyatdakı böhranlara rasional yanaşmaq da insanı xoşbəxt edən cəhətlərdir.

milli.az

PSİXOLOJİ KURSLAR

TESTLƏR

PSİKOLOJİ

ПСИХОЛОГИЯ

SİZİN KOŞƏ

ELEKTRON KİTABXANA

PSİXOLOJİ VİDEOLAR

KİTAB KLUBU

AFORİZMLƏR

HƏYAT HEKAYƏLƏRİ

ELMİ ARAŞTIRMA

ELMİ ƏSƏRLƏR TOPLUSU

Jurnallar

Mütəxəssislər

Vüsalə Ələkbərova

Təsisçi və baş redaktor Psixoloq vusala@dushunce.az

Elnur Rüstəmov

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Psixoloq elnur@dushunce.az

Narınc Rüstəmova

Narınc PM-nin rəhbəri, Klinik psixoloq narinc@dushunce.az

Orxan Fərəcli

Klinik psixoloq orxan@dushunce.az

Aygün Ağabalayeva

Psixoloq aygun@dushunce.az

Davamı >

Bürclər

Tərəfdaşlar

Kulinariya

Ziyarətçilər

Faydalı Linklər